Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1219/2021 15.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********518500 nömrəli qərarının və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə məhkəmənin binasında, açıq, məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********518500 nömrəli qərarının və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi 27.09.2021-ci il tarixdə məhkəməyə vəsatət verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh vəsatətini müvafiq qərar əsasında hesablanmış 5587,30 manat gəlir vergisi və həmin məbləğə hesablanmış 1855 manat faiz bocunun vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılması və hazırda mübahisə predmetinin mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi izahat verərək cavabdehin 08.06.2020-ci il tarixli qərarı ilə bağlı aralarında yaranmış mübahisənin öz həllini tapdığını, hesablanmış 5587,30 manat gəlir vergisi və həmin məbləğə hesablanmış 1855 manat faiz bocunun şəxsi hesab vərəqindən silindiyini bildirmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 08.06.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********518500 №-li qərardan görünür ki, bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 5587.30 manat məbləğində müəyyən edilmişdir. - cavabdeh tərəfindən iddiaçıya göndərilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə” 26.08.2021-ci il tarixli qərardan görünür ki, iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyət götürülmüşdür. Götürülmənin əsası olaraq - məhdudlaşmaya səbəb olan borc məbləğinin azalması qeyd edilmişdir. - iddiaçının (VÖEN: **********) şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, 24.08.2021-ci il tarixdə 5587.30 manat borc məbləğinin azalması ilə bağlı qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi : Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində məhkəmə hazırlıq iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən 08.06.2020-ci il tarixdə ona hesablanmış 5587.30 manat fiziki şəxsin gəlir vergisinin və 1855 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsinə nail olmaqdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, müvafiq iddia tələbi məhkəmənin icraatında olduğu müddətdə cavabdeh inzibati orqan öz təşəbbüsü ilə iddiaçının tələbini təmin etmiş və hesablanmış 5587.30 manat fiziki şəxsin gəlir vergisini və 1855 manat faiz borcunu azaltmaqla faktiki olaraq həmin borc məbləğini silmiş, iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyəti götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08.06.2020-ci il tarixli, **********518500 nömrəli qərarının və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1219/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1219/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver