Məhkəmə qərarları › İş №2-1(116)-1190/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1190/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1190/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci ildən təyin edilməsi və xx.xx.2018-ci ildən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi (vəkili), tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 25 ildən artıq ümumi staja və 12 il 6 aydan artıq xüsusi iş stajına malik olduğunu bildirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələbini xx.xx.1978-xx.xx.1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alması, 1983-cü ilin iyun ayında həmin institutu “Elektrik stansiyaları” ixtisası üzrə bitirməsi, xx.xx.1983-cü ildən -xx.xx.2012-ci il tarixədək (əmr: xx.xx.1983, № 764) Azərbaycan DRES Elektrik sexinə 5-ci qrup növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilməsi, daha sonra müxtəlif illərdə növbətçi elektrik montyoru, elektrotexniki laboratoriyada 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik montyoru, elektrotexniki laboratoriyada mühəndis, elektrotexniki laboratoriyada aparıcı mühəndis, elektrik sexində elektrotexniki laboratoriyaya İ qrup böyük usta vəzifələrində, xx.xx.2012-ci ildən hal-hazıradək "xxxx" MMC-də işləməsi, ümumi güzəştli iş stajının 13 il 03 ay 07 gün təşkil etməsi, işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı’nın (Nazirlər Kabinetinin 12.01,2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlı 13cü bölməsinin “a” bəndinin 28-ci abzasına (2140000a - 18455 - qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vəsaitləri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) və “b” bəndinin 2-ci abzasına (“2140000b - 23362 avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbin) yanacaq ötürmə, tozhazırlama) uyğun olması, həmçinin qeyd edilən xüsusi iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) “a” bəndinə (“qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” abzası, həmçinin “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan)” abzası) eyni zamanda “b” bəndinə (“avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” abzası və “qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları” abzası) uyğun olması ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 06 aydan az (08 il 11 ay 04 gün) olması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı iddia ərizəsinin əsaslan kimi 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək ümumilikdə 40 il ümumi iş stajının, 13 il 03 ay 07 gün güzəştli iş stajının olduğunu iddia edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 25 noyabr 2022-ci il tarixli 07/02 nömrəli arayışında İddiaçı xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi elektrik sexi sahəsi və növbətçi elektrik montyoru vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 4 gün (xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2006- xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - КB 018068 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1983-ci illərdə peşə təhsili almışdır. - ******* №-li, əmək kitabçasına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdiyi xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 – xx.xx.2012. xx.xx.2012 – xx.xx.2022. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən "xxxx"-nin Elektrik sexində 5-ci qrup növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. (Əmr 764.23 11.1983) xx.xx.1986-cı il tarixdən 01 04.1988-ci il tarixədək Elektrik sexində 6-cı qrup növbətçi elektrik montyoru vəzifəsində (Əmr 47.,xx.xx.1986) xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə Elektrotexniki laboratoriyada 4-cü dərəcəli elektrik montyoru (əmr 35.xx.xx.1988), xx.xx.1988-ci il tarixdən 01 02.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli elektrik montyoru (əmr 115/K.12.12 1988), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək həmin sexdə 6-cı dərəcəli elektrik montyoru (Əmr 190/K.31.02 1989) vəzifələrində işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin 12.01 2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur. A) '‘Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı" adlı 13-cü bölməsinin bəndinin 28-ci abzasına esasən “2140000a-18455-qazanxana turbin (buxar-qaz turbin) avadanlığının təmiri yanacaq oturma avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” B) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən 2140000b-23362-avadanlığın qoyulmuş yerlərdə tomiri üzrə ustalar, böyük ustalar, (qazanxana, turbin (buxar qaz turbin) yanacaq ötürmə, tozhazırlama. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə Elektrotexniki Laboratoriyada mühəndis vəzifəsində (Əmr 167/K,xx.xx.1990), xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixədək həmin sexdə aparıcı mühəndis vəzifəsində (Əmr 04/K,xx.xx.1998) işlədiyi illər Nazirlər Kabinetinin müvafiq qərarlarında nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə İ qrup Böyük usta vəzifəsində (Əmr 341/Ş,xx.xx.2006) işləmişdir. xx.xx.2012-ci il tarixdə Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) xitam verilib. (Əmr 233/Ş.xx.xx.2012) İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi zərərli sahədə 8 saatlıq iş gün ərzində təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, nisbi rütubət, havanın hərəkət sürəti, elektromaqnit sahəsi, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması, nəmlik, faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında Qazan Turbin avadanlıqlarının yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330/500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 12% və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə İ qrup Böyük usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bəndlərinə uyğundur. a) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” Bəndinin 26-cı abzasına əsasən ‘qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerjiqatarları buxar və güç təsərrüfatı, adlı 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin) yanacaqötürmə tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur. “Azərenerji' ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək zərərli iş sahəsində iş stajı 07 il 19 gün və xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək iş stajı 06 il 02 ay 18 gün təşkil edir. Ümumi zərərli sahədə iş stajı 13 il 03 ay 07 gün təşkil edir. - AZE 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1961-ci ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 13 il 03 ay 07 müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili - iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az (08 il 11 ay 04 gün) olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan bildirir ki, iddiaçının xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işləmişdir, iddiaçının işlədiyi elektrik sexi sahəsi və növbətçi elektrik montyoru vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahə və vəzifəyə uyğun deyil. Məhkəmə cavabdehin həmin dəlillini əsassız hesab edir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01- 07-92 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin 12.01 2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur. A) '‘Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı" adlı 13-cü bölməsinin bəndinin 28-ci abzasına esasən “2140000a-18455-qazanxana turbin (buxar-qaz turbin) avadanlığının təmiri yanacaq oturma avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” B) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən 2140000b-23362-avadanlığın qoyulmuş yerlərdə tomiri üzrə ustalar, böyük ustalar, (qazanxana, turbin (buxar qaz turbin) yanacaq ötürmə, tozhazırlama. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə İ qrup Böyük usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bəndlərinə uyğundur. a) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” Bəndinin 26-cı abzasına əsasən ‘qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerjiqatarları buxar və güç təsərrüfatı, adlı 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin) yanacaqötürmə tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur. Sözügedən məktubda qeyd edilmişdir ki, iddiaçı zərərli sahədə 8 saatlıq iş gün ərzində təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, nisbi rütubət, havanın hərəkət sürəti, elektromaqnit sahəsi, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması, nəmlik, faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında Qazan Turbin avadanlıqlarının yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330/500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 12% və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yarandığından, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar