Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1205/2020 17.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə qarşı “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona yardımın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona yardımın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təsdiqlənmiş işsizlik statusu almışdır. Yaranmış karantin vəziyyəti ilə əlaqədar işsiz əhaliyə verilməli olan 190 manat yardımla bağlı xx xxx 2020-ci il tarixdə iddiaçıya aztəminatlılıq meyarıma uyğun gəlmədiyi barədə sms bildirişi gəlmişdir. İddiaçı bununla bağlı cavabdeh orqanın çağrı mərkəzlərinə və digər şəhər nömrələrinə zəng etmiş, lakin əlaqə saxlaması mümkün olmamışdır. Həmçinin iddiaçı cavabdeh orqanın elektron poçt ünvanlarına, eləcə də cavabdehin ünvanına yazılı müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Cavabdeh orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia tələbinə etiraz məktubunda qeyd edilir ki, hazırkı iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X3, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə iddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində işsiz statusu verilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəii Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.15-ci yarımbəndinə əsasən yoxlamalar nəticəsində iddiaçının bank kartına aylıq pul vəsaiti daxil olduğundan (190 manat) birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. İddiaçıya iş təklifi zamanı özü də ərizəsində qeyd olunan faktı təsdiqləyərək bildirmişdir ki, hazırda Zərdab rayonunda loqoped mərkəzi işlədir və 8 nəfər nitq qüsurlu uşaqlara loqopedik məşğələlər keçir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu göndərilmiş və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"nda deyilir ki, birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tərəfindən həyata keçirilir (1.4-cü bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. (3.2-ci bənd) MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. (3.4-cü bənd) Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. (3.5-ci bənd) Göründüyü kimi, istər birdəfəlik ödəmənin təyin edilməsi, istərsə də onun verilməsindən imtina olunması Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tərəfindən elektron qaydada qəbul edilən qərarla həyata keçirilir. Yardım məktubu ilə həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, iddianın növü düzgün seçilməmiş və mübahisələndirmə iddiası daha münasib olduğu halda, səhvən öhdəliyin icrası haqqında iddia verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi iddiaçı yardım məktubunu şəxsən özü imzalayaraq xx.xx.2020-ci il tarixdə almışdır. Lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirməmişdir. Həmçinin iş materiallarında olan iddiaçının cavabdeh orqanın rəhbərinə yazdığı xx.xx.2020-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə iddiaçı 19 saylı Ərazi Məşğulluq filialının müdiri Samir Nuriyev tərəfindən mərkəzə dəvət olunaraq onunla səmimi söhbət aparılmış, iddiaçıya ali təhsilli psixoloq müəllim olduğu üçün Zərdab rayon Şəftəhal kənd tam orta məktəbində psixoloq-müəllim kimi aylıq əmək haqqı 390 manat olmaqla iş təklif edilmişdir. İddiaçı ərizəsində hal-hazırda Zərdab rayonunda loqoped mərkəz işlətdiyi və 8 nəfər nitq qüsurlu uşaqlarla loqopedik məşğələlər keçdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə qarşı “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona yardımın verilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1205/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1205/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver