Məhkəmə qərarları › İş №2-1(116)-1204/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1204/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1204/2022 13.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il ay müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək fəaliyyəti müddətini və İ qrup əlil oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq etdiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının tələb olunan sosial sığorta stajına və pensiya kapitalına malik olmamasını, həmçinin iddiaçının, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs sayılmadığını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu “Əmək pensiyaları haqqında” Qanununun 7, 8.2 və 21.2.4cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazını, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, iddiaçının əmək fəaliyyəti müddətinin əmək kitabçasında qeyd edilməməsi, övladına qulluqla bağlı müayinə aktının tərtib edilməməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 5776 №-li arayışından görünür ki, iddiaçı, Aşağı Tala kəndi “S.Vurğun” adına kolxozda 1984-cü ildə 113 gün, 1985-ci ildə 60 gün, 1986-cı ildə 329 gün, 1987-ci ildə 170 gün, 1988-ci ildə 200 gün, 1989-cu ildə 248 gün, 1990-cı ildə 240 gün, 1992-ci ildə 127 gün, 1993-cü ildə 81 gün əmək fəaliyyəti ilə məşğul olmuş, 1994-cü ildə analıq məzuniyyətində olmuşdur. 1984- 1987-ci illərdə minimum adam günü norması 200 gün, 1988-1990 və 1992-1994 cü illərdə minimum adam günü norması 190 gün qeyd edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 5775 №-li arayışından görünür ki,  iddiaçı, xx.xx.1982-ci il tarixdən müvəqqəti olaraq çamaşırxanaya paltaryuyan qəbul edilmiş (əmr № 57), xx.xx.1983-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir (əmr № 59).  iddiaçı, xx.xx.1983-cü ildə camaşırxanaya paltar yuyan vəzifəsinə qəbul edilmiş (əmr № 103), xx.xx.1985-ci il tarixdən vəzifəsindən azad edilmişdir (əmr № 74). - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Xəmmədov Rəhmanın “qiymətləndirmə məlumatlarından” görünür ki, ona xx.xx.2004-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, diaqnoz : eplepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, şəxsiyyət dəyişkənliyi, ağıl zəifliyi diaqnozu qoyulmuş, meyar olaraq - etiologiyasından asılı olmayaraq kəmağıllıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillik qeyd edilmişdir. - Zaqatala rayon İHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 874 №-li məktubundan və eyni tarixli 875 №-li arayışından görünür ki, 12 №-li təsərrüfatbaşına kitabın 164-cü səhifəsinə əsasən İddiaçı ailə tərkibinə Xəmmədov Rəhman Paşa oğlu daxildir və xx.xx.1986-cı ildə anadan olmuş Xəmmədov Rəhman Paşa oğlu anasının himayəsindədir, doğulduğu vaxtdan indiyədək ona İddiaçı qulluq etmişdir. - AA3299137 nömrəli şəxsiyyət vəsiqəsindən və AZ-İ 616415 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Xəmmədov Rəhman Paşa oğlu xx.xx.1986-cı ildə doğulmuşdur, onun haqqında qrafasında X1 qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət baxımından da əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddə.Əlilliyi müəyyən edilmişuşağını səkkiz yaşınadək tərbiyə etmişanaların bu Qanunun 7-ci maddəsinə uyğunşərtlər daxilindəyaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22.2-ci maddəsığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: d)İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasənsığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsindəqeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4.(əvvəlki redaksiyaya əsasən) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablananİ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habeləahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” xx.xx.1992-ci il tarixli 284 nömrəli Qanunun (13.06 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (xx.xx.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018- ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq 57 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub). İddiaçının camaşırxanada paltar yuyan vəzifəsində işlədiyi 2 il 5 ay 25 gün əmək fəaliyyəti müddəti işdə olan arxiv arayışı ilə sübut olunur və həmin müddətin əmək stajına daxil edilməsi ilə bağlı tələb, yuxarıda istinad olunmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndindən irəli gəlir. İddiaçı, Aşağı Tala kəndi “S.Vurğun” adına kolxozda 1986, 1988-1990-cı illərdə tam adam günü normasını yerinə yetirmiş (tam staj olaraq qəbul edilir), 1984, 1985, 1987, 1992 və 1993-cü illərdə isə tam adam günü norması yerinə yetirməmişdir (faktiki işlədiyi müddət nəzərə alınır). Həmin müddət üzrə hesablanmış əmək stajı aşağıdakı kimidir; - tam adam günü normasının yerinə yetirildiyi müddət 4 ilə bərabərdir, - 1984, 1985, 1987-ci illərdə 200 adam günü minmumuna qarşı iddiaçının işlədiyi müddət 343 gün olmuşdur və həmin müddət 1 il 8 ay 16 günə bərabərdir, - 1992 və 1993-cü illərdə isə iddiaçı 190 adam günü minimumuna qarşı 208 gün işləmişdir və həmin müddət – 1 il 1 aya bərabərdir. Beləliklə, iddiaçının Aşağı Tala kəndi “S.Vurğun” adına kolxozda ümumi əmək stajı 6 il 9 ay 16 günə bərabərdir. İddiaçının övladının xx.xx.1999-cu ildən sağlamlıq imkanlarının məhduluğunun müəyyən edilməsi, “eplepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, şəxsiyyət dəyişkənliyi, ağıl zəifliyi” diaqnozunun qoyulması, buna görə də xx.xx.2004-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilməsi və xəstəliyinin anadangəlmə olması iş materialları ilə sübut olunur. İddiaçının oğlu Xəmmədov Rəhman Paşa oğlunun sağlamlıq imkanları məhdudluğu ilk dəfə müəyyən edilərkən onun 13 yaşı olsa da, TSEK-in qərarına əsasən müəyyən olunur ki, əlilliyin səbəbi anadangəlmə idiotiya, yaxud kəskin nəzərə çarpan inbesillikdir. Yəni, iddiaçının oğlunda sağlamlıq imkanlarının məhdudluğuna səbəb olan xəstəlik onda anadangəlmə olmuşdur. Bundan başqa Zaqatala rayon İHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 875 №-li arayışı ilə müəyyən olunur ki, Xəmmədov Rəhman Paşa oğlu anasının himayəsindədir, doğulduğu vaxtdan indiyədək ona anası qulluq edir (oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1821/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1557/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-1746/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarında müvafiq arayış sübut qismində qəbul edilmişdir). İddiaçının oğluna qulluq etdiyi müddət onun Aşağı Tala kəndi “S.Vurğun” adına kolxozda işlədiyi müddətlə tam üst-üstə düşdüyündən və həmin müddətlərdən biri hesablanmalı olduğundan iddiaçının 1993-cü ilədək kolxozda işlədiyi müddət qəbul edilir. Belə ki, iddiaçı tərəfindən müvafiq arxiv arayışının təqdim edilməsi onu göstərir ki, iddiaçı həmin müddətin sosial sığorta stajına hesablanmasında maraqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının oğluna qulluq etdiyi dövr əmək fəaliyyətini 1993-cü il tarixdən dayandırdığı müddətdən sonrakı dövrü əhatə edir. Odur ki, Rəhman Xəmmədovun anadangəlmə xəstəliyini nəzərə alaraq, ona 1993cü ildən 18 yaşına çatanadək (sağlamlıq imkanları məhdud uşağa) və xx.xx.2004-cü ildən, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtadək qulluq edilmə müddəti (İ dərəcəli əlilliyinin müəyyən edilməsi ilə əlaqədar) İddiaçı sığorta stajına hesablanmalıdır. Yuxarıda qeyd edilən müddətlər toplandıqda müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il stajı tamamlanıb və o, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)- 172/2021 nömrəli qərarında göstərilmişdir ki, istinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” iddiaçıya münasibətdə tətbiq edilərkən 1986-cı ildə doğulmuş və 1999-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş şəxsin 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və xx.xx.2017-ci ilədək qüvvədə olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.2-ci bəndinə əsasən sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır. Qeyd olunan norma onu nəzərdə tutur ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlərin nəzərə alınması üçün iddiaçı məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmuş olmalıdır. Yəni, heç bir əmək fəaliyyəti olmayan şəxslərə münasibətdə həmin norma tətbiq edilmir. Həmçinin qeyd olunmalıdır ki, istinad olunan Qaydalarda “misal 32” olaraq aşağıdakı məzmunda kazus qeyd edilmişdir: Misal 32. 1953-cü il 04 yanvar tarixdə anadan olmuş qadın 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşına çatmış ahıla (yaşı 70ə çatmış şəxsə) qulluq etmişdir. Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşında ahıla (yaşı 70-ə çatmış şəxsə) qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir. Göründüyü kimi, kazusun məzmununda qeyd edilir ki, “Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinəuyğun olaraq onun4 il 1-ci qrup əlilə, 10 ilsağlamlıq imkanları məhdud 18 yaşınadəkuşağa... qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan və iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması (9 il 3 ay 11 gün) iş materialları ilə sübut olunduğundan, iddiaçının, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs olmaması ilə bağlı cavabdeh orqanın imtina dəlili əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə, İddiaçı İ qrup əlil olan oğlu Xəmmədov Rəhman Paşa oğluna qulluq göstərdiyi 21 il 2 ay müddət sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar