Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1209/2020 24.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı “JN-4xx xxx 40109018 nömrəli Dövlət Aktının 0425T planşetinin qismən 0,05 ha hissəsində qismən ləğv edilməsi, həmin torpaq sahələrinin dəyişdirilməsi və Dövlət Aktlarında dəyişikliklərin edilməsi və buna uyğun olaraq RX seriyalı ******* nömrəli çıxarışda düzəlişlər edilməklə yeni sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-4xx xxx 40109018 nömrəli Dövlət Aktının 0425T planşetinin qismən 0,05 ha hissəsində qismən ləğv edilməsi, həmin torpaq sahələrinin dəyişdirilməsi və Dövlət Aktlarında dəyişikliklərin edilməsi və buna uyğun olaraq RX seriyalı ******* nömrəli çıxarışda düzəlişlər edilməklə yeni sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Hidayət Muradov xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının səlahiyyətli nümayəndəsi və vəkilinin məhkəməyə göndərdiyi ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 cavabdeh Ağsu rayonu Ləngəbiz bələdiyəsinə qarşı “heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq ərazisinin 200 hektar sahəsinin 99+1 (doxsan doqquz) il müddətinə onun istifadəsinə verilməsinə dair Ağsu rayonu Ləngəbiz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 nömrəli qərarının icarə müddəti hissəsində dəyişdirilərək icarəyə verilmə müddətinin 15 il müəyyən edilməsinə dair Ağsu rayonunun Ləngəbiz bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 08 nömrəli iclas protokolunun və həmin ptotokolla əlaqəli xx.xx.2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1209/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1209/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver