Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1206/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan daşınmaz əmlaklar üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,6 hektar torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00- 05101-08303 olan çıxarış üzrə Şəki şəhəri M.F.Axundov küçəsindəki 6 nömrəli binanın 3cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014-cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-05101-093015 olan çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının əri X1 və digər şəxslərin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Aparılmış istintaq araşdırması nəticəsində bir çox şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham aktı tərtib edilərək baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Lakin, əri X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı bir maddəsinin pozulmadığı, yəni cinayət törətmədiyi müəyyən edildiyindən, əri X4 ilə bağlı hissədə araşdırmaya xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ********* nömrəli cinayət işinin istintaqı zamanı mənim ölkədən çıxışıma məhdudiyyət qoyulmuş, həmçinin, mülkiyyətimdə olan 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00-05101- 08303 olan çıxarış üzrə Şəki şəhəri M.F.Axundov küçəsindəki 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014-cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-05101- 093015 olan çıxarış üzrə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə əsassız olaraq həbs qoyulmuşdur. Artıq uzun müddətdir ki, mülkiyyətimdə olan əmlakımla bağlı sərəncam vermək hüquqlarım məhdudlaşdırılmışdır. Bununla da mənim Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqlarım pozulmuş və hüquqlarımın pozulması davam etməkdədir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində bununla bağlı hər hansı bir rəsmi qərar mövcud deyildir. İddiaçı onun mülkiyyətində olan və yuxarıda adlarını sadaladığı əmlakları üzərindəki məhdudiyyətlərin götürülməsinin, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi əsassız olaraq və qanunun tələblərinə əsasən əsaslı bir səbəb göstərmədən onun həmin tələbindən imtina edilmişdir. Cavadeh xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazınından görünür ki, İddiaçı 16 aprel 2008-ci il tarixdə verilmiş **********85 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş **********19 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş **********13 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, 124-cü kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş **********67 05101-093015 reyestr nömrəli çıxarış üzrə Şəki şəhəri, M.F.Axundov küçəsində, 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış binasının və 30 yanvar 2014-cü il tarixdə verilmiş **********67-05101-093015 reyestr nömrəli çıxarış üzrə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədilə xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət ünvanlamışdır. İddiaçı adına olan sözügedən əmlakların üzərinə 07 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/99m saylı məktubu əsasında müvəqqəti nəzarət qoyulmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - Seriya MH ******* nömrəli (300801981 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA-000572 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Seriya MH ******* nömrəli (300801978 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA 000567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA 000576 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Seriya MH ******* nömrəli (**********13 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri 124-cü kvartalda 0.06 ha torpaq sahəsində yerləşən həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AA 000571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki şəhəri 124-cü kvartalda yerləşən fərdi yaşayış evininin hüquq sahibi İddiaçı adına tərtib edilmişdir. - Seriya MH ******* nömrəli (********** qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri X9 prospektində istifadədə olan 0.0775 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 69.95 kv.m ümumi, 42.52 kv.m əsas, 27.43 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. - Seriya RX ******* nömrəli (301400440 qeydiyyat nömrəli) DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. - **********00-05101-083003 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, X9 prospekti, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - 404011-003867-05301-093015 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti, bina-61A, giriş-1, mərtəbə- 2, mənzil-3 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanan xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m və digər məxfi qrifli məktublarala bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətlərində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Qeyd olunan məktubların məzmunun məxfi olmasına zərurət aradan qalxdığından müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsi qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsini xahiş edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli 05-Q nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixli 3297 nömrəli Qərarla dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 1.1-ci bəndinə əsasən bu Təlimat «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə uyğun olaraq hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi qaydalarını tənzimləyir. Həmin Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Təlimatın 2.1- ci bəndinə əsasən reyestrdən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin Ərazi İdarələrinin rayon şöbələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən sənədi əlavə etməlidir... Həmin Təlimatın 3.1.3-cü bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlaklar üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlaklar üzərinə həbs qoyulmamışdır. Cavabdehin etirazının dəlilini əsasını təşkil edən Daxili İşlər Nazirliyinin xx.xx.2015ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli 1/99 №li məktubu əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni, qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Ümumiyyətlə qanunvericilikdə “müvəqqəti nəzarət” adı altında məhdudlaşdırma növünə rast gəlinmir. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarını pozulmasına səbəb olmuşdur. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan 1/99m №-li məktub olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olan daşınmaz əmlaklar üzərindən məhdudiyyətlərin götürülməsini və özünə məxsus əmlakın real hüquqi vəziyyətinə uyğun arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********86 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********85 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********19 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,06 hektar torpaq sahəsinin, 16 aprel 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********13 olan çıxarış üzrə Şəki şəhəri 124-cü kvartalda yerləşən 0,6 hektar torpaq sahəsinin, 15 sentyabr 2008-ci il tarixdə verilmiş reyestr nömrəsi **********00-05101-08303 olan çıxarış üzrə Şəki şəhəri M.F.Axundov küçəsindəki 6 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin, 30 yanvar 2014-cü il tarixdə verilmiş reyestr nömrəsi **********67-05101-093015 olan çıxarış üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərindəki məhdudiyyətlərin götürülməsi, həmin ünvanlar üzrə “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair” arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun olaraq verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.