Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1180/2021 23.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 22.07.1992-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən Azərbyacan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağırılmış, xidmətinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında N saylı hərbi hisədə başlamışdır. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün xidmət etdiyi hərbi hissədən 199N-cü il tarixdə Lənkaran şəhəri ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissənin tərkbində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək, mərmi dalğasına düşdüyü üçün sağlamlığını itirərərək kəllə-beyin travması almışdır. Səhhəti ilə əlaqədar döyüşlərdə iştirak edə bilmədiyindən müayinə və müalicə olunması üçün Tərtər rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Səhhətində olan problem ciddi olduğu üçün müayinə və müalicəsinin həkimlər tərəfindən qısa müddətdə həll olunması mümkün olmamışdır. Buna görə də, təkrar olaraq döyüşlərə qayıda bilməmişdir. Nəticədə məlumatı olmadan barəsində fərariliklə bağlı cinayət işi açılmış və qısa müddətdə amnistiyaya düşmüşdür. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, barəsində olmuş cinayət işi ilə bağlı heç bir məlumatı olmamışdır. Çünki, həmin vaxt iddiaçı Tərtər rayon Mərkəzi Xəstəxanasında müalicə olurdu. Yuxarıda qeyd etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdikdən sonra, iddiaçı həmin hərbi hissədən sənədləri ilə birlikdə N saylı hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin tərkibində döyüşərək xəsarət almışdır. İddiaçı döyüşlər dayandıqdan sonra “Müharibə veteranı” statusu və vəsiqəsi ilə təmin olunması üçün Daxili İşlər Nazirliyinə müraciət etmiş və komissiya tərəfindən müraciəti araşdırılmış və komissiyanın rəyi əsasında “Müharibə veteranı” statusu və vəsiqəsi ilə təmin edilmişdir. Lakın bir müddətdən sonra Daxili İşlər Nazirliyi qərara gəlmişdir ki, iddiaçı hərbi hissəni öz başına tərk etdiyi üçün ona təyin olunmuş “Müharibə veteranı” statusu ləğv edilməlidir və bu əsasla da iddiaçının “Müharibə veteranı” statusu ləğv edilmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 22.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında, eləcə də müraciətə əlavə etdiyi hərbi biletinin surətlərində iddiaçının hərbi əməliyyatlar aparılan bölgəyə ezam olunması, döyüşlərdə yaralanması faktları müəyyən olunmamışdır. Hərbi biletində isə iddiaçının həqiqi hərbi xidmət keçməsinə dair ümumiyyətlə heç bir qeydiyyat aşkar edilməmişdir. Odur ki, iddiaçını qaldırdığı məsələnin müsbət həlli mümkün hesab edilməmiş, müraciətinə baxılması dayandırılmışdır. Cavabdeh məhkəmənin sərəncamına cavab olaraq 17.08.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, qaldırılan məsələnin müsbət həllini istisna edən hallar iddiaçının hərbi hissəni özbaşına tərk etməsi ilə müşayiət olunan cinayət əməllərinin Lənkəran qarnizonu Hərbi Prokurorluğunun N1.08.1998-ci il tarixli qərarı ilə amnistiya aktının tələblərinin təsiri altına düşməsi, eləcə də onun döyüşlərdə iştirakına dair arxiv arayışında, hərbi biletində zəruri qeydlərin aparılmamaması ilə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsinə uyğun olaraq, müharibə veteranı adının verilməsi qaydası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli Hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, həmin hərbi biletdə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 22.07.1992-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən Azərbyacan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağırılması, xidmət dövrü, yaralanması, qanuni əsaslarla ordudan tərxis edilməsi barədə müvafiq qeydlər yoxdur. Hərbi biletə əsasən müəyyən edilir ki, iddiaçı ümiyyətlə hərbi xidmət keçməmiş (səh.11), yaralanmamış (səh. 17), hərbi təlim keçməmişdir (səh. 2N). Hərbi biletin 15-ci səhifəsində “Tibbi müayinələr və peyvəndlər haqqında məlumatlar” qrafasında 04.05.1998-ci il tarixdə Göyçay RHK nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 5-ci qrafasının 17б maddəsinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02.0N.1997-ci il tarixli, N0 nömrəli əmri) əsasən “məhdudiyyətlə hərbi xidmətə yararlıdır” qeydi aparılmışdır. Hərbi biletin 16-cı səhifəsində N0.05.2001-ci il tarixdə Göyçay RHK nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1-ci qrafasının 14b maddəsinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24.0N.2000-ci il tarixli, 95 nömrəli əmri) əsasən “sülh dövründə hərbi xidmətə yararsız” qeydi aparılmışdır. İş materiallarında olan Göyçay MRX tərəfindən tərtib edilən Forma N-088/U sənədində qeyd edilir ki, poliklinika tərəfindən göndərilən 2-ci qrup əlil olan İddiaçı 27.05.1998-ci il tarixdən göndərişi verən tibbi təşkilatın nəzarətindədir. Sənəddə həmçinin qeyd edilir ki, İddiaçı 199N-cü ildə Ağdərə uğrunda döyüşlərdə kontuziya almış, hospitalda müalicə olunmuş, ordudan tərxis edilmişdir. Uzun müddətdir ki, psixiatrın nəzarətindədir. Sənəddə iddiaçının xəstəliyinin adı “baş beynin travmatik zədələnməsi nəticəsində şəxsiyyətin dəyişilməsi” kimi qeyd edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin iddiaçıya verdiyi 12.07.2021-ci il tarixli arayışda qeyd edilir ki, o, həqiqətən 2N.07.1992-ci ildə keçmiş Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 2N.07.1992-ci il tarixdən (əmr 179) 05.10.1992-ci il tarixədək (əmr 246) N saylı, 05.10.1992-ci il tarixdə N saylı, 28.01.1994-cü il tarixdən (əmr 28) 22.02.1994-cü il tarixədək (əmr 178) N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. 10.0N.1994-cü ildə N saylı hərbi hissəni özbaşına tərk etmişdir. N1.08.1998-ci ildə Lənkəran Qarnizon Hərbi Prokurorluğu tərəfindən Amnistiya olunmuşdur. 0N.0N.2020-ci il tarixdən SHXÇDX-nin Göyçay rayon şöbəsində hərbi qeydiyyatdadır. M/V-0646N1 nömrəli vəsiqə 08.10.2001-ci ildə keçmiş AR Hərbi Komissarlığı tərəfindən verilmişdir. Arayışın verilməsinə əsas arxiv arayışları olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının 24.02.2020-ci il tarixli 17/15-154 nömrəli məktubunda qeyd edilir ki, 1974-cü təvəllüdlü İddiaçı N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 2N.07.1992-ci il tarixli N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahılarına və bütün növ təminatlarına daxil edilmişdir. Sıravi İddiaçı N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 05.10.1992-ci il tarixli N saylı əmri ilə hərbi hissənin səxsi heyətin siyahılarından və bütün növ təminatlarından çıxarılaraq, xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 2N.07.1992-ci il tarixli 179 nömrəli əmrindən görünür ki, iddiaçı həmin əmrlə N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə qəbul edilmiş və ona sıravi hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin 05.10.1992-ci il tarixli, 246 nömrəli əmri ilə iddiaçı hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş və şəxsi heyətin siyahısından çıxarılaraq, bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin Məhkəmənin sorğusuna 06.08.2021-ci il tarixli 900 nömrəli cavab məktubunda göstərilmişdir ki, 1974-cü il təvəllüdlü sıravi İddiaçı 04.05.1998-ci ildə keçmiş Göyçay RHK tərəfindən Azərbaycan Respublikası MN-nin 02.0N.1997-ci il N0 №-li əmrinə əsasən 17 "b” maddəsi ilə məhdudiyyətlə hərbi xidmətə yararlı hesab edilərək hərbi vəzifəlilərin ehtiyatına verilmişdir. 21.07.1998-ci il tarixdən SHXÇDX Göyçay rayon şöbəsində hərbi qeydiyyatdadır. (Əsas: hərbi bilet və qeydiyyat kartası) İddiaçı 2N.07.1992-ci ildə keçmiş Göyçay RHK tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 2N.07.1992-ci il tarixdən (əmr 179) 05 10.1992-ci il tarixədək (əmr 246) N saylı, 05.10.1992-ci il tarixdə N saylı, 28.01 1994-cü il tarixdən (əmr 28) 22.02.1994-cü il tarixədək (əmr 178) N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. 10.0N.1994-cü ildə N saylı hərbi hissəni özbaşına tərk etmişdir N1.08.1998-ci ildə Lənkəran qarnizonu hərbi prokurorluğu tərəfindən amnistiya olunmuşdur. (əsas: Arxiv arayışları) MA/-0646N1 nömrəli vəsiqə 08.10.2001-ci ildə keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmişdir. Əlavə olaraq İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş kserosurəti məhkəməyə göndərilmiş, yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının 24.02.2020-ci il tarixli 17/15-154 nömrəli məktubunun, N saylı hərbi hissə komandirinin 2N.07.1992-ci il tarixli 179 nömrəli, 05.10.1992-ci il tarixli 246 nömrəli əmrlərindən çıxarışların, N saylı hərbi hissə komandirinin 07.01.1994-cü il tarixli 7 nömrəli, 28.01.1994-cü il tarixli 28 nömrəli, 10.0N.1994-cü il tarixli 69 nömrəli əmrlərindən çıxarışların və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 24.02.1994-cü il tarixli 178 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Lənkəran qarnizonu hərbi prokuroru tərəfindən təsdiq olunmuş N1.0N.1998-ci il tarixli “Amnistiya aktına əsasən materialın rədd edilməsi barədə” qərarının surətində görünür ki, həmin qərarla İddiaçı barəsində olan material Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli hərbi cinayətlər törətmiş şəxslər barəsindəki amnistiya aktının 1.1 maddəsinin təsiri altına düşdüyündən rədd edilmişdir. Qərar və İddiaçı adına hazırlanmış hərbi bilet əvəzi məktuba əlavə edilərək Göyçay RHK-ya göndərilmişdir. İş materiallarında olan hərbi bilet əvəzi arayışın surətindən görünür ki, 20.0N.1998ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli aktına əsasən iddiaçı N nömrəli hərbi hissədən qeydiyyatdan çıxarılmış və qeydiyyata düşmək üçün Göyçay HRK-ya göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 07.01.1994-cü il tarixli, 7 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, İddiaçı xəstəlikdən sağaldıqdan sonra hərbi hissəyə qayıtmadığı üçün fərarilərin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 28.01.1994-cü il tarixli, 28 nömrəli əmrində qeyd olunmuşdur ki, iddiaçı N-cü motoatıcı bölüyün 2-ci motoatıcı tağımının 1-ci bölməsində qumbaratan vəzifəsində xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin 10.0N.1994-cü il tarixli 69 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin bütün təminatlarından və şəxsi heyətin siyahısından çıxarılmışdır. İş materiallarında olan X2 24.02.1994-cü il tarixli, 178 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının 04.02.1994-cü il tarixli DQŞ-2 saylı Frəmanına əsasən 22.02.1994-cü il tarixinə kimi hərbi hissəni özbaşına tərk etmiş İddiaçı şəxsi heyətin siyahısından və hər cür təminat növlərindən çıxarılmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəmənin sorğusuna 25.02.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, İddiaçı xəstəlikdən sağaldıqdan sonra xidmət yerinə qayıtmadığına görə N nömrəli hərbi hissə komandirinin 07.01.1994-cü il tarixli 7 №-li əmrilə fərarilərin siyahısına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 10.0N.1994-cü il tarixli 69 №-li əmrilə İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Əsaslandırma hissəsi: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.N-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.N və N4.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. «Veteranlar haqqında» AR Qanununun N-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli N96 nömrəli Fərmanının 1.N-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun N-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” 17.10.1997-ci il tarixli N8N-İ QR nömrəli Qərarının 6-cı maddəsində göstərilmişdir ki, Qərarın 1-ci maddəsində göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Qərarın 9-cu maddəasinə görə isə, bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş, habelə həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmış şəxslər hərbi xidmətə çağırışın qanunla müəyyən olunmuş son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarsa təkrarən ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. Bu məqsədlə iddiaçı hərbi biletini hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim etməli olduğu halda, həmin sənədləri cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iş materialları və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən təqdim edilmiş iddiaçıya aid qeydiyyat kartasına əsasən müəyyən edilmişdir ki, iddiaçı 22.02.1994-cü il tarixdə N saylı hərbi hissəni özbaşına tərk etmiş, N1.0N.1998-ci il tarixdə barəsində Lənkəran qarnizonu hərbi prokurorluğu tərəfindən amnistiya aktı tətbiq olunmuşdur. Eyni zamanda iddiaçının hərbi xidmət keçməsi və xidmətdən ehtiyata buraxılması barədə qeyd ehtiva edən hərbi bileti təqdim olunmamışdır. Həmçinin iddiaçının adının şəxsi heyət siyahısından qanuni əsaslarla deyil, özbaşına tərk etməsi ilə əlaqədar çıxarılmasına əsas olmuş əmr, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat, həmçinin X2 əmri aşkar olunmuşdur, barəsində amnistiya aktı tətbiq edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının tələbi Azərbaycan Respublikası Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” 17.10.1997-ci il tarixli Qərarının 9-cu maddəsinin təsiri altına düşür. “Veteranlar haqqında” AR Qanununun N-cü maddəsinin Qeyd hissəsinə görə isə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etsə də, iş materialları ilə onun iddiasının əsaslılığını təkzib, təmin olunmasını isə istisna edən faktlar öz təsdiqini tapmışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.N), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-7N.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 1N.2 və 17-ci maddələri). İPM-in 8.1.N-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin N4.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən N0 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən N0 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1180/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1180/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver