Məhkəmə qərarları › İş №2-1(116)-1207/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1207/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1207/2023 29.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlillik dərəcəsinin 12 noyabr 2019-cu il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının əlillik dərəcəsinin dayandırıldığı tarixdən 2019-cu ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlillik dərəcəsinin 09 sentyabr 2020-ci il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı 15 avqust 2005-ci il tarixdə doğulmuşdur. İddiaçı anadangəlmə 4-cü dərəcəli skalioz xəstəliyi ilə əlaqədar əlil olmuşdur. Onun anadangəlmə əlilliyi ilə bağlı ona 2009-cu ildən əlillik dərəcəsi təyin edilmiş və hər ay müavinət ödənilmişdir. 2019-cu ilin noyabr ayında İddiaçı əlilliyə görə aylıq müavinəti dayandırılmışdır.Cavabdeh tərəfindən iddiaçının yenidən həkim müayinəsindən keçirilməsi tələb edilmişdir. Həkim müayinlərindən keçirələrək müalicə yolu ilə anadangəlmə əlilliyinin bərpası mümkün olmamışdır. Bu barədə Göyçay Rayon Xəstəxanasında müayinələr keçirilmişdir. Göyçay Rayon Xəstəxanası iddiaçının müalicə yolu ilə anadangəlmə əlilliyinin bərpası mümkün olmaması barədə tibbi rəyini verməsinə baxmayaraq, İddiaçı əlilliyə görə aylıq müavinəti bərpa edilməyərək ödənilməmişdir. Bu barədə iki ildir ki, dəfələrlə müraciət etməyimə baxmayaraq, qızım İddiaçı anadangəlmə əlilliyinin 2022-ci ilin aprel ayından bərpa edilmiş lakin, dayandırıldığı vaxtdan yəni 2019-cu ilin noyabr ayından bərpa edilməmişdir.Sonradan yeni göndərişlər təqdim olunmuş və xx.xx.2022-ci il tarixindən 3 il müddətində sağlamlıq imkanları məhdud uşaq olduğu səbəbindən əlillik təyin olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı əlillik vəziyyətinə Bakı 20 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, Sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz(52 dər).Fəqərələrin torsiyası pazvarı deformasiyası. Döş qəfəsinin asimmetrik qarışıq tip deformasiyası. Hər iki əllərin barmaqlarının daraq sümüklərinin hipoplaziyası, sindakteliyası, barmaqların deformasiyası. Daimi ağrı sindromu. Hər iki əlin tutma funksiyasının pozulması Ağırlaşma Q67.5 Onurğanın anadangəlmə deformasiyaları, uşaq anadangəlmə onurğa əyriliyi ilə doğulub, hazırda İV dər.kifoskalioz müəyyən olunur.; Meyar : 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00- Q99);” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir.Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 20 saylı Uşaq Poliklinikasının xx.xx.2023-cü il tarixli 398 nömrəli məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı 2015-ci ildən 20 nömrəli Uşaq Poliklinikasının qeydiyyatındadır. Bundan əvvəl Göyçay rayonunda yaşayıb, orada uşaq poliklinikasında qeydiyyatda olub. Ananın sözünə əsasən 2006, 2007, 2008-ci illərdə X3 “Ensofalotopiya, psixiki-fiziki inkişafın geriliyi, qıcolma tutmaları ilə müalicə alıb. Bakı şəhərində kirayədə yaşadığı üçün tez-tez rayona gedib gəlib və sosial müavinəti də Göyçay rayonundan alıb. İddiaçı mütəmadi olaraq 20 nömrəli Uşaq poliklinikasında icbari dispanserizasiyadan keçib. Sahə həkimi və dar ixtisaslı həkimlər tərəfindən müayinə olunub, müalicə təyin edilib. 2018-ci ildən nefroloqun dispanser qeydiyyatında olub. Diaqnoz: “Kəskin qlomerulo nifrit nefrotık sindrom ilə mütəmadi olaraq 3 saylı X5 stasionar müalicə alıb. 2021-ci ildə həkimoftalmoloq “Refraksiya anomaliyası'', həkim-allerqoloq "Bronxial astma", diaqnozu ilə dispanser qeydiyyata götürülüb. xx.xx.2022-ci il tarixində X4 İnstitunda müayinə olunub. Diaqnoz: “Sağ tərəfli anadangəlmə İV dərəcəli kifoskoiioz". Həkim-cərrah tərəfindən dispanser qeydiyyata götürülüb 08.02-xx.xx-2022-ci ildə X6 İnstitunun X5 stasionar müalicə alıb. xx.xx.2022-ci il tarixində 6 nömrəli X1 keçib - nəticə: qarışıq tipli ventilyasiya pozulub. xx.xx.2022-ci il tarixində Medera Hospitalında EKQ və EXO müayinəsi olunmuşdur. “WPW sindromu” aşkarlanmışdır. Ablasiya proseduru icra olunub. xx.xx.2022-ci il tarixdə 20 nömrəli Uşaq Poliklinikası tərəfindən Həkim Məsləhət Komissiyasından keçib və Tibbi Sosial Ekspert komissiyası tərəfindən uşağın xəstəliyi səbəbli sağlamlıq imkanı məhdud uşaq kimi qiymətləndirilib və müavinət təyin olunub. Cavabdehin xx.xx.2020-ci il qiymətləndimə tarixli imtinasından görünür ki,iddiaçıya əlavə müalicəyə ehtiyacı olması əsası ilə əliliyin təyin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən 3 il müddətində sağlamlıq imkanları məhdud uşaq olduğu səbəbindən əlillik təyin olunmuşdur.Əlilliyin təyin olunması Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, Sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz(52 dər).Fəqərələrin torsiyası pazvarı deformasiyası. Döş qəfəsinin asimmetrik qarışıq tip deformasiyası. Hər iki əllərin barmaqlarının daraq sümüklərinin hipoplaziyası, sindakteliyası, barmaqların deformasiyası. Daimi ağrı sindromu. Hər iki əlin tutma funksiyasının pozulması Ağırlaşma Q67.5 Onurğanın anadangəlmə deformasiyaları, uşaq anadangəlmə onurğa əyriliyi ilə doğulub, hazırda İV dər.kifoskalioz müəyyən olunur.; Meyar : 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00- Q99);” kimi qeyd olunmuşdur. Müəyyən edilən diaqnozdan da görünüdüyü kimi iddiaçıya təyin edilmiş əlilliyin səbəbi sonradan yaranmamış, Sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz(52 dər, Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] diaqnozunu anadangəlmə mövcud olmuşdur.Cavabdeh inzibati orqan tərəfindən iddiaçının sağlamlıq vəziyyəti həmin diaqnoz əsasında əvvəllər də qiymətləndirilmiş, “Meyar:3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu” meyarı ilə əlillik təyin edilmişdir. Hazırda mübahisələndilən cavabdehin xx.xx.2020-ci il qiymətləndimə tarixli imtinasından görünür ki,iddiaçıya əlavə müalicəyə ehtiyacı olması əsası ilə əliliyin təyin olunmasından imtina edilmişdir.İmtina zamanı təyin edilmiş diaqnoz “hər iki əlin İİ-İV barmaqların bükücü kontrakturası” kimi qeyd olunmuşdur. Göründüyü kimi sonuncu təyin edilən əlilliyin meyarı əvvəlki təyin olunmuş əlilliklə eynilik təşkil etmişdir. İddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Həmin Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılması əsasları göstərilmişdir: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə,qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, iddia təmin edilməli,iddiaçıya xx.xx.2019-cu il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı: İddia təmin edilir. İddiaçı sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlilliyin 09 sentyabr 2020-ci il tarixindən təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar