Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1202/2021 26.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı “cavabdehin **********0 saylı 02.06.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin **********0 saylı 02.06.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya xəstəliyi ilə əlaqədar Tibbi-Sosial Ekspert Komissiyasının 4086003AABWD saylı müayinə aktından çıxarışa əsasən 07.02.2018-ci il tarixdən üçüncü dərəcə əlil hesab edildiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialının (keçmiş DSMF Yevlax rayon şöbəsi) 51/Xom saylı qərarına əsasən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının xəbəri olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspertiza və X1 əlilliyi etibarsız hesab edilmiş və nəticədə ona 07.02.2018-ci il tarixdən 31.10.2019-cu il tarixədək 16.198,06 manat artıq pensiya ödənilməsi aşkar olunmuşdur. Həmin qərarı əsas götürməklə cavabdeh **********7 saylı, 02.06.2020-ci il tarixli qərarı ilə onun üçüncü dərəcə əlilliyi ilə əlaqədar olaraq 07.02.2018-ci il tarixdən 31.10.2019-cu il tarixədək hesablanaraq ona verilmiş cəmi 16.198,06 manat artıq hesablanmış pensiya pulunun geri qaytarılmasını qərara almışdır. Qərarı qəbul etmiş inzibati orqan qərarın nüsxəsini qanunla müəyyən olunmuş qaydada və müddətdə iddiaçıya təqdim etməmiş, ona göndərməmişdir. Qərarın surətini qərarın icrası ilə bağlı Yevlax rayon İcra və probasiya şöbəsinə dəvət olunarkən şöbədən əldə etmişdir. Qərarı qəbul etmiş cavabdehin vəzifəli şəxsi qərarı onunla əsaslandırmışdır ki, 4086003AABWD saylı qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X1 etibarsız hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği, pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulur. Ona görə də belə nəticəyə gəlir ki, 07.02.2018-ci il tarixdən 31.10.2019-cu il tarixədək hesablanaraq ona verilmiş cəmi 16.198,06 manat artıq hesablanmış pul pensiyaçı tərəfindən geri qaytarılmalıdır. Əmək pensiyasının ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması barədə qərar qəbul etmiş cavabdeh qərarını əsaslandırdığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Ona görə də qərar ləğv olunmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarının iddiaçı tərəfindən cavabdehin qərarını mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi müəyyən edilmiş, 09.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya yardım məktubu ünvanlanaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, göstərilən məsələyə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. İddianın mümkünlüyünün yoxlanılması üzrə 26.08.2021-ci il tarixə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, mübahisələndirilən 02.06.2020-ci il tarixli qərar barədə 2021-ci ilin aprel ayında məlumat almışdır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 35 və 38.1-ci maddələrinin tələbləri izah edilmiş, iş materiallarının iddiaçı tərəfindən cavabdehin əmrini mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi bildirilmiş və İPM-in 24-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməsi təklif olunmuşdur. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməmiş, heç bir əsaslı səbəb göstərmədən buraxılmış prosessual müddətin üzrlü hesab olunmasını, iddiasının mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 02.06.2020-cı il tarixli **********0 nömrəli qərarından artıq fevral ayından məlumatlı olmuşdur. Belə ki, iddiaçı eyni tələblə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən 2-1(116)- 613/2021 nömrəli iş üzrə iddiaçıya dəfələrlə yardım məktubları ünvanlanmış və 07.06.2021-ci il tarixdə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. İddiaçı həmin qərardadın surətini iddia ərizəsinə əlavə etsə də, məhkəmə iclasında cavabdehin mübasiləndirilən qərarından aprel ayında məlumat aldığını bildirmiş, buraxılmış müddətin üzrlü hesab olunmasını xahiş etmiş, lakin müddətin buraxılmasının onun təqsiri olmadan baş verdiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin qərarının ilkin olaraq iddia ərizəsinin poçta təqdim edildiyi 17.07.2021-ci il tarixdən mübahisələndirdiyi nəzərə alınsa belə, qanunla nəzərdə tutulmuş prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı mübahisəli qərar barədə ilk dəfə iddia tələbi irəli sürdüyü vaxtdan hesablanmaqla 5 ay sonra məhkəmə qaydasında cavabdehin qırarını mübahisələndirməklə yenidən ləğv olunmasını tələb etmişdir. İddiaçı mübahisələndirilən qərardan izahatında bildirdiyi kimi 2021-ci ilin aprel ayında məlumat aldığı fərz olunsa belə, o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı “cavabdehin **********0 saylı 02.06.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1202/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1202/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver