Məhkəmə qərarları › İş №2-1(116)-1203/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1203/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1203/2023 28.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X3 mütəxəssis X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz Rayon Xalq Deputatları Sovetinin 12 noyabr 1993-cü il tarixli 17 nömrəli iclasının qərarı ilə daimi istifadəsinə verilmiş 585 kv.m həyətyanı torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair DƏDR-dən Çıxarşın və Torpaq sahəsinin planı və ölçüsü hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz Rayon Xalq Deputatları Sovetinin 12 noyabr 1993-cü il tarixli 17 nömrəli iclasının qərarı ilə daimi istifadəsinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair DƏDR-dən Çıxarşın və Torpaq sahəsinin planı və ölçüsü hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili 28 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz Rayon Xalq Deputatları Sovetinin 12 noyabr 1993-cü il tarixli 17 nömrəli iclasının qərarı ilə daimi istifadəsinə verilmiş 585 kv.m həyətyanı torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair DƏDR-dən Çıxarşın və Torpaq sahəsinin planı və ölçüsü hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, Oğuz Rayon XDS-nın xx.xx.1993-cü il tarixli, 17 nömrəli iclasının qərarı və “28 May” kolxozunun ümumi yığıncağının 23 avqust 1993-cü il tarixli 17 nömrəli iclasının qərarı ilə iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsinin daimi istifadəyə verilməsi təsdiqlənmişdir.Oğuz rayon İcra Hakimiyyəti Başçısınn 4 oktyabr 1993-cü il tarixli 83 nömrəli vəsatətinə əsasən torpaq sahəsinin ölçülüb verilməsi xüsusi dövlət orqanının Oğuz rayon Şöbəsinə həvalə edilmi., layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi mənzil tikintisinə icazə verilmişdir. xx.xx.1993-cü il tarixli 144 nömrəli aktla torpaq sahəsi yerində ölçülərək sərhədlərinə nişan qoyularaq iddiaçıya təhvil verilmişdir.Qeyd olunur ki, 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.1993-cü il tarixdən iddiaçının istifadəsindədir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək sözügedən torpaq sahəsinin qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur, İddiaçı qanuni istifadəsində olan 0.06 ha torpaq sahəsinə dair Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 17 nömrəli qərarı əsasənda verilmiş AN: 389571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və fərdi yaşayış evinin texniki pasportu əsasında 0.06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının mütəxəssis izahatında təqdim edilmiş rəyə əsasən iddia olunan torpaq sahəsinə dair məlmat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Oğuz Rayon XDS-nın xx.xx.1993-cü il tarixli, 17 nömrəli iclasının qərarı;

3. 02 dekabr 1993-cü il tarixli 144 nömrəli akt;

4. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuşdur.

5. **********68-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair Texniki Pasportun təsdiqlənmiş surətindən görünür ki, 0.06 metr torpaq sahəsi İddiaçı və X4 mülkiyyətinə verilmişdir.

6. A seriyalı 389571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 599.59 kv. metr torpaq sahəsi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cü il tarixli, 75 nömrəli qərarı ilə İddiaçı adına verilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cü il tarixli, 75 nömrəli qərarının surəti və xx.xx.2001-ci il tarixli Oğuz şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adı qeyd olunmuşdur

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-5260/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Oğuz Rayon Xalq Deputatları Sovetinin 12 noyabr 1993-cü il tarixli 17 nömrəli iclasının qərarı ilə daimi istifadəsinə verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair məkan göstəriciləri (plan-ölçü) sənədi olmadığı üçün koordinatlarını müəyyən etmək mümkün deyildir. İddiaçı faktiki istifadəsində olan 0.0723 ha torpaq sahəsinin 0.0585 ha hissəsi **********97 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. 0,0138 ha hissəsi isə Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən yerinə düşür. Yeni tərtib olunmuş elektron uçot məlumatlarına əsasən (TEKUİS) sözügedən 0.0138 ha torpaq sahəsi Oğuz şəhəri inzibati ərazisinin sərhəddi daxilində, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı (tikinti altında olan torpaqlar) sahə olan bələdiyyə mülkiyyətində yerləşir.Torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində tikili mövcud deyildir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində tikili mövcud deyildir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0.0723 ha torpaq sahəsinin 0.0585 ha hissəsi **********97 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. 0.0138 ha hissəsi isə digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı : 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili İddiaçı qanuni istifadəsində olan 0.06 ha torpaq sahəsinə dair Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1993-cü il tarixli, 17 nömrəli qərarı əsasənda verilmiş AN: 389571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və fərdi yaşayış evinin texniki pasportu əsasında 0.06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış verilməsi ilə bağlıdır. İşin Məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki,yuxarıda qeyd olunan hazırkı Oğuz Rayon XDS-nın xx.xx.1993-cü il tarixli, 17 nömrəli iclasının qərarı əsasında iddiaçıya ayrılan torpaq sahəsinə deyil,onun atasının qanuni istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evinə verilmişdir.Həmin ünvanda fərdi yaşayış evinə dair iddiaçının atası X1 adına fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.Həmin sənəd əsasında xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışla fərdi yaşayış evi üzərində X2,0,06 ha torpaq sahəsi üzərində isə iddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır.Göründüyü kimi iddaçı ümumi birgə mülkiyyətçi kimi həmin torpaq sahəsinə münasibətdə payçı kimi iştirak etmişdir.Yəni,hazırkı tələbdə qeyd olunan torpaq sahəsi ilə üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələri fərqli ünvanda olmaqla eyni deyildir. İş materiallarına əsasən Oğuz Rayon XDS-nın xx.xx.1993-cü il tarixli, 17 nömrəli iclasının qərarı və “28 May” kolxozunun ümumi yığıncağının 23 avqust 1993-cü il tarixli 17 nömrəli iclasının qərarına əsasən torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır. Həmin torpaq sahəsinə dair təqdim edilmiş mütəxəssis rəyindən görünür ki,iddiaçının faktiki istifadəsində 585 kv.m torpaq sahəsi mövcuddur.İstifadə olunan torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi “naturada ölçülmüş 0.0723 ha torpaq sahəsinin 0.0585 ha hissəsi **********97 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, 0.0138 ha hissəsi isə digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan torpaq sahəsi İddiaçı ayrılmışdır. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz Rayon Xalq Deputatları Sovetinin 12 noyabr 1993-cü il tarixli 17 nömrəli iclasının qərarı ilə iddiaçıya ayrılmış 585 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarşın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar