Məhkəmə qərarları › İş №2-1(116)-12/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-12/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-12/2021 02.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçılar İddiaçı10, İddiaçı5, İddiaçı4, İddiaçı8 , İddiaçı7 İddiaçılar İddiaçı1 və İddiaçı10 vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Cavabdehnə (üçüncü şəxs: X8) qarşı “Qax rayonu Qıpçaq Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdehnə (üçüncü şəxs: X8) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “6 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatı üzrə 49 illik icarəyə verilməsi məqsədilə keçirilmiş hərracın xx.xx.2018-ci il tarixli yekun protokolunun, Cavabdeh xx.xx.2018-ci il tarixli 06 nömrəli qərarının və 6 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 3M-43 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və icarə müqaviləsi əsasında X3 adına verilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 xx.xx.2019-cu il tarixli iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh xx.xx.2013-cü il tarixli 07 nömrəli qərarının, 6 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatı üzrə 49 illik icarəyə verilməsi məqsədilə keçirilmiş hərracın xx.xx.2018-ci il tarixli yekun protokolunun, Cavabdeh xx.xx.2018-ci il tarixli 06 nömrəli qərarının, 6 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 3M-43 nömrəli icarə müqaviləsinin və icarə müqaviləsi əsasında X3 adına verilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar daha sonra xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli ərizənin icraata qəbul edilməsini arzu etmədiklərini bildirmiş və iddia tələbinin dəyişdirilərək “Cavabdeh xx.xx.2013-cü il tarixli 07 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-738/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdehnə (üçüncü şəxs: X8) qarşı “Cavabdeh xx.xx.2013cü il tarixli 07 nömrəli qərarının, 6 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatı üzrə 49 illik icarəyə verilməsi məqsədilə keçirilmiş hərracın xx.xx.2018-ci il tarixli yekun protokolunun, Cavabdeh xx.xx.2018-ci il tarixli 06 nömrəli qərarının, 6 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 3M-43 nömrəli icarə müqaviləsinin və icarə müqaviləsi əsasında X3 adına verilmiş ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair xx.xx.2019-cu il tarixli ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi, iddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Cavabdehnə (üçüncü şəxs: X8) qarşı “Cavabdeh xx.xx.2013-cü il tarixli 07 nömrəli qərarının ləğv edilməsi” barədə iddianın dəyişdirilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDKY-da Hərracların Təşkili və Auksion Mərkəzinin 17 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 6.0 ha torpaq sahəsinin kənt təsərrüfatə təyinatı üzrə 49 illik icarəyə verilməsi məqsədi ilə keçirilmiş xx xxxx 2018-ci il tarixli müsabiqənin nəticələri nəzərə alınaraq Cavabdeh xx xxxxx 2018-ci il tarixli 06 nömrəli Qərarı ilə Qıpçaq bələdiyyəsinə məxsus 6.0 ha torpaq sahəsi təyinatı qərarda və müsabiqədə qəsdən qanunsuz olaraq dəyişdirilərək əkin torpaq sahəsi kimi qeyd olunaraq X7 49 illik icarəyə verilmişdir. Qax rayon Qıpçaq kənd Bələdiyyəsi ilə X8 arasında bağlanılmış 6.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqda 3M-43 nömrəli xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Qax rayonu Amanlı kəndinin Bələdiyyəsinə məxsus və onların istifadələrində olan 6.0 ha örüş torpaq sahəsi qanunsuz olaraq adı çəkilən şəxsə 49 il müddətinə icarəyə verilmişdir. Qax rayon Qıpçaq X1 ilə xx xxxxx 2018-ci il tarixli qərar qəbul edərkən və xx.xx.2018-ci il tarixli 3M-43 saylı icarə müqaviləsi bağlayarkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərini kobud şəkildə pozmuş və Amanlı kəndinin camaatının mal-qaralarını otarması üçün nəzərdə tutulmuş örüş sahəsini 49 il müddətinə qanunsuz olaraq icarəyə vermişdir. Yuxarıda qey edilən qanunsuz sənədləşmə işləri aparılan zaman örüş torpaq sahəsi özbaşına olaraq əkin torpaq sahəsi kimi göstərilməklə torpağın təyinatı məqsədli şəkildə dəyişdirilmiş, adı çəkilən hər iki təşkilat vəzifə səlahiyyətlərini qanunsuz olaraq aşmışlar. Aynurə Xurşidova isə həmin torpaq sahəsindən örüş kimi deyil, əkin sahəsi kimi istifadə etməklə təkrar olaraq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd edilən 6.0 ha örüş torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi onların kəndlərinin örüş sahəsi üzərində olan hüquqlarını pozur və onları mal-qaralarını öz örüş sahələrində otarmaqdan məhrum edir. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçılar və iddiaçıların vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı ******* nömrəli DƏDRX-dən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qax rayonu Qıpçaq kəndində yerləşən 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3M-43 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə X7 49 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan 3M-43 saylı xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Qax rayonu Qıpçaq kəndində yerləşən 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 49 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli DƏDRX-dən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qax rayonu Qıpçaq kəndində yerləşən 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qax rayonu Qıpçaq Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN seriyalı 451418 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, Qıpçaq Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 saylı Qərarı ilə 60.000 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış, X12 kitabında xx.xx.2013 tarixdə 109 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A seriyalı 451418 nömrəli xx.xx.2013-cü il tarixində dövlət kadastr kitabında 109 nömrə ilə qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, qeyd olunan torpaq sahəsinin uqodiyası əkin qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixində tərtib olunmuş A seriyalı 200929 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, qeyd olunan torpaq sahəsinin kateqoriyası kənd təsərüfatı təyinatlı torpaqlar qeyd edilmiş, lakin torpaq sahəsinin qaiməsi (sertifikatı) bölməsində həmin torpaq sahəsi digər kateqoriyalı torpaq sahəsi kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixində tərtib olunmuş A seriyalı 245584 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, qeyd olunan torpaq sahəsinin kateqoriyası kənd təsərüfatı təyinatlı torpaqlar qeyd edilmiş, lakin torpaq sahəsinin qaiməsi (sertifikatı) bölməsində həmin torpaq sahəsi digər kateqoriyalı torpaq sahəsi kimi qeyd edilmişdir. İş materiallarında olan Qax Rayon İcra Hakimiyyətinin Amanlı kənd sakini X9 və qeyrilərinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, mübahisəli torpaq sahəsi kompleks yerquruluşu layihəsində Amanlı kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid olan kollu örüş sahəsi kimi göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh adına hazırlanmış xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışda qeyd olunan 6.0 ha torpaq sahəsinin koordinatları ilə iddiaçıların naturada göstərdiyi mübahisəli torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. “xxxx” MMC-nin Elektron Baza məlumatlarına əsasən Qax rayonu Amanlı kəndinin inzibatı ərazi vahidində bələdiyyə mülkiyyətinə aid öruş təyinatlı torpaq sahələri mövcuddur və sxem 2-də göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh adına hazırlanmış xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışda qeyd olunan 6.0 ha torpaq sahəsinin koordinatlarına əsasən Qıpçaq kənd İ.Ə.D-nin hüdudları daxilinə 3.08 ha hissəsi, həmin Çıxarışda Qıpçaq kəndi İ.Ə.D-nin Amanlı kənd inzibati ərazi vahidliyinə isə 2.92 ha hissəsi düşür və həmin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış "xxxx MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapan Qax rayonu Qıpçaq kəndinin Kompleks yerquruluşu layihələrinə və naturaya uyğun tərtib edilmədiyinə görə həmin ərazinin təyinatı örüş, əkin və s. torpaq sahələrinə aid olduğunu müəyyən etmək olmamışdır. Həmin ərazidə xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın yerləşmə vəziyyəti və inzibati ərazinin sərhəd xətti iddia olunan ərazinin yerləşmə vəziyyəti tərtib edilmiş sxem 1-də göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə 3-cü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçılar mübahisələndirilən bələdiyyə qərarı haqqında məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia mümkündür və əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh kənd əhalisinin (iddiaçıların) ümumi istifadəsində olan torpaq sahəsini kənd təsərrüfatı məqsədi üçün mülkiyyətə verilməsi məqsədilə hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması haqqında xx xxx 2013-cü il tarixli, 07 saylı qərar qəbul etmiş, Sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra Azərbaycan Respublikası X10 Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 17 saylı Şəki ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxx 2018-ci il tarixdə torpaq müsabiqəsi keçirilmiş və X8 müsabiqənin qalibi olmuşdur. xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə Qıpçaq bələdiyyəsinin mülkiyyətində olan sözügedən 6.0 ha torpaq sahəsi X3 icarəsinə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, X7 icarəsinə verilmiş torpaq sahəsi ümumi istifadə də olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş torpaq sahəsidir. Hazırda iddiaçılar sözügedən torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx xxx 2013-cü il tarixli 07 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə uyğun müvafiq qaydada hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Məcəllənin 47-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının” 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Həmin Qaydaların 3-cü maddəsinə əsasən Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin malqarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Qaydaların 18-ci maddəsinə əsasən Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir. “X12, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X12nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına təbiq edərkən məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi kimi cavabdeh özünə məxsus topraq sahələrini icarəyə verməkdə səlahiyyətli olsa da, ümumi istifadə də olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş torpaq sahəsini icarəyə verməkdə haqlı olmamışdır. Başqa sözlə cavabdeh ümumi istifadə də olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan örüş torpaq sahəsi və qanunla icarəsinə icazə verilməyən müəyyən kateqoriyalı torpaqlar istisna olmaqla, qalan digər torpaq sahələrini icarəyə verə bilərdi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh yuxarıda qeyd olunan hüquq normalarına zidd olaraq kənd əhalisinin ümumi istifadəsində olan torpaq sahəsini icarəyə vermək məqsədilə hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması haqqında mübahisəli qərar qəbul etmişdir. Bu qərarın nəticəsində əhalinin ümumi istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş torpaq sahəsi icarə hüququnun predmetinə çevrilmiş və həmin torpaq sahəsi icarə müqaviləsi əsasında 3-cü şəxsin icarəsinə vermişdir. Bununla da həmin torpaq sahəsinin qanuni istifadəçilərinin hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X2rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktların qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçıların hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qax rayonu Qıpçaq Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Qax rayonu Qıpçaq Bələdiyyəsinin xx xxx 2013-cü il tarixli 07 nömrəli qərarı ləğv edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərclər cavabdehə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 370 manat 52 qəpik cavabdeh Qax rayonu Qıpçaq bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X11 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC hesab AZ23AİİB380300194-**********7 VÖEN: **********) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar