Məhkəmə qərarları › İş №2-1(116)-1190/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1190/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1190/2022 29.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X17, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 9 saylı Qəbələ Ərazinə qarşı “ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində ümumirgə mülkiyyət hüququnun mərhum X18 mərhum X9 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1i ünvanda yerləşən evə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq mərhum atası X14 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1190/2022 nömrəli qərardadı ilə X21 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində ümumirgə mülkiyyət hüququnun mərhum X18 mərhum X9 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, X11 rayonun Baş Daşağıl kəndində 300 kv.m torpaq sahəsində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evinin 2 otağını xx.xx.1991-ci il tarixli müqavilə əsasında X3. Oğuz rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-71 saylı qətnaməsi ilə sözügedən fərdi yaşayış evinin 2 otağının X4 və qalan 2 otağının Cəlil Cəlilovun mülkiyyətində saxlanıldığı müəyyən edilmiş, digər 2 otaqdan X9 və digər şəxslərin çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı, mərhum X2, atasının mülkiyyətində almış 2 otaq üzərində mərhum atasının adına mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, ərazi idarəsində Baş Daşağıl kəndi üzrə vətəndaşların mülkiyyətinə torpaq sahəsi veriləcək subyektlərin siyahısında iddiaçının mərhum atasının adı öz əksini tapmamış və onun adına mülkiyyət şəhadətnaməsi hazırlanmamışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsi JN-009 B saylı şəhadətnamə iləX9 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçının nümayəndəsi, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında iddia tələbinə etiraz etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-cı il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Oğuz rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-71 saylı qətnaməsindən və xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9, X21, X12 və X7 ailə üzvləri ilə birlikdə Oğuz rayonunun Baş Daşağıl kəndində yerləşən X18 məxsus olan 2 otaqdan çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. - xx.xx.1991-ci il tarixli müqavilədən görünür ki, X11 rayonun Baş Daşağıl kəndində 300 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli iki otaqdan ibarət yaşayış evini X3. - avqust 1987-ci il tarixli, 167 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin texniki pasportunda X9 və X22 hüquq subyekti olaraq qeyd edilmişdir. - Oğuz rayon Baş Daşağıl kənd icra nümayəndəliyinin xx.xx.2002-ci il tarixli 39 nömrəli arayışında qeyd edilmişdir ki, Oğuz rayon Dövlət Arxivinin verdiyi xx.xx.1991-ci il tarixli 18 №-li arxiv arayışında göstərilmiş yaşayış evi 4 göz otaqdan ibarətdir. Həmin otaqların 2 gözü xx.xx.1995-ci il tarixli İ-S-4/2127 №-li reyestr üzrə qeydiyyat aparılmış Oğuz rayon Dövlət Notarisunun müqaviləsi ilə kənd sakini X5, 2 göz otaq isə X14 hesabında qalmışdır. - Az-İ 251247 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2007ciildə vəaft etmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Oğuz rayon Baş Daşağı kəndində yerləşən 4 otaqlı fərdi yaşayış evi iddiaçının mərhum atasına məxsus olmuş və sonuncu tərəfindən xx.xx.1991-ci il tarixli müqavilə ilə həmin fərdi yaşayış evinin 2 otağı mərhum X1. İşdə olan Oğuz rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-71 saylı qətnaməsi ilə sözügedən fərdi yaşayış evinin 2 otağının mərhum Cəlil Cəlilovun mülkiyyətində saxlanılmasına və xx.xx.1991-ci il tarixli müqavilə ilə ancaq fərdi yaşayış evinin 2 otağının özgəninkiləşdirilməsinə hüquqi qiymət verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq qeyd edilmişdir. İş materiallarında olan avqust 1987-ci il tarixli, 167 inventar nömrəli texniki pasportda X9 və X22 hüquq subyekti olaraq qeyd edildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində ümumirgə mülkiyyət hüququnun mərhum X18 mərhum X9 ilə birlikdə məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar