Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-121/2021 21.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Balakən rayonu AİK-nın xx.xx.2004-cü il tarixli 02 saylı qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçının anası X4 və üçüncü şəxs X5 mülkiyyətinə verilmişdir. İddiaçı bildirir ki, həmin torpaq sahəsi onun atası və anasının ümumibirgə mülkiyyətində olmasına baxmayaraq JN-960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha torpaq sahəsinin mülkiyyətçiləri anası və iş üzrə üçüncü şəxs X9r. İddiaçı hesab edir ki, X11 heç bir əsas və səbəb olmadan adını torpaq şəhadətnaməsində qeyd etdirmişdir. İddiaçı üçüncü şəxsin adının şəhadətnamədən çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********10 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəliş edərək 3-cü şəxs X5 adını mülkiyyətçilərin siyahısından çıxardaraq yeni çıxarışın verilməsinə köməklik göstərilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə (əvvəllər tanınmış hüquqlar) düzəliş edilməsi və ya onların ləğv edilməsi, adların daxil edilməsi və ya çıxarılması 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə edilmiş və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı məlumat verilir ki, X3 və iş üzrə 3-cü şəxs X8 (cəmi 2 nəfərə) Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları Ləğv edilmiş DTXK tərəfindən JN-960A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. AİK-nın qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında) həmin 0,10 ha torpaq sahəsinin X2 və iş üzrə 3-cü şəxs X5 (cəmi 2 nəfərə) ümumibirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin vəkili iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 1793 nömrəli “Ölüm haqqında arayış”ın təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Rusiyada, Moskva şəhərində vəfat etmişdir. İş materiallarında olan JN-960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarına əsasən 0.10 ha həyətyanı torpaq sahəsi X4 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 081010 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1992-ci il tarixdə Balakəndə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 05/Q-320/69 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, X12 və X6 xx.xx.1951-ci il tarixdə nikah bağlamışlar. Nikah qeyd edildikdən sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan Balakən Şəhər İƏD-nin xx.xx.2016-cı il tarixli, 2498 nömrəli arayışından görünür ki, 01 saylı təsərrüfatbaşına kitabının 94-cü səhifəsində mərhum X2 adına şəhərin Z.Əliyeva küçəsi 94 ünvanında (keçmiş R.Cirinqov küçəsi 54) fərdi yaşayış evi və JN-960A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 079567 nömrəli müqavilədən görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır. İş materiallarında olan 42188355 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” ASC Balakən sukanal idarəsi ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən evə içməli suyun buraxılması və tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar müqavilə bağlanılmışdır. İş materiallarında olan X16 Xidmətinin xx.xx.2020-ci il tarixli, **********34 nömrəli məktubunda qeyd edilir ki, mövcud arxivlərdə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı aşkar edilməmişdir. Məktuba əlavə edilən xx.xx.2004-cü il tarixli “Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, 960-cı sırada X4 və X5 qanuni istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilən Balakən rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 02 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iclasda Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 121 saylı və xx.xx.2004-cü il tarixli 122 saylı məktubları nəzərə alınmış, Balakən şəhərində 1645 ailənin qanuni istifadəsində olmuş 0.03 ha-dan 0.25 hadək norma daxilində cəmi 137 hektar qanuni həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmişdir. Hüquqi sənədlərin hazırlanması DTXK-dən xahiş edilmişdir. İş materiallarına olan Balakən İƏD-nin xx.xx.2021-ci il tarixli, 026 nömrəli məktubuna əlavə edilən 1985-1990-cı illərə və 1990-2005-ci illərə dair əhalinin qeydiyyat kitabının təsdiq edilmiş surətində X12 (adının üstündən xətt çəkilmişdir), X4, X10 (adının üstündən xətt çəkilmişdir) və X5 adları qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının X16 Komitəsinə verilmişdir. “Azərbaycan Respublikası X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 3-cü şəxs islahatdan əvvəl mərhum babasının təsərrüfatında 1985-1990-cı illərdə qeydiyyatda olmaqla yaşamış, babası 1992ci ildə vəfat etdikdən sonra nənəsi X4 ilə birgə 1990-2003-cü illərdə təsərrüfat aparmış, 2005-2012-ci illərdə əhalinin qeydiyyat kitabına əsasən tək onun adı qeyd olunmuşdur. xx.xx.2004-cü il tarixli “Balakən rayonunun Balakən şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ində də 3-cü şəxsin adı nənəsi ilə birgə qeyd olunmuş, ona görə də Balakən rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 02 saylı qərarına əsasən JN-960A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun da adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 münasibətdə ləğv edilməsindən imtina olunması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A kod 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X8 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-121/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-121/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver