Məhkəmə qərarları › İş №2-1(116)-1200/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1200/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1200/2022 08.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-cü, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğini hesablanıb **********309 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailənizə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-cü, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğini hesablanıb **********309 nömrəli “Ərizəbəyannamə” ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailənizə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, məhkəmənin icraatında artıq eyni tələb üzrə iddia ərizəsi olduğundan və iddiaya mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verildiyindən hazırkı iddia tələbinin mümkünlüyü məsələsinin həll edilməsi zərurəti yaranmışdır. Yardım məktubunda iddiaçıya qeyd olunanlarla bağlı 5 gün müddətində yazılı şəkildə münasibət bildirmək təklif olunmuşdur. Yardım məktubu xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq məktubda qeyd olunanlarla bağlı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsində deyilir ki, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, məhkəmənin icraatında iddiaçının artıq eyni tələbi üzrə iddia ərizəsi olduğundan və iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verildiyindən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarı ilə (sədrlik edən V.Qasımov) iddia tələbi təmin olunmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə qanunsuz qərarın ləğv edilməsi və “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-cü, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğini hesablanıb **********309 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailənizə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar