Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1199/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən ona satılmış, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ”Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması və həmin torpaq sahəsinə X4 mülkiyyəti kimi verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü (reyestr nömrəsi **********20, verilmə tarixi xx.xx.2016) sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayonu, X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən ona satılmış, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ”Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması və həmin torpaq sahəsinə X4 mülkiyyəti kimi verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü (reyestr nömrəsi **********20, verilmə tarixi xx.xx.2016) sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3633/2023 nömrəli qərardadı ilə Zaqatala rayonu X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Zaqatala rayonu X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya Zaqatala rayonu Aşağı Tala kənd ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçıya həmin torpaq sahəsinə dair A seriyalı 242057 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Zaqatala rayonu X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya satılmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu təqdim edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, sözügedən 0,06 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Zaqatala rayonu X5 tərəfindən ayrılan 0,06 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt' sənədi 18.01,2010-cu il tarixində tərtib edilmiş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsində xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdır.Həmçinin,iddia olunan torpaq sahəsi üzərində Zaqatala rayonu X4 mülkiyyət hüququ qeydə alınmı və xx.xx.2016-cı il tarixli çıxarışla rəsmiləşdirilmişdir.Buna görə də onun ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək bələdiyyə tərəfindən həmin torpaq sahəsinin iddiaçıya ayrıldığı,lakin həmin döcrdə qüvvədə olan normalara riayət edilmədiyindən sonradan iddiaçıya kömək məqsdəi ilə mülkiyyət hüququnun qeydə alındığını bildirdi.Üçüncü şəxs məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: 1.Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur 2.Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Zaqatala rayonu, X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarı ilə İddiaçı Zaqatala rayonu, X5 ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmış, iddiaçı 900 manat bələdiyyənin hesabına ödəmişdir. 3.A seriyalı 242057 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İddiaçı Zaqatala rayonu, X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi ayrılmış, X6 kitabında 31 nömrə ilə uçota alınmışdır. 4.02.10.2009-cu il tarixli ödəniz qəbzindən görünür ki, 900 manat məbləğində torpağın dəyəri Zaqatala rayonu, X4 hesabına ödənilmişdir. 5.********** reyestr nömrəli, xx.xx.2016-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. 6.A seriyalı 071702 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, iddiaçı Zaqatala rayonu, X5nə Zaqatala rayonu, X4 xx.xx.2016-cı il tarixli 06 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. 7.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4226/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Zaqatala rayon X4 xx.xx.2010- cu il tarixli 01 saylı qərarı ilə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.06 ha olmaqla X4 mülkiyyətində olan yaşayış məntəqələri0.06 ha olmaqla X4 mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid kəndin perespektiv inkişafı fonduna ayrılmış həyətyanı məqsədilə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdur və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst- üstə düşür.İddiaçıya ayrılmış torpaq sahəsi və faktiki istifadə olunan 0.06 ha torpaq sahəsi hüquqları dövlət reyestrində reyestr nömrəsi **********20 olan çıxarışla X4 mülkiyyəti kimi qeydə alınmış torpaq sahəsi ilə bütövlüklə üst-üstə düşür. Əsaslandırma hissəsi : İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı iddia tələbi onun hüquqi marağına əsasən nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olmadığından mümkünlük şərtinə cavab vermir. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı iki hissədən ibarətdir. Birincisi iddia olunan torpaq sahəsinə dair X4 mülkiyyət hüququnun qeydə alındığı **********20 reyestr nömrəli, xx.xx.2016 tarixli Çıxarışın ləğv edilməsi,ikinci 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxaırışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Lakin,hazırkı iddia tələbi iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun deyildir. Belə ki, Zaqatala rayonu, X4 adına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Çıxarış Zaqatala rayonu X4 xx.xx.2016-cı il tarixli, 06 saylı qərarına əsasında verilmişdir.Yəni,iddiaçı tərəfindən ilkin olaraq bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair qərarı mübahisələndirilməlidir.Həmin tələb uğurlu olacağı halda iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair tələb irəli sürə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, X4 18 yanvar 2010-cu il tarixli, 01 saylı qərarına əsasən ona satılmış, Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ”Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması və həmin torpaq sahəsinə X4 mülkiyyəti kimi verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü (reyestr nömrəsi **********20, verilmə tarixi xx.xx.2016) sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə