Məhkəmə qərarları › İş №2-1(116)-1225/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1225/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1225/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 vəfat edən günədək pensiya və dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 vəfat edən günədək pensiya və dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Abid Mollaçiyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, 259,78 manat yaşa görə əmək pensiyası alırdı. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdən Abid Mollaçiyev ölən günədək olan pensiyasını, eyni zamanda onun dəfn pulunu almamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu, Göyəm kəndində qeydiyyatda olmuş xx.xx.1950-ci il təvəllüdlü X4 (FİN: 43QWFMW, AZE ********) əmək pensiyası hüququ olmadan təyin edilmiş pensiya işi ləğv edilmişdir. X1 pensiya hüququ olmadığından “Əmək pensiyaları haqqında" Qanunun 42.2-ci maddəsində nəzərdə tutulmuş dəfn üçün birdəfəlik müavinətin ödənilməsi mümkün deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X4 yaşa görə əmək pensiyası hüququ olmadan təyin edilmiş pensiya işi ləğv edilmiş və ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı 01 aprel 2022-ci il tarixli ərizə ilə Fondun 3 saylı Şəki-Zaqatala regional filialına müraciət edərək, atası X3 yaşa görə əmək pensiyasının dayandırıldığı (xx.xx.2021-ci il) tarixdən vəfat edən günədək (xx.xx.2021-ci il) pensiya pulunun və dəfn pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh orqanın 29 aprel 2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda, X4 hüququ olmadan təyin edilmiş əmək pensiyası dayandırılmış, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək aldığı pensiyası qanunsuz (etibarsız) sayılmış və nəticədə sözügedən dövrlər üzrə 17116,42 manat artıq ödəmənin müəyyən edildiyi bildirilmişdir. Göründüyü kimi şəxs vəfat edərkən əmək pensiyaçısı olmamışdır. Eyni zamanda əmək pensiyası hüququ şəxsin şəxsiyyəti ilə birbaşa bağlı hüquq olduğundan hüquqi varislik qaydasında keçə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa baqlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1 -ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Cavabdeh etirazında iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, qaldırdığı iddia üzrə subyektiv hüquqa malik olub-olmadığının araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olmasını təsdiq edən vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın faktiki olaraq qəbul edilməsi haqqında sənəd əlavə edilmədiyindən qaldırdığı iddia üzrə subyektiv hüquqa malik olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Hüquqi yardım məktubunda məlumat üçün bildirilmişdir ki, əmək pensiyasının təyin edilməsi ilə bağlı tələb şəxsin şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların həyata keçirilməsinə əsaslandığından şəxs vəfat etdikdən sonra ona əmək pensiyasının təyin edilməsi tələbi ilə iddia qaldırılması yolverilməzdir. Hüquqi yardım məktubunda iddiaçıya qeyd olunan sənədlərin (vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın faktiki olaraq qəbul edilməsi haqqında sənəd) əslləri və ya notariat qaydada təsdiq olunmuş surətlərinin, həmçinin məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı hüquqi yardım məktubunu aldıqdan sonra məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə ünvanlamışdır. İddiaçı ərizəsinə Zaqatala rayonu Göyəm kəndində yaşayan İddiaçı tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin notariat qaydada təsdiq olunmuş surətini əlavə etmişdir. Ərizənin məzmunundan müəyyən olunmuşdur ki, iddiaçı notariat ofisinə müraciət etməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının subyektiv hüququnun olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq mərhum atasından qalmış mirasın qəbul olunmasına dair müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilməsinə baxmayaraq, vərəsəlik üzrə şəhadətnamə və ya mirasın qəbul edilməsinə dair sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə bağlı məhkəmə qeyd edir ki, həmin ərizə ilə iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət olunması müəyyən ediləsə də, yardım məktubunda qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamə və ya mirasın qəbul olunmasına dair sənəd məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər; İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X2 üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 vəfat edən günədək pensiya pulunun və və dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar