Məhkəmə qərarları › İş №2-1(116)-120/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-120/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-120/2021 16.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəki şəhər İHB-nın xx xxxxxxxx 2004-cü il tarixli, 1/193 nömrəli sərəncamı ilə iddiaçıya şəhərin S.Mümtaz küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsinin qərbindən dövlət fondu torpaqlarından tikinti materialları satışı üçün mağaza tikintisinə icarə qaydasında 20 (iyirmi) il müddətinə 90 kv.m torpaq sahəsinin ayrılmışdır. Bundan sonra Şəki şəhər İHB-nın xx xxxxxx 2010-cu il tarixli 1/239 nömrəli sərəncamı ilə iddiaçıya əlavə olaraq şəhərin S.Mümtaz küçəsinin qərbindən dövlət fondu torpaqlarından tikinti materialları satışı üçün mağaza tikintisinə icarə qaydasında 20 (iyirmi) il müddətinə əlavə 252 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə ona əlavə olaraq 144.0 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmiş və Şəki şəhər İHB-nın xx xxxxxxxx 2019-cu il tarixli 124 nömrəli sərəncamı ilə ona əlavə olaraq şəhərin S.Mümtaz küçəsinin qərbindən dövlət fondu torpaqlarından sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə 49 (qırx doqquz) il müddətinə əlavə 144 kv.m torpaq sahəsi istifadəsinə verilmişdir. İddiaçı 2017-ci ildə onun icarəsinə verilmiş torpaq sahəsində ticarət obyektinin tikintisi üçün lahiyə hazırlanılması üçün “X4” MMC-yə müraciət etmiş və ticarət obyektinin lahiyəsi tərtib edilərək ona təqdim edilmişdir. Bundan sonra iddiaçı həmin lahiyəyə uyğun olaraq həmin ərazidə ticarət obyekti inşa etdirmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ticarət obyektinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********79 nömrəli məktubunda qeyd etmişdir ki, vətəndaşın ərazi idraəsinə müraciəti zamanı ərizəyə 144 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2019-cu il tarixli, 124 saylı sərəncamı, baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli, 04 saylı müqavilə, 252 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2010-cu il tarixli, 1/239 saylı sərəncamı, baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, 90 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2004-cü il tarixli, 1/193 saylı sərəncamı əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1 -dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, iddia ərizəsində müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə olduğu göstərilsə də, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı həmin layihə təqdim edilməmişdir. İnşa edilmiş tikilinin ümumi sahəsi 427 kv.m-dir. Qeyriyaşayış binası yolun mərkəzindən 10.2 metr məsafədə yerləşir (yolun mühafizə zonası 12.5 m-dir). Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü bildirmiş, bu səbəblə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddia ərizəsinin geri götürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar