Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1189/2020 07.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı “Cavabdeh rəisi Fəxrəddin Abbasovun, rəis müavini Vüsal Əliyevin və şöbənin sahə müvəkkili Mehman Abdullayevin hərəkətləri nəticəsində şikayəti ilə bağlı cinayət işinin araşdırılması onların səlahiyyətində olmadığı üçün aidiyyəti üzrə cinayət prosesini araşdıran orqana göndərilməsi barədə öhdəlik qoyulması” barədə şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh rəisi Fəxrəddin Abbasovun, rəis müavini Vüsal Əliyevin və şöbənin sahə müvəkkili Mehman Abdullayevin hərəkətləri nəticəsində şikayəti ilə bağlı cinayət işinin araşdırılması onların səlahiyyətində olmadığı üçün aidiyyati üzrə cinayət prosesini araşdıran orqana göndərilməsi barədə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, sabiq həyat yoldaşı X1 üçün 1200 manat 2005ci ildən özlərinə məxsus 6 hektar sahədən hər il 8 ton buğda biçərək anbara yığmışlar, anbarın açarını da etibar edərək ona vermişlər. Toplanmış 50 ton taxıl birdən-birə yoxa çıxmışdır. Bununla əlaqədar çəpər qonşuları olan Aydın Heydərovdan və arvadı Adilə Heydərovadan soruşanda bildirmişlər ki, 2019-cu ildən İlahə Heydərova tərəfindən gətirilib Adilənin yaxud Aydının həyətinə qoyduğu 12 kisə yəni 600 kq kiloqram buğdanı İlahənin atası X8 tərəfindən Zərdab rayonuna aparılmasını etiraf etmişlər. Bunu soruşarkən o, anası İntizar Heydərova və atası Mükafat Heydərovda yanında olmuşdur. Deməli qalan taxıl da kimlər tərəfindən aparılmasında onların iştirakı var. Taxıl anbarları Heydərov Aydınla onların evlərinin arasındadır taxılın onlara aparılmasının daha bir mötəbər sübutu odur ki, onlarla iddaçının evinin arasında olan metal setka əzik haldadır. Bundan başqa 27 kiloqram qoyun yunu yoxa çıxmışdır. Bunun da yeri məlum olmuşdur ki, Aydının qonşu Şirvan kəndində olan qızı İlhamənin qayınının arvadı Şifahi tərəfindən alınmışdır. Bu qadının Bəyimli kəndində qohumları vardır. Bundan belə çıxır ki, İlahə tərəfindən ondan oğurlanmış əmlakın hamısı Aydın Heydərov və arvadı Adilə Heydərovanın vasitəçiliyi ilə kimlərəsə satılmışdır. Qeyri qonşusu Abbasova Şəmsiyyə ona şəxsən demişdir ki, onun əmlakı İlahə tərəfindən talan edilir. Mal-qara üçün çəkdirdiyi yemi X9 tərəfindən satıldığını həmkəndlisi Piriyeva Ələviyyəyə xəbər vermişdir. Ələviyyədən hind toyuğunun İlahə tərəfindən oğurlanmasını həmkəndlisi Əzimov Nəzarət görmüş həmin hind toyuğunun sahibi Namiq Piriyevə və onun həyat yoldaşı Ələviyyəyə də xəbər vermişdir. X2 Abbasov 20 baş toyuğunun oğurlanmasını da ona demişdir. X7 5 qram çəkisi olan qızıl üzüyünü İlahənin oğurlayıb satmasını Abbasova Pərvanəyə demişdir. Eyni zamanda o, Bakıda müxtəlif tikinti təşkilatlarında, Türkiyədə işlədiyi vaxt 450 baş çolpanı və yuxarıda adları qeyd edilən şəxslərin əmlakını gizli yolla atası İkram Salahovla, Aydın Heydərovla, Adilə Heydərovla əlbir olaraq talan etmişdir. İlahə Heydərova onun yuxarıda qeyd etdiyi əmlakını gizli talamaqla əldə etdiyi pulları 30%-lə sələmiyəyə verməklə qazanır. İşə əlavə etdiyi, Prokurorun adına yazdığı ərizəsində telefon nömrələrini qeyd etmişdir. İlahənin istifadə etdiyi telefonun kartı qardaşı Heydərov Ramilin adına olduğundan həmin nömrələr haqda məlumatı o almışdır. Həmin telefon sahiblərinin faizə pul götürənlərin həmin telefonda adlarının olmasında əsaslı şübhələr vardır. Bununla əlaqədar anası və atası onda küllü miqdarda pul olmasını bilib ona tapşırıblar ki, bu pulun səndə olmasını bilib səni öldürərlər. O, isə cavabında demişdir ki, mənim pulum bacılarımdadır. Bakı şəhərində həmin pula ev alacam və həmin evi kirayəyə verib pul qazanacağam. Bunu dedikdən bir neçə həftə sonra o, uşaqlarını da ondan xəbərsiz götürüb Bakı şəhərinə qaçmışdır və həmin ərazidə olan məhkəmədə nikahın pozulması və aliment tələbi barədə məhkəmədə iddia qaldırmışdır və məhkəmə tərəfindən iddia təmin edilmişdir. İlahə Heydərovanın, Aydın Heydərovun, Adilə Heydərovanın və İkram Salahovun törətdiyi əməllər cinayət qanunu ilə nəzərdə tutulmuş əməl olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluq, 177.1-ci maddəsi oğurluq yəni özgənin əmlakını gizli olaraq talama, 177.2.1 əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, 177.3.2 -ci maddəsi külli miqdarda ziyan vurmaqla törədilməsi. Həmin məcəllənin 178-ci maddəsi Dələduzluq, 178.1-ci maddəsi Dələduzluq yəni etibardan sui-istifadə etməklə özgənin əmlak hüququnu əldə etmə, 178.3.2-ci maddəsi külli ziyan vurmaqla törədilməsi. Eyni zamanda Heydərova İlahənin faizə pul verərək qanunsuz olaraq pul əldə etməsi əməli cinayət qanunun nəzərdə tutulmuş əməl olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsi qanunsuz sahibkarlıq, 192.1-ci maddəsi Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Dövlət qeydiyyatına və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) olmadan həmçinin lisenziyalaşdırma şərtlərinin pozulması ilə və ya xüsusi icazə almadan mülki dövriyyəsi məhdudlaşdırlmış əşyalardan istifadə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğulolma, vətəndaşlara, təşkilata və ya dövlətə xeyli miqdarda ziyan vurma habelə xeyli miqdarda gəlir əldə etməklə törədilməsi; Eyni zamanda həmin məcəllənin 213-cü maddəsi: Vergi ödəməkdən yayınma 213.1 -ci maddəsi: xeyli miqdarda vergiləri və ya məcburi Dövlət Sosial Sığorta haqqını ödəməkdən yayınma cinayətləri həmin maddənin tərkib hissəsidir. Onda olan məlumatlara əsasən bildirir ki, polis şöbəsinə şikayəti ilə əlaqədar toplanmış materiallarla tanış olmaq onlardan surətlərin çıxarılması haqda rəsmi olaraq polis şöbəsinin rəisi Fəxrəddin Abasov rəis müavini Vüsal Əliyevə sahə müvəkkili Mehman Abdullayevdən imtina cavabını almışdır. Azərbaycan Respublikasında hakimiyyət funksiyasını həyata keçirən vəzifəli şəxslər arasında səlahiyyət bölgüləri müəyyən edilmişdir. Buna baxmayaraq şikayəti cinayət qanunu ilə nəzərdə tutulmuş əməl olduğundan araşdırma cinayət prosesini həyata keçirən orqanlar tərəfindən aparılmalıdır. Mövcud qanunvericiliyə əsasən yəni CPM-nin 7.0.5-ci maddəsində qeyd edildiyi kimi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər məlumatlar təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr tərəfindən araşdırlır. Onun şikayəti ilə bağlı bu orqanlar kənarda saxlanılmış cinayət işinin araşdırılması sahə müvəkkilinə həvalə edilmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Şikayət ərizəsindən görünür ki, orada qeyd olunan hallar cinayət xarakteri daşıyır. Ona görə də ərizəçinin diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə və ya prokurorluq orqanına müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki şikayətə inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından ərizəçinin dinlənilməsindən imtina edilmişdir. Belə ki, onun dinlənilməsinin təmin edilməsi şikayətin mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq ərizəçinin dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Cavabdeh rəisi Fəxrəddin Abbasovun, rəis müavini Vüsal Əliyevin və şöbənin sahə müvəkkili Mehman Abdullayevin hərəkətləri nəticəsində şikayəti ilə bağlı cinayət işinin araşdırılması onların səlahiyyətində olmadığı üçün aidiyyəti üzrə cinayət prosesini araşdıran orqana göndərilməsi barədə öhdəlik qoyulması” barədə şikayəti mümkün sayılmır. Ərizəçiyə hazırki şikayətlə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə və ya prokurorluq orqanına müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1189/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1189/2020
07.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver