Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1183/2024 15.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Cavabdehnə qarşı “İddiaçı dövlət büdcəsinə olan cəmi 5174.4 manat məbləğində borcun bir ildən az olmayan müddət ərzində hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə və əlavə olunmuş materiallara baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “İddiaçı dövlət büdcəsinə olan cəmi 5174.4 manat məbləğində borcun bir ildən az olmayan müddət ərzində hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Verilmiş sorğuya cavab olaraq Zaqatala RİPŞ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, şöbənin icraatında olan və hazırkı iddia tələbinə əsasən mübahisələndirilən qərar icra edilmiş,borc məbləği dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, məktubu iş materialları ilə birgə araşdırıb hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın icra edilməsi ilə tərəflər arasında mübahisə başa şatmışdır. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. qərara aldı: İddiaçı Cavabdehnə qarşı “İddiaçı dövlət büdcəsinə olan cəmi 5174.4 manat məbləğində borcun bir ildən az olmayan müddət ərzində hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1183/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1183/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver