Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1223/2025 18.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil2 Neymət qızının iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsinə qarşı “cavabdehin X4 torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 108 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin X4 torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 108 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-3377/2024 nömrəli qərardadı ilə Musayev Ələkbər Feyzi oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarı ilə mərhum X6 mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən 0.06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsi 36 № ilə qeydə alınmışdır (hazırda torpaq sahəsinin ünvanı ünvan 1a Mingəçevir şəhərində yerləşən “Azərkabel” zavodunda işləmiş və iş yeri üzrə mənzil uçotunda durmuşdur. Həmin vaxtlar zavodun balansında boş mənzillər olmadığına və yeni ev tikintisi nəzərdə tutulmadığına görə mərhum əri mənzil növbəsindən çıxarılmaqla fərdi ev tikintisi üçün torpaq sahəsi verilməsinə ərizə ilə razılıq vermişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının həmin sərəncamından əvvəl məsələyə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının yanında komissiyada baxılmış, torpaq sahəsinin ayrılması qərara alınaraq komissiyanın 06 iyun 1996-cı il tarixli 9№-li protokolu ilə rəsmiləşdirilmişdir. Bundan sonra ayrılmış 0.06 ha torpaq sahəsi naturada Xanlar Məmmədova təhvil verilmişdir, forpaq sahəsi yerində təhvil alındıqdan bir müddət sonra torpaq sahəsi mişar daşı ilə hasara alınmış, həyətə daxil olmaq üçün qapı qoyulmuş, ağaclar əkilmişdir. Lakin həyətdə hələ ki, maddi imkan olmadığına görə yaşayış evi tikə bilməmişdir. Torpaq sahəsi 1996-cı İlin iyun ayından hal-hazıradək, yəni 28 ildən çoxdur ki, iddiaçının istifadəsindədir. Odur ki, cavabdehə ərizə ilə müraciət edərək 0,06 ha torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmiş və cavabdeh orqan ərizəyə xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-M-01288/2024 saylı yazılı cavabla imtina verərək mübahisə olduğuna görə məhkəməyə müraciət etməsini izah etmişdir. Cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi imtinasını onunla əsaslandırmışdır ki, müraciət etdiyi həmin 0.06 ha torpaq sahəsi üzərində digər bir şəxsin mülkiyyət hüququ qeydiyyata alınmışdır və daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəliş və ya onun ləğv edilməsi DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, belə mübahisələr məhkəmə qaydasında həll olunur. Bundan sonra onlara məxsus 0.06 ha torpaq sahəsinin hansı digər şəxsin mülkiyyətində qeydiyyata alınmasının müəyyənləşdirilməsi üçün cavabdehə vəkil sorğusu verilmişdir. Cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda aşağıdakıları bildirmişdir: - Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 108 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X2 adına həyətyanı məqsədi ilə ayrılmış, həmin qərar və xx.xx.2006-cı il tarixli, 831 saylı torpaqların alqı-satqısına dair akt əsasında xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2024-cii il tarixli, 4Ə-1162 reyestr nömrəli alqı-satqt əqdi əsasında X7 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini Musayev Ələkbər Feyzi oğlunun adına özgəninkiləşdirmişdir. Hal-hazırda 0.0616 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Musayev Ələkbər Feyzi oğlunun adınadır''. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 653 saylı sərəncamı ilə Xanlar Məmmədova daimi istifadəyə ayrılmış 0.06 ha torpaq sahəsi Mingəçevir şəhərinin inzibati ərazisi vahidinə daxildir, Havarlı Bələdiyyəsi ilə heç bir əlaqəsi yoxdur və Mingəçevir şəhər İcra Hakımiyyəti başçısının sözügedən qərarı halhazıradək qüvvədədir, ləğv edilməmişdir. Havarlı Bələdiyyəsi iddiaçının mərhum ərinə məxsus torpaq sahəsini 2006-cı ildə deyil, faktiki olaraq 2022-ci ildə satmış, lakin qəsdən alqı-satqını 2006-cı il üçün saxtalaşdırmışdır. Belə ki, mövcud qanunvericiliyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan boş torpaqların vətəndaşlara həyətyanı sahə kimi hərrac yolu ilə satılması tələb olunduğuna görə, Havarlı Bələdiyyəsi bu torpaqların satılması qərarını 2006-cı ilin iyul ayına sənədləşdirməklə cinayət əməli törətmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, X4 Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-ci il tarixdə 108 saylı qərarla 0,06 ha həyatyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. X1 tərəfindən ona ayrılan torpaq sahəsinin sənədlərini Daşınmaz Əmlak Yevlax rayonuna ərizə ilə təhvil verərək özünə çıxarış verilmişdir. Nəzərə çatdırılır ki, 2004-2011-ci illər üzrə sənədlər, iclas protokolları və sairə sənədlər arxivə təhvil verilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin vəkili (nümayəndəsi) izahat verərək iddia müddətinin buraxılmasını bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - DƏDKR PHŞ-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları; X3 24 iyun 2024-cü il tarixli arxiv arayışı və ona əlavə edilmiş Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 653 nömrəli Sərəncamından çıxarış, 06 iyun 1996-cı il tarixli 9 nömrəli protokol; İV-ЖГ 336115 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə; AZ-İ №736092-li ölüm haqqında şəhadətnamə; Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 108 nömrəli Qərarı və ona əlavə edilmiş torpaqayırma sənədləri; xx.xx.2024-cü il tarixli **********8 qeydiyyat nömrəli Çıxarış, xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin plan və ölçü sənədi; xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış, AN-İ № 1266232-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, qonşu torpaq sahələrinə dair qeydiyyat orqanının təqdim etdiyi hüquq müəyyənedici sənədlərin və əmlak hüquqlarının qeydiyyatına dair sənədlərin surətləri, DƏDKR PHŞ-nin 07 yanvar 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... “İnzibati icraat haqqında” Qanun 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. ... 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı, sözügedən torpaq sahəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarı ilə mərhum X6 ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün qeydiyyat orqanına müraciət edərəkən cavabdeh tərəfindən hazırda etibarsız hesab edilməsini tələb etdiyi qərar əsasında sözügedən torpaq sahəsinin digər şəxsə satılmasından məlumatlı olmuş və məlumatı aldıqdan dərhal sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsində olmuş və həmin torpaq sahəsinin bələdiyyə qərarı ilə digər şəxslərə satılması ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisə predmetinə münasibətdə kifayət qədər marağın olması və inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı mümkünlük şərtləri yerinə yetirilir. İddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıracaq və maddi nəticələr doğuracaqdır. İşin hallarından görünür ki, iddiaçı, mübahisəli torpaq sahəsinə münasibətdə hüquq müəyyənedici sənəd qismində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996cı il tarixli 653 №-li qərarına istinad edir. Sözügedən qərarda mərhum X6 fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən 36 №-li 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.7-ci bəndində ... Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə ... 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquq müəyyənedici sənəd olaraq təsbit edilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərinin ərazi hüdudları daxilində olmuşdur. İddia olunan torpaq sahəsi "Xaldan” şossesinin sol tərəfində yerləşir və "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidədir. İddia olunan torpaq sahəsinin naturada faktiki sahəsi 622 kv.m-dir, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - həyətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi - **********06 reyestr nömrəli çıxarışa əsasən Musayev Ələkbər Feyzi oğludur. İddia edilən torpaq sahəsi xx.xx.2007-ci il tarixində ********* nömrəsi ilə X2 adına dövlət reyestrində qeydiyyata alınmış, sonradan Musayev Ələkbər Feyzi oğlunun adına özgəninkiləşdirilmişdir. Məhkəmə tərəfindən Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 108 saylı qərarına əlavə edilmiş torpaqayrıma sənədləri qeydiyyat orqanından götürülərək öyrənilmişdir. Sözügedən torpaq sahəsinin planında həmin ərazinin keçmişdə tərəvəzçiliksüdçülük savxozunun ərazisi olması qeyd edilsə də, mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki olaraq həmin ərazi "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidir. İş materiallarında olan üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin yerləşdiyi yer ərazi olaraq Yevlax rayonu Havarlı kəndi olaraq qeyd edilmişdir. Bununla belə, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin yerləşmə vəziyyəti Mingəçevir şəhəri 1-ci Günəşli küçəsi 4, yeni qaydalarla Mingəçevir şəhəri, Mikayıl Abdullayev küçəsi, giriş 6 olaraq qeyd edilmişdir. Məhkəmə tərəfindən qonşu torpaq sahələrinə dair sənədlər qeydiyyat orqanından götürülərək yoxlanılmış və müəyyən edilmişdir ki, qonşu ərazilər də, Mingəçevir şəhəri ərazinə aid olmaqla "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri olmuşdur. Eyni zamanda Mingəçevir bələdiyyəsinin 2003-cü ildə qəbul etdiyi iclas protokolunun qərarları ilə həmin ərazidə torpaq sahələrinin fiziki şəxslərə satılması, bununla da, iddia olunan torpaq sahəsinin Havarlı bələdiyyəsinə heç bir aidiyyətinin olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 108 saylı qərarla satılarkən digər inzibati ərazi vahidinin hüdudları daxilində olmuş və faktiki olaraq Havarlı bələdiyyəsi inzibati ərazi hüdudlarından kənarda yerləşən torpaq sahəsi üzərində qərar qəbul etməklə aşkar şəkildə səlahiyyət həddini aşmışdır. Yuxarıda istinad olunmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, bələdiyyələrin torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəki səlahiyyətləri yalnız onların inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik etmək, onlardan istifadə etmək və onlar barəsində sərəncam verməklə məhdudlaşır. İstinad olunan norma bələdiyyəyə yalnız öz ərazisindəki torpaq sahələrinə sahiblik etmək, onlardan istifadə etmək və sərəncam vermək səlahiyyətinin verildiyini göstərir. Buna görə də, əgər bələdiyyə öz inzibati ərazisindən kənarda torpaq sahəsinə münasibətdə torpaq ayrıma fəaliyyəti həyata keçirisə, bu artıq qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsinə zidd olacaq və aparılan fəaliyyət - səlahiyyəti olmayan inzibati orqanın fəaliyyəti kimi qiymətləndiriləcəkdir. Odur ki, xx.xx.2006-cı il tarixli 108 saylı qərar qəbul edilərkən Yevlax rayonu Havarlı bələdiyyəsi məkan baxımından səlahiyyətsiz inzibati orqan olduğundan iddiaçı, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən həmin inzibati aktın etibarsız hesab olunmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. ... 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsinin X4 torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 108 saylı qərarı etibarsız hesab edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1223/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1223/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver