Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1182/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, iddiaçının hüquqi varisi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı “İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN-2xx xxx 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsində tikilmiş qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin Texniki pasportunun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Bizlan bələdiyyəsinə ərizə ilə müraciət edərək Bizlan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən ona tikinti tikmək üçün 0,20 ha. torpaq sahəsini satılmasını xahiş etmişdir. xx.xx.2005-ci il tarixli Bizlan bələdiyyəsinin 12 saylı iclas protokoluna əsasən iddiaçının istədiyi 0,20 ha torpaq sahəsinin ona satılmasına razılıq verilmişdir. Həmin qərara əsasən torpaq sahəsi tikinti məqsədi ilə mülkiyyətinə verilmiş, mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınaraq, müvafiq dövlət qurumu tərəfindən adına JN-2xx xxx 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Dövlət Aktı qeydiyyat kitabında xx xxxx 2005-ci il tarixdə 308 nömrə ilə qeydiyyata alınmışdır. Həmin mülkiyyət sənədinə əsasən 0,20 ha torpaq sahəsi yerində naturada ölçülərək konturları müəyyən olunaraq iddiaçıya təhvil verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2006-cı il tarixli 79 saylı və xx xxxxx 2010-cu il tarixli 52 saylı Sərəncamları ilə Bizlan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair JN-2xx xxx 40726028 nömrə ilə kodlaşdırılmış Dövlət Aktına” uyğun torpaq sahəsində ümumi sahəsi 165,52 km olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. Sərəncamlara uyğun olaraq iaşə obyektinin Eskiz layihəsi “xxxx” MMC tərəfindən hazırlanmış, İsmayıllı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsində təsdiqlənmişdir. Eskiz Layihəsinə uyğun tikinti aparılmış, X8 tərəfindən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının xx xxxxx 2010-cu il tarixli Aktı tərtib edilərək tikinti istismara qəbul edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən iddiaçının adına X13 Pasportu xx xxx 2011-ci il tarixdə hazırlanaraq, qeydiyyat kitabında 06 nömrə ilə qeydə alınaraq ona verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləri hazırlayaraq mülkiyyətində olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair JN-2xx xxx 40726028 nömrə ilə kodlaşdırılmış Dövlət Aktına” uyğun torpaq sahəsində tikilmiş ümumi sahəsi 165,52 km olan iaşə obyektinin - qeyri-yaşayış sahəsinin adına dövlət qeydiyyatına alınması üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 xx xxxx 2020-ci il tarixli məktubu ilə əmlakı iddiaçının adına qeydiyyata almaqdan imtina edərək göstərmişdir ki, 2005-ci ildə Bələdiyyə torpaq sahəsi kimi ona satılmış və “Torpağa mülkiyyət hüququna dair JN-2xx xxx 40726028 nömrəli Dövlət Aktına” əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi Dövlət Meşə Fondu torpaqları kimi qeyd olunmuşdur. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı Məmmədov X5 rayonu Bizlan kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, inşa etdirdiyi qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihəsi təqdim edilməmişdir. İsmayıllı rayonu Bizlan Bələdiyyəsindən alqı-satqı yolu ilə iddiaçının əldə etdiyi 0.20 ha torpaq sahəsinə dair təqdim edilmiş JN-297 saylı Dövlət Aktında qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında Dövlət Meşə Fondu torpaqları kimi öz əksini tapmışdır. JN-297 saylı Dövlət Aktının arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil və JN-297 saylı Dövlət X15 mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Faktiki torpaq sahəsinin sənəd üzrə ölçüsü ilə faktiki ölçüsü 0.20 ha təşkil edir. Torpaq sahəsinin təyinatı Dövlət Meşə Fondu torpaqları, statusu sahibkarlıq məqsədli, istifadəçisi və mülkiyyətçisi İddiaçıdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixində ölmüş İddiaçı prosessual hüquq varisi X9 ilə ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının hüquqi varisi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-2xx xxx 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon Bizlan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı Qərarı ilə 0.20 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 52 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Bizlan kəndində “Torpağa mülkiyyət hüququna dair JN-297, 40726028 nömrəli ilə kodlaşdırılmış Dövlət Aktı”na uyğun torpaq sahəsində ümumi sahəsi 165.52 kv.m olan iaşə obyektinin tikintisinə icazə verilmişdir. Tikintinin istismara qəbul edilməsi Aktı tərtib edildikdən sonra obyektə dair İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli “İnşaat pasportu” tərtib edilmişdir(iş materiallarına təsdiq edilmiş surəti əlavə edilmişdir). İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********84 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri xx xxxx 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı rayonu, Bizlan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı qərarı ilə JN-2xx xxx 40726028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsi Dövlət Meşə Fonduna aid torpaqlarda yerləşir. İş materiallarına əlavə edilmiş 066410 nömrəli, xx.xx.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Notariat ofisinin xx.xx.2020-ci il tarixli 941 nömrəli sənədinin surətindən müəyyən edilir ki, iddiaçı mərhum İddiaçı vərəsəsi X6r. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********28 nömrəli imtina məktubu, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin tərtib etdiyi xx.xx.2011-ci il tarixli “İnşaat pasportu”nun təsdiq edilmiş surəti, obyektin istismara qəbul edilməsi haqda Aktın təsdiq edilmiş surəti, obyektin eskiz layihəsinin təsdiq edilmiş surəti, JN-2xx xxx 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surəti, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 52 nömrəli Sərəncamının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********95 nömrəli etiraz məktubu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********84 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surəti, 066410 nömrəli, xx.xx.2020ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surəti, İsmayıllı rayon Notariat ofisinin xx.xx.2020-ci il tarixli 941 nömrəli sənədinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iddiaçının İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN-2xx xxx 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsi verilmiş mütəxəssis rəyində qeyd edildiyi kimi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron məlumat bazasına əsasən Dövlət Meşə Fonduna aid torpaqlarda yerləşir. Bu səbəbdən də həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. (1-5-ci bəndlər) Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı “İsmayıllı rayonunun Bizlan kəndində yerləşən JN-2xx xxx 40726028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan 0.20 ha torpaq sahəsində tikilmiş qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin Texniki pasportunun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçının prosessual hüquq varisinə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 251 manat 70 qəpik iddiaçının hüquqi varisi X3 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1182/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1182/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver