Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1215/2020 03.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı (üçüncü şəxs: Ağdaş rayon Qaradağlı bələdiyyəsi) Cavabdehnə qarşı “Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0.30 ha olmaqla) 1.20 ha torpaq sahəsinin və adının Ağdaş rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Qaradağlı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı (üçüncü şəxs: Ağdaş rayon Qaradağlı bələdiyyəsi) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0.30 ha olmaqla) 1.20 ha torpaq sahəsinin və adının Ağdaş rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Qaradağlı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunan iddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, iddiaçı doğulduğu 1959-cu il tarixdən Ağdaş rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Ağdaş rayonu Qaradağlı kəndində torpaq islahatı aparılan zaman iddiaçı və onun ailə üzvlərinə torpaq payı verilməmişdir. İddiaçı özü və ailə üzvlərinin adlarının torpaq payı almaq hüququ olan subyektlərin siyahısına daxil edilib-edilməməsi barədə məlumat verilməsi, siyahıya daxil edilmədiyi halda bunun təmin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan Ağdaş rayonu Qaradağlı kəndində torpaq islahatı aparılan zaman onun və ailə üzvlərinin adlarının pay torpağı almaq hüququ olan subyektlərin siyahısına salınmadığını bildirmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçıya xx xxxx 2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X5, Naxçıvan Muxtar Respublikası X5, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X3 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X4 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X5 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X3 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "Dövlət X2 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Yardım məktubunda həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Ağdaş rayon X3 qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsi qüvvəyə mindiyi xx xxxxxx 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx xxxxxx 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçıya göndərilən yardım məktubunda o da qeyd edilmişdir ki, Cavabdeh Ağdaş rayon X3 hüquqi varisi deyil və torpaq payı alacaq subyektlərin siyahısına kimisə daxil etmək səlahiyyəti yoxdur. Bundan başqa iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya yardım məktubunda qeyd olunanlara münasibət bildirməsi üçün 10 gün vaxt verilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İş materiallarında olan Qaradağlı poçt filialının xəbərnaməsindən göründüyü kimi yardım məktubu xx xxxxxx 2020-ci il tarixdə ünvana verilmişdir. İddiaçı tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "Dövlət X2 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı (üçüncü şəxs: Ağdaş rayon Qaradağlı bələdiyyəsi) Cavabdehnə qarşı “Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0.30 ha olmaqla) 1.20 ha torpaq sahəsinin və adının Ağdaş rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Qaradağlı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1215/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1215/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver