Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1197/2020 26.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı "Zaqatala rayon Bəhmətli kəndində yerləşən 0,21 ha torpaq sahəsinin X1 verilməsinin ləğv edilməsi və ya bələdiyyə torpaq sahəsindən 0,21 ha torpağın verilməsi" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı "Zaqatala rayon Bəhmətli kəndində yerləşən 0,21 ha torpaq sahəsinin X1 verilməsinin ləğv edilməsi və ya bələdiyyə torpaq sahəsindən 0,21 ha torpağın verilməsi" barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.2-ci və 46.1.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, habelə iddiaçının (ərizəsinin) tələbi göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı, həmçinin onun tələbinin nədən ibarət olması göstərilməmişdir. Belə olan halda, iddiaya mahiyyəti üzrə baxılması mümkün deyil. Bundan başqa, onun iddiası öhdəliyin icrası, yaxud məcburetmə haqqında iddia növlərinə aid olacaqı halda, o, eyni tələblə əvvəlcədən inzibati orqana müraciət etməyini təsdiq edən sənədləri də məhkəməyə təqdim etməlidir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin formal xətalar iddiaçının diqqətinə çatdırılmış, onların aradan qaldırılması üçün 20 gün müddət təyin edilmiş və əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsinin müzakirə olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş, xx.xx.2020ci ildə imza etdirilməklə ona çatdırılmış, lakin təyin olunmuş müddət ərzində iddiaçı nə formal xətaları aradan qaldırmamış, nə də məhkəmənin məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Eyni zamanda, məhkəmə izah edir ki, iddiaçı yuxarıda göstərilən formal xətaları aradan qaldıraraq yenidən məhkəməyə iddia ilə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı "Zaqatala rayon Bəhmətli kəndində yerləşən 0,21 ha torpaq sahəsinin X1 verilməsinin ləğv edilməsi və ya bələdiyyə torpaq sahəsindən 0,21 ha torpağın verilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1197/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1197/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver