Məhkəmə qərarları › İş №2-1(116)-1197/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1197/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1197/2025 05.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Nazim Hikmət küçəsi 27) qarşı «18 yaşına çatanadək əlilliyin müəyyən olunmasının əlillik altsisteminə əlavə edilməsi» iddia tələbi üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1974-cü il təvəllüdlüdür, ona ilk dəfə 1999-cu ildə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı ona təyin olunmuş əlilliyin 18 yaşınadək müəyyən olunmaqla əlillik altsisteminə əlavə edilməsi ilə bağlı aidiyyəti tibb müəssisəsi vasitəsilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirərək, əlilliyinin 18 yaşınadək müəyyən olunmaqla əlillik altsisteminə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməklə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı hesab edir ki, müvafiq sənədlər ona təyin olunmuş əlilliyin 18 yaşınadək müəyyən olunmasına əsas verir. Onda “uşaq serebral iflici” xəstəliyi var. Ona 1975-ci ildə “uşaq beyni paralici, sol tərəfli hemiparez, dizartriya” diaqnozları qoyulmuşdur. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və bildirir ki (iddiaya qarşı yazılı etirazla), İddiaçı əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 6 aprel 2002-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni “Keçirilmiş uşaq serebral iflicinin q/ə. Sol tərəfli dərin hemiparez. Dizartriya. Sol ətrafların deformasiyası. OU-miopik astiqmatizm. Sol mil-bilək oynağının kəskin kontrafakturası” ilə ikinci dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. Vətəndaşa ilk dəfə 26 mart 1999-cu il tarixdə əlillik statusu verilmişdir. 14 avqust 1974-cü il tarixdə doğulduğunu nəzərə alaraq, həmin vaxt onun 25 yaşı olmuş və 18 yaşınadək hazırkı diaqnoz üzrə xəstəliyin mövcud olub-olmamasına dair tibbi sənədlərin olması barədə məlumat aşkarlanmamışdır. Həmçinin, sonuncu qərarın 2002-ci ildə qəbul olunmasına baxmayaraq, uzun müddət vətəndaş tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. . Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). Cavabdeh tərəfindən iddiaçının əlilliyinin təyin olunması ilə bağlı müvafiq tibb müəssisəsi vasitəsilə daxil olmuş müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri ünvan 1-dir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyinin 18 yaşına çatanadək müəyyən olunmasının əlillik altsisteminə əlavə edilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Əmək pensiyaları haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: - 14.1.1.1. 18 yaşına çatmamış; - 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 1.5-ci bəndnə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (1.5.1) ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; (1.5.2) xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Qaydanın 1.11-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. İş materiallarında olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından alınmış “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”da 14 avqust 1974-cü il tarixdə doğulmuş və hazırda ünvan 1 ünvanında yaşayan İddiaçı barəsində aşağıdakılar qeyd olunmuşdur: - Diaqnoz: Əsas xəstəlik (G80) – uşaq serebral iflicinin davamlı qalıq nəticələri; - Əsas xəstəliyin ağırlaşmaları (G81.1) – sol ətrafların dərin hemiparezi; - Yanaşı xəstəliklər (F48.0) – astenonevrotik vəziyyət; - Xəstəliyin başlanma tarixi 1 iyul 1981-ci il; - Qısa anamnez: Özünü uşaqlıqdan xəstə hesab edir. Uşaqlıqdan xəstəliyə görə müalicə alır. Vəziyyəti orta ağırdır. Yerişi pozulub. İş materiallarında olan “X1 İnstitutu” PHŞ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 3 aprel 2025-ci il tarixli 3-28-12/2-92/2025 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Uşaq serebral iflici əsasən bətndaxili inkişaf dövründə, nisbətən az halda isə erkən postnatal dövrdə yarana bilər. - Hal-hazırda serebral iflicin ilkin diaqnozu 3 yaşa qədər, son diaqnozu 5 yaşında qoyulur və diaqnoz qoyulmuş xəstənin həyatıboyu davam edir. - Uşaq serebral iflici yetkinlik yaşından sonra yaranmır. İş materiallarında olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 8 aprel 2025-ci il tarixli 18-1-61/2- 395/2025 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - 1974-cü il təvəllüdlü İddiaçı “anadangəlmə uşaq serebral iflici” diaqnozu ilə daimi dispanserdə qeydiyyatdadır. Yerişi və sol ətrafının hərəki funksiyası pozulmuşdur. TSEK tərəfindən vətəndaşa 9 aprel 2002-ci il tarixdən “Keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. Sol tərəfli dərin hemiparez. Dizartriya. Sol ətrafların deformasiyası. OU - miopik astiqmatizm. Sol mil-bilək oynağının kəskin kontrakturası” diaqnozu ilə müddətsiz olaraq İİ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan TƏBİB “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin məhkəməyə təqdim olunmuş 2 aprel 2025-ci il tarixli 18-1-5/2-239/2025 nömrəli arayışında aşağıdakılar qeyd olunmuşdur: - “Uşaq serebral iflici”nin anadangəlmə xəstəlik olub-olmaması haqqında – “Uşaq serebral iflici” əsasən mərkəzi sinir sisteminin inkişaf qüsuru və ya doğuş zamanı baş verən zədələnmələr nəticəsində yaranan xroniki xəstəlikdir. Bu xəstəlik adətən prenatal (doğuşdan əvvəl), perinatal (doğuş zamanı) və ya poatnatal (doğuşdan sonrakı erkən dövr) dövrdə baş verən zədələnmələr nəticəsində yaranır. Əksər hallarda anadangəlmə hesab olunur. - “Uşaq serebral iflici” xəstəliyi hansı yaş qrupunu əhatə edir – Bu, ədatən erkən yaş dövründə, yəni uşaqlıq çağında diaqnoz qoyulan bir xəstəlikdir. Bu diaqnoz əsasən 0 – 18 yaş arası uşaqlara aiddir. - “Uşaq serebral iflici” xəstəliyinin yetkinlik yaşına çatdıqdan sonra yaranması mümkündürmü? – Xeyr, bu xəstəliyin 18 yaşdan sonra qazanılması mümkün deyil. Bu, inkişaf edən mərkəzi sinir sisteminin erkən dövrlərində yaranan xroniki nevroloji xəstəlikdir və yalnız uşaq yaşlarında meydana çıxır. Yetkin yaş dövründə baş verən nevroloji zədələnmələr və iflic halları “Uşaq serebral iflici” diaqnozu ilə deyil, digər tibbi diaqnozlarla qiymətləndirilir. Göründüyü kimi, məhkəmə icraatında alınmış və tədqiq edilmiş yuxarıda sadalanan sübutlar, o cümlədən ixtisaslaşmış tibb müəssisələrindən alınmış sənədlər “Uşaq serebral iflici” xəstəliyinin 18 yaşdən sonra meydana gəlməsini birmənalı inkar edir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan bu xüsusatı təkzib edən hər hansı dəlil və arqument də təqdim etməmişdir. Belə hal, hazırkı iddiaçı 1974-cü il təvəllüdlü İddiaçı qoyulmuş “Uşaq serebral iflici” diaqnozu üzrə xəstəliyin 18 yaşınadək yaranmasını birmənalı təsdiq edir. Məhkəmə iddiaçının qaldırdığı məsələyə onun hüquqi marağı nöqteyi nəzərdən də yanaşaraq diqqətə çəkir ki, mövcud qanunvericilik ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan övladların (ölmüş şəxsin övladlarının) sırasına 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsləri də aid etmişdir. Belə olan halda, ona təyin olunmuş əlilliklə bağlı “Əlillik altsistemi”ndə müvafiq düzəlişin olunmasını tələb etmək üzrə iddiaçının subyektiv hüququ da yaranmış olur. Qaldırılan iddia mahiyyətinə görə bu səbəbdən “öhdəliyin icrası haqqında” iddia növünə aiddir ki, iddiaçı yeni inzibati aktın qəbulunu, yaxud qəbul olunmuş inzibati aktın dəyişdirilməsini və ya ləğvini deyil, inzibati aktın qəbulunda yol verilmiş nöqsanın, ziddiyyətli məqamın aradan qaldırılmasını, yəni müvafiq düzəliş olunmasını tələb edir. Belə hal isə «İnzibati icraat haqqında» Qanunun 63-cü maddəsinə görə inzibati icraat çərçivəsinə, İPM-in 2.2.3 və 34-cü maddələrinə görə isə, inzibati məhkəmə icraatı müstəvisinə uyğun gəlir. Bununla da məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının sağlamlıq vəziyyəti, o cümlədən xəstəliyinin yaranma vaxtının müəyyən olunması üzrə araşdırmanı tam və hərtərəfli aparmamış, sadəcə “əlilliyin tibbi göndəriş əsasında qiymətləndirilməli olmasını” göstərməklə kifayətlənmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı əlilliyi ilə bağlı “əlillik altsistemi”ndə xəstəliyin 18 yaşınadək yaranması barədə məlumatın əlavə olunmasından imtina etmişdir. Halbuki, iddiaçıda olan həmin xəstəlik (uşaq serebral iflici) uşaq yaşlarından yaranma xarakterindədir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçı 14 avqust 1974-cü il təvəllüdlü İddiaçı uşaqlıqdan (18 yaşınadək) sağlamlıq imkanlarının məhdud olması barədə məlumatın “əlillik” altsisteminə əlavə edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 14 avqust 1974-cü il təvəllüdlü İddiaçı uşaqlıqdan (18 yaşınadək) sağlamlıq imkanlarının məhdud olması barədə məlumatın “əlillik” altsisteminə əlavə edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar