Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1200/2025 05.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Ağdaş rayon icra Hakimiyyəti başçısının 19 yanvar 2024-cü il tarixli 17 nömrəli qərarı ilə qəyyumluğuma verilmiş X12 xx.xx.2013-cü ıl tarixdə anadan olmuşdur və xx.xx.2015-ci il tarixdən sağlamlıq imkanları məhdud uşaqdır. X3 Yunus Hidayət oğlu tərəfindən övladlığa götürülüb X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, həmin tarixdən X12 ailə başçısını itirməyə görə əmək pensiyası alır. Sonradan əlilliyə görə sosial müavinəti dayandırılmış, bildirilmişdir ki, əmək pensiyası hüququ olduğu üçün əlilliyə görə sosial müavinət ala bilməz. 2024-cü ilin ortaları məlum olub ki, Qanunvericilikdə olan dəyişikliklərə əsasən X4 xx.xx.2022-ci il tarixdən əlilliyə görə sosial müavinət almaq hüququ yaranmışdır. Əlilliyə görə sosial həmin tarixdən təyin olunması üçün ərizə ilə müraciət etdi, lakin qəyyumuluq təyin olunan tarixdən təyin olunmuşdur. Sosial müavinətçi X7r, anası onun sosial müavinət hüququ olduğunu bilməmiş və vafat etmişdir. Burada sosial müavinətçi və ya pensiyaçı kimin qəyyumluğa götürməsindən asılı olmayaraq əlilliyə görə sosial müavinəti almalı idi. Cavabdeh xx.xx.2024-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, “hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, X12 Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 17 N- li sərəncamına əsasən İddiaçı qəyyumluğuna verilmişdir. Bildiririk ki, İddiaçı qəyyum təyin edildiyi vaxtdan ona 200 manat məbləğində sosial müavinətin ödənilməsi bərpa edilmişdir. Həmçinin İddiaçı iddia ərizəsində sosial müavinətlərin müraciət edildiyi tarixdən 3 il əvvələ qədər ödənilə bilməsinə əsaslanmışdır. Qeyd edək ki, X12 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı himayəsində olmamış, onun himayəsində olduğu tarixdən etibarən sosial müavinəti təyin edilmişdir. Hazırki iş üzrə qeyd edilən tarixlərdə Y.Məcidlinin kimin himayəsində olduğu müəyyən edilmədiyindən xx.xx.2022- ci il tarixdən əlilliyə görə sosial müavinətin təyin edilməsi mümkün deyildir. Göründüyü kimi İddiaçı sözügedən müavinəti almaq hüququ xx.xx.2024-cü il tarixdən yaranmışdır və ona həmin vaxtan qanunvericiliyə uyğun olaraq 200 manat məbləğində sosial müavinət ödənişi həyata keçirilməkdədir. Belə olduğu təqdirdə sözügedən iş üzrə Qanunun 9.1-ci maddəsinin tətbiqi yolverilməzdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • AZ-İ 719854 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. • AZ-İ 012408 nömrəli Övladlığa Götürmə haqqında Şəhadətnamənin surətindən görünür ki, X1 Yunus Hidayət oğlu və X13 tərəfindən övladlığa götürülmüşdür. • Əlillik Altsistemindən çıxarışdan görünür ki, X5 xx.xx.2015-ci il tarixində Alfa Talasemiya dioqnozu qoyulmuşdur. • Ağdaş rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 17 nömrəli sərəncamının surəti. • AZ-İV 319742 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli 17 nömrəli qərarı ilə 18.102013-cü il təvəllüdlü X12 iddiaçının qəyyumluğuna verilmişdir. X4 xx.xx.2015-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Onun atası X6 xx.xx.2015-ci il tarixdə vəfat edəndən sonra X8 ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, əmək pensiyası hüququ yarandığından əlilliyə görə sosial müavinəti dayandırılmışdır. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyə görə sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə çıxış edir. Aşağıdakılara əsasən məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət - əlillik müddətinə təyin edilir. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqaı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadığda və bu Qanunun 9.1.3-cü maddəsinə uyğun olaraq 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin olunurdu. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X12 Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 17 №-li sərəncamına əsasən İddiaçı qəyyumluğuna verilmiş, qəyyum təyin edildiyi vaxtdan ona 200 manat məbləğində sosial müavinətin ödənilməsi bərpa edilmişdir. X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı himayəsində olması iş üzrə müəyyən edilmir. Göründüyü kimi iddiaçının əsaslandığı faktiki hallar “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən də ona xx.xx.2022-ci il tarixdən əlilliyə görə sosial müavinətin təyin edilməsindən cavabdehin imtinası əsaslıdır. Odur ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə sosial müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-1200/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1200/2025
05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver