Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1220/2020 25.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxslər: Zərdab rayon Mənzil İstismar Sahəsi, X4) qarşı “Zərdab şəhər, H.Əliyev pr. (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58,34 kv.metr mənzilinin 3-cü şəxs X2 adına özəlləşdirilməsinə dair qərarın və 13.09.2013-cü il tarixli RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxslər: Zərdab rayon Mənzil İstismar Sahəsi,X4) qarşı “Zərdab şəhər, H.Əliyev pr. (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58.34 kv.metr mənzilinin 3-cü şəxs X2 adına özəlləşdirilməsinə dair qərarın və 13.09.2013-cü il tarixli RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58.34 kv.metr mənzili Zərdab rayon XDS İK-nin 28 fevral 1990-cı il tarixli qərarı ilə, 104 saylı order əsasında X3 5 nəfər ailə üzvüləri ilə birlikdə yaşaması üçün verilmişdir. Həmin mənzil Zərdab rayon Mənzil İstismar Sahəsinin balansında olmaqla dövlət mülkiiyyətində olmuşdur. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58.34 kv.metr mənzilin kirayəçisi X2 rəsmi müraciəti əsasında Zərdab rayon XDS İK-nin 10 may 1990-cı il tarixli 1 saylı dəyişmə orderi əsasında kirayəçi X6 Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini dəyişdirmişdir. Həmin mənzili özəlləşdirmiş, bir müddətdən sonra başqa bir şəxsə sataraq, Göy çay rayonunun kəndinə köçmüşdür. Uzun illər ərzində X1 ailə üzvüləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxmamışdır. Göyçay şəhəri, Kommunist küçəsi, 105 saylı evin, 20 saylı mənzilini qanuni əsaslar ilə əldə etmiş, lakin Zərdab şəhəri, H.Əliyev pr. (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58.34 kv.metr mənzilində qeydiyyatda olmasına əsaslanaraq, Zərdab rayon məhkəməsində iddia qaldıraraq mənzlin ondan sonrakı kirayəçisi olmuş milliyətcə erməni olan şəxsin mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasına nail olmuş, qanunsuz subutlar ilə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, mənzildə 1990cı idən faktiki yaşayan iddiaçının tərəfində 3-cü şəxsin hüquqlarını pozmuş, mənzilin əsassız mülkiyyətçisinə çevrilmişdir. Zərdab şəhəri, H.Əliyev pr. (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı mənzili saxta sənədlər əsasında özəlləşdirilmiş, 13.09.2013-cü il tarixdə hüquqi qeydiyytadan keçməklə RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mənzildə 1990-cı ilin may ayından sonra o, həyat yoldaşı X9 oglu və ailə üzvüləri ilə birlikdə faktiki olaraq yaşamış, mənzlin bütün kommunal, elektrik, su, qaz xərclərini ödəmişdir. Bu sənədlər ilə tam təsdiq edilir ki, X4 və onun ailə üzvüləri faktiki olaraq bu mənzildə yaşamamışdır. Mənzili tam təmir etmişdir. Bu təmir üçün 40.000 manatdan çox pul xərcləmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İddiaçı hazırki iddiası üzrə 24.07.2020-ci il tarixdə məktub ünvanlanmış və bildirilmişdir ki, işə baxılarkən ləğvi tələb olunan qərarın rekvizitlərinin qeyd olunmadığı müəyyən edilmiş, ümumiyyətlə qərarın kim (hansı orqan) tərəfindən qəbul olunduğu qeyd olunmamışdır.Tələbin ikinci hissəsi, yəni “13.09.2013-cü il tarixli RX seriyalı, ******* saylı mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyin icrasına dair iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizənizə əlavə etdiyiniz sənədlərə qeyd etdiyiniz tələblə Sizin cavabdeh inzibati orqana müraciət etməyiniz, müraciətinizdən cavabdehin imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Ümumiyyətlə, iddia ərizəsinə qeyd olunan mənzilə hər hansı hüququnuzun olmasını təsdiq edən sənəd (müqavilə, order və s.) əlavə olunmamışdır.Odur ki, yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılması üçün Sizə 10 gün vaxt verilir. Həmin məktub 03.08.2020-ci il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmiş lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxslər: Zərdab rayon Mənzil İstismar Sahəsi,X4) qarşı “Zərdab şəhər, H.Əliyev pr. (keçmiş Azərbaycan küçəsi), 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 58,34 kv.metr mənzilinin 3-cü şəxs X2 adına özəlləşdirilməsinə dair qərarın və 13.09.2013-cü il tarixli RX seriyalı, ******* saylı mülkliyyət hüquqlarının qeydiyyatına dair Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1220/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1220/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver