Məhkəmə qərarları › İş №2-1(116)-119/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-119/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-119/2020 02.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X8rşı İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Şəki rayonu, X4 müvafiq qərarına əsasən, bələdiyyə mülkiyyətində olan “Digər təyinatlı torpaqlar” kateqoriyasına daxil olan 10 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. Eyni zamanda İddiaçı MMC-nin adına, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan 10 ha ərazidə müasir əkin qaydalarına uyğun olaraq meyvə bağı salınmışdır. Meyvə bağında əkilən meyvə ağacları əmələ gəlmiş, bar vermişdir. Meyvə bağından toplanmış meyvələrin yerləşdirilməsi və emalı üçün ərazidə müəyyən xidmət tikintilərin inşa edilməsinə ehtiyac yaranmışdır. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, X4 mülkiyyətində olmuş və İddiaçı MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd - çıxarış verilərkən həmin çıxarışda torpağın kateqoriyası “Digər təyinatlı torpaqlar” kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətinə verildikdən sonra həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 tərəfindən hüquqi sənəd (çıxarış) verilərkən heç bir əsas olmadan torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, “Kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur. Bu səbəblər ərazidə meyvə bağına xidmət etmək üçün, toplanmış meyvənin emalı üçün müəyyən tikintilərin inşa edilməsinə maneçilik yaradır. "İddiaçı” MMC tərəfindən xx.xx.2019-cu il tarixli, GF19-30 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi şöbəsinə rəsmi müraciət olunmuşdur. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) dəyişdirilməsi xahiş olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 müraciətlərinə xx xxxxxx 2019-cu il tarixli, **********64 saylı məktubla qeyd olunan çıxarışda dəyişiklik edilməsindən əsaslı səbəb göstərilmədən imtina edilmişdir. Cavabdehin iddiaçıya qarşı göndərilmiş imtina məktububundan görünür ki, İddiaçı MMC-yə ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazasına uyğun olaraq xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin iddiaya qarşı münasibəti: Şəki rayonu, X7 bələdiyyənin xx xxxx 2014-cü il tarixli qərarını, torpaq sahəsinin bələdiyyə, baş memar, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təsdiqlənmiş yerləşmə sxemini, X13 Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx xxxx 2014-cü il tarixli 9/562 saylı rəyini, DTXK-nın Şəki rayon şöbəsinin xx xxxx 2014-cü il tarixli, 03 saylı rəyini, xx xxxx 2014-cü il tarixli, 584 saylı qiymət arayışını və 515384 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini təqdim etməklə bələdiyyə mülkiyyətində olan 10 ha torpaq sahəsinə kadastr xəritəsindən çıxarış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün xx xxxxxx 2014-cü il tarixdə ərazi idarəsinə müraciət etmişdir. xx xxxxxx 2014-cü il tarixli kadastr xəritəsindən çıxarışda və xx xxxxxx 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq torpaq sahəsinin kateqoriyası digər təyinatlı, məqsədli istifadə növü sahibkarlıq kimi göstərilmişdir. DTXK-nın Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli 11 saylı hərrac protokolunda torpaq sahəsinin uqodiyası kənd təsərrüfatı göstərildiyindən, sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə-181 saylı alqısatqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A002045 saylı torpaq sahəsinin planı və ölçüsündə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı kimi “kənd təsərrüfatı təyinatlı” torpaqlar, məqsədli istifadə növü “sahibkarlıq" göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərardadı ilə “xxxxxxxxx” ASC hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxsin iddiaya qarşı münasibətindən görünür ki, “xxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında bağlanılan xx.xx.2018-ci il tarixli GL2493 saylı kredit limiti müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixli İ2275 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı MMCnin mülkiyyətində olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 58 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydə alınan (Reyestr № **********04, Qeydiyyat № **********) seriya RX № ******* saylı AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, ünvan 1i ünvanında yerləşən 10.0 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar ipotekaya qoyulmuş və həmin müqavilə Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Hal-hazırda "xxxxxxxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən, İddiaçı MMC-nin mülkiyyətində olan, ümumi sahəsi 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaqların (Reyestr № **********04) “xxxxxxxxx” ASC-nin xeyrinə tam şəkildə yüklülükdə qalması şərtilə, torpağın təsvirində (təyinatında) dəyişiklik edilməsinə etiraz edilmir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsünün xx.xx.2015-ci il tarixli A seriyalı 002045 nömrəli təsdiqlənmiş surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların təstidlənmiş surətləri, DƏDRX-nin 12 saylı X9 xx.xx.2019-cu il tarixli **********64 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********14 nömrəli xx.xx.2019-cu il tarixli **********60 nömrəli xx.xx.2019-cu il tarixli **********62 nömrəli məktubları, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surəti, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi, A seriyalı 515384 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surəti, A seriyalı 515384 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********08 nömrəli məktubu, xxxxxxxxx ASC-nin xx.xx.2020-ci il tarixli PBCOS-334 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İşə əlavə olunmuş A seriyalı 002045 nömrəli xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri bölməsində torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi “digər kateqoriyalı torpaqlar” kimi qeyd olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1ində yerləşən 10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1ində yerləşən 10 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X5 məxsus olmuş və torpaq sahəsinin kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 583 nömrəli mütəxəssis rəyinin təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu X4 xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə bələdiyyəyə aid torpaq sahəsindən sahibkarlıq məqsədi ilə hazırlanmış torpaqayırma sənədlərinə baxılmışdır və tərtib edilmiş torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığı üçün ona torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması məqsədə müvafiqdir. İş materiallarında olan DTXK-nin Şəki rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 585 nömrəli rəyinin təsdiqlənmiş surətindən görünür ki, X4 mülkiyyətinə aid olan sahibkarlıq məqsədi ilə bilavasitə satılması nəzərdə tutulan həraca çıxarılan 10 ha torpaq sahəi X4 mülkiyyətinə aiddir. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı X7 xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 10 ha torpaq sahəsiniİddiaçı MMC-yə satmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 584 nömrəli arayışın təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu X4 xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə sahibkarlıq məqsədilə 10 ha torpaq sahəsinin hərrac qaydasında satılması nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Şəki-Zaqatala kadastr qiymət aid olmaqla şərti yararsızdır. İş materiallarında olan A seriyalı 515384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri bölməsində torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi “sair sahələr” kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən gürünür ki, iddiaçının adına hazırlanmış çıxarışda qeyd olunmuş 10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aiddir. Məhkəmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydə alındığı zaman ləğv edilmiş DTXK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan ölçüsü sənədinə əsasən məhkəmə predmeti olan torpaq sahəsi kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digət təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Torpaq Məcəlləsinin 12.1-12.4-cü maddələrinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ qeydə alınarkən ləğv edilmiş DTXK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan ölçüsü sənədinə əsasən torpaq sahəsi kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digət təyinatlı torpaqlar kateqoriyasına aid olmuş, bundan sonra iddiaçının mülkiyyət huququ qeydə alınanda torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aid edilmişdir. Məhkəmə qeyd edir ki, uqodiyası “sair” olan torpaqlar Torpaq Məcəlləsinin 12-ci maddəsində qeyd olunmayıb. Belə ki, kənd təsərrüfatı yerlərinə(uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar,biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmçinin iddiaçıya aid A seriyalı 002045 nömrəli xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəriciləri bölməsində torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi “digər kateqoriyalı torpaqlar” kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 12 saylı X2 İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar