Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1220/2021 14.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh3nə, Cavabdeh2nə, Qəbələ Rayon Tikanlı Bələdiyyəsinə qarşı "iddiaçıya və ailə üzvlərinə torpaq islahatı zamanı verilməli olan pay torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh3nə, Cavabdeh2nə, Qəbələ Rayon Tikanlı Bələdiyyəsinə qarşı "iddiaçıya və ailə üzvlərinə torpaq islahatı zamanı verilməli olan pay torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddiasına dair inzibati iş Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bundan başqa, həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İddia ərizəsində cavabdeh qismində bir neçə orqan qeyd olunsa da, onların hər birinə qarşı yönələn iddia tələbi fərdiləşdirilməmiş, həmçinin iddia ərizəsinin nəticə hissəsində qeyd olunan "ailə üzvləri"nin kimliyi göstərilməmişdir. Bundan əlavə, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsindən və cavabdehin bu tələbi təmin etməməsindən ibarətdir. Lakin işdə torpaq sahəsinin ayrılıb verilməsi üçün iddiaçının Cavabdeh2ndən başqa digər orqanlara müraciət etməsini təsdiq edən sənəd yoxdur. Bundan başqa, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin dördüncü hissəsində deyilir ki, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun "İslahatı aparan orqanlar" adlanan 4-cü maddəsində deyilir ki, islahatın aparılması üçün Azərbaycan Respublikası X2 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası X2 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X2 Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X2 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X1 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X1 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X2 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli aqrar islahat komissiyalarının səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X2 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X2 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda irəli sürülmüş tələblər iddia ərizəsində cavabdeh kimi göstərilən orqanların səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Belə olan halda, hazırkı iddianın mümkün sayılması üçün əsaslar mövcud deyil. Məhkəmənin 02.08.2021-ci il tarixli məktubu ilə bu hallar əvvəlcədən iddiaçının diqqətinə çatdırılaraq fikirlərini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmiş və əks təqdirdə iddianın mümkün sayılmaması məsələsinin müzakirə ediləcəyi bildirilmişdir. Məhkəmənin məktubu iddiaçıya poçt vasitəsilə göndərilmiş və ona 15.08.2021-ci ildə çatdırılmışdır. Lakin təyin olunmuş müddət ərzində iddiaçı məhkəmənin yardım məktubuna yazılı münasibət bildirməmişdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh3nə, Cavabdeh2nə, Qəbələ Rayon Tikanlı Bələdiyyəsinə qarşı "iddiaçıya və ailə üzvlərinə torpaq islahatı zamanı verilməli olan pay torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1220/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1220/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver