Məhkəmə qərarları › İş №2-1(116)-1215/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1215/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1215/2021 22.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “evinin qeydiyyata alındığı sənədlərin (şəhadətnamə və.s) və onadək olan sahiblərinin alqı-satqı müqavilələrinin surətlərinin (və ya əvvəlki sahibləri barədə arayışın) ona verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə dair inzibati işə açıq, şifahi, məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “sorğusuna cavab verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçıya tələbin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçı 11.11.2021-ci il tarixli məhkəmənin dəftərxanasına iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək evinin qeydiyyata alındığı sənədlərin (şəhadətnamə və.s) və onadək olan sahiblərinin alqı-satqı müqavilələrinin surətlərinin (və ya əvvəlki sahibləri barədə arayışın) ona verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.11.2021-ci il tarixli 2-1(116)-1215/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətindədir. İddiaçı, cavabdehə müraciət edərək mülkiyyətində olan evin ilkin və sonrakı qeydiyyatları (iddiaçıya qədər ilk dəfə əmlak kimin adına qeydiyyatdan keçib, sonralar kimlərin mülkiyyətində olması) barədə məlumat verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının sorğusuna cavab verməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən bu barədə məlumatı hüquq sahibinə və onun tərəfindən vəkil edilmiş şəxsə verilir. İddiaçı, cavabdehin imtinası ilə razılaşmamış və müvafiq sənədlərin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilən sənədləri elektron məhkəmə informasiya portalı vasitəsilə artıq əldə etdiyini, əldə etmək istədiyi sənədlərin də məhz həmin sənədlər olduğunu bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmənin 22.12.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DƏDRX-in 17 saylı Ərazi İdarəsinin 03.06.2021-ci il tarixli **********98 nömrəli və 07.07.2021-ci il tarixli **********90 nömrəli məktublarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - İddiaçı əmlak məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan və Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətindədir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasına gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə dair sənədlərin əldə edilməsinə nail olmaqdır. İddiaçı tərəfindən təqdim edilmiş ərizə ilə müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırarkən əldə etmək istədiyi məqsədə artıq çatıb. Belə ki, cavabdeh DƏDRX-in 17 saylı Ərazi İdarəsi məhkəmə tərəfindən ona verilən 29.11.2021-ci il tarixli sorğunu cavablandırılmaqla iddiaçının əldə etmək istədiyi sənədləri məhkəməyə təqdim etmiş və iddiaçı həmin sənədləri məhkəmə vasitəsilə artıq əldə etmişdir. Bununla da tərəflər arasındakı inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “evinin qeydiyyata alındığı sənədlərin (şəhadətnamə və.s) və onadək olan sahiblərinin alqı-satqı müqavilələrinin surətlərinin (və ya əvvəlki sahibləri barədə arayışın) ona verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar