Məhkəmə qərarları › İş №2-1(116)-1226/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1226/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1226/2021 28.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini N92-ci ildə Mingəçevir şəhəri Hərbi Komissarlığı tərəfindən ordu sıralarına cəlb edilməsi, 703,N0, N saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, N92-ci ildə könüllü olaraq müharibəyə getmiş, ilk olaraq Şuşada, sonra isə Kərkicahanda, Kirs dağında döyüşmüş, Şuşa alınandan sonra Laçın rayonuna keçmiş, orada müxtəlif ərazilərdə - Salatın kəndində, Şırlanda döyüşmüşdür. N93-cü ildə Tərtərə N nömrəli hərbi hissəyə təhvil verilmiş, Ağdərə döyüşlərində iştirak etmiş, N95-ci ilin yanvar ayına qədər hərbi hissədə olmuşdur. Sonradan müharibə qurtardığına və xəstə olduğuna görə, həmçinin ərzaq təminatı zəif olduğu üçün evə qayıtmışdır. Xəstəliyini müalicə etməyə imkanı olmadığına görə hərbi hissəni tərk etməli olmuşdur. İmkansızlıqdan qaramal oğurlamış və satmış, ancaq sonradan dəyərini ödəmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməsi, cinayət törətdiyinə görə Gəncə Qarnizonu Hərbi Tribunalın 14.07.97-ci il tarixli hökmü ilə məhkum olunması, qanuni əsaslarla ehtiyata buraxılması ilə əsaslandırmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 11.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. - Gəncə Qarnizonu Hərbi Tribunalın 14.07.N97-ci il tarixli 1/215 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə, 242-ci maddənin “a” bəndi ilə 5 il müddətinə, 143-cü maddənin 2-ci hissəsi ilə 3 il müddətinə, qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə əsasən həmin müddətə azadlıqdan məhrum etməyə şərti məhkum edilmiş, üzərində 5 il sınaq müddəti müəyyən edilməklə, onunla tərbiyə işinin aparılması N №-li hərbi hissənin komandanlığına həvalə edilmiş, haqqında seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək N №-li hərbi hissənin komandanlığının nəzarətinə verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 02.02.2021-ci il tarixli arxiv arayışında qeyd olunur: müdafiə nazirinin 18 iyun N92-ci il tarixli 217 №-li əmrində (əsas: səh-25, sıra-89) Azərbaycan-Qarabağ könüllü batalyonunun 10 mart N92-ci il tarixdən 8 may N92-ci il tarixədək şəxsi heyətə pul təminatının ödənilməsi siyahısında İddiaçı adı qeyd olunmuşdur. 703 №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 16 №-li əmrində (əsas: §5, sıra4, səh-46, əmrdə atasının adı tam yazılmamışdır) İİ Mingəçevir ərazi bölüyünün əsgəri İddiaçı E. oğlunun 25.06.N92-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınması barədə məlumat vardır. 703 №-li hərbi hissə komandirinin N fevral N93-cü il tarixli 34 №-li əmrilə (əsas: §1, sıra-1, səh-26) Bəkirov X1 bölüyünün şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmışdır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, Vİİ MAT-ın sıravisi İddiaçı N0 №-li hərbi hissə komandirinin N iyun N94-cü il tarixli 176 №-li əmrilə (əsas: §4, sıra-68) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N0 №-li hərbi hissədən gəlmiş, N70-ci il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 27.06.N94-cü il tarixli 177 №-li əmrilə (əsas: §1,sıra-54, səh-83) İİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq tuşlayıcı-operator vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 07.07.N94-cü il tarixli 187 №-li əmrilə (əsas: §11, sıra-9, səh-23) N70-ci il təvəllüdlü, sıravi İddiaçı İİ MAT-ın şəxsi heyətinin siyahısına salınaraq tuşlayıcı-operator vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 01.11.N94-cü il tarixli 304 №-li əmrilə (əsas: §3, sıra-3, səh-8) Mingəçevir RHK-nın çağırışçısı, N70-ci il təvəllüdlü İddiaçı uzun müddət müalicədə olduğuna görə ştatdan kənar edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq müalicəyə göndərilmiş İİ MAT-ın sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin 01.11.N94-cü il tarixli 304 №-li əmrilə (əsas: §7, sı ra-1, səh-9) təminatlardan azad edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq müalicəyə göndərilmiş İİ MAT-ın sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin 24.01.N95-ci il tarixli 24 №-li əmrilə (əsas: §2, sıra-3, səh-39) təminatlardan azad edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Mingəçen RHK-nın çağırışçısı, N70-ci il təvəllüdlü İddiaçı komandirin 20.07.N97-ci il tarixli 201 №-li əmrilə (əsas, sıra-21, səh-18) şəxsi heyətin siyahısına salınması barədə məlumat vardır. Gəncə qarnizonu hərbi tribunalının 243, 242 və 143-cü maddələri ilə 10 (on müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsi tətbiq edilərək 5 (beş) il müddətinə N №li hərbi hissə komandirinin sərəncamına göndərilmiş sıravi İddiaçı müalicədən qayıtmış hesab edilərək komandirin 20.07.N97-ci il tarixli 2( №-li əmrilə (əsas:§2: səh-168) bütün növ təminatlarala təmin edilərək İİ MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Qeyd edirik ki, N0 №-li hərbi hissə komandirinin aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısına salınması barədə məlumat aşkar edilməmişdir. - Tərtər Hərbi Prokurorluğunun N.08.2021-ci il tarixli 22HP4284 nömrəli məktubundan görünür ki, N70-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah sursatın itirilməsi faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində dayandırılmış cinayət işi olmuşdur. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 30.08.2021-ci il tarixli 189-23956-1121 nömrəli məktubuna əlavə edilmiş tələbnaməsindən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında məlumat mövcuddur. Belə ki, o, Gəncə Qarnizonu Hərbi Tribunalın 14.07.N97-ci il tarixli hökmü ilə CM-nin 243, 143.2, 242.A bəndi, 38, 42-ci maddələri ilə təqsirli bilinib 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınıb və döyüşən orduya göndərilib. - Qarabağ Hərbi Prokurorluğunun 24.08.2021-ci il tarixli 18/4281 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Füzuli Hərbi Prokurorluğunun 23.09.2021-ci il tarixli 16/47N nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğun 03.09.2021-ci il tarixli HP12/30- 8951 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində 703, N0, və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı N92-ci ildən sonra Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində hər hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. - H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti və SHXÇDX-nin Mingəçevir şəhər Şöbəsinin 26.08.2021-ci il tarixli 1279 nömrəli məktuba əlavə etdiyi, iddiaçının qeydiyyat kartasının surətindən görünür ki, müvafiq sənədlərdə iddiaçının Mingəçevir ŞHK tərəfindən hərbi xidmətə səfərbər edilməsi barədə məlumat olsa da, hərbi xidmətdən ehtiyata buraxılması barədə heç bir qeyd yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslər döyüş əməliyyatlarında iştirak etməsindən asılı olmayaraq müharibə veteranı sayılmırlar. İş mteriallarında olan, Gəncə Qarnizonu Hərbi Tribunalın 14.07.N97-ci il tarixli 1/215 nömrəli hökmü ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müvafiq hökmdə iddiaçının digər cinayətlərlə bərabər həmin dövrdə qüvvədə olmuş CM-nin 143-cü maddəsi ilə (oğurluq) məhkum edilməsi qeyd edilsə də, məhkəmə hesab edir ki, törədilmiş cinayət hərbi cinayət olmadığından iddia tələbinə hüquqi qiymət verilərkən hökmün “CM-nin 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı hissəsi”-nə sübut kimi qiymət verilməlidir. Belə ki, hökmün məzmununda iddiaçının 05.05.N94-cü il tarixdən N.05.N94-cü il tarixlərdə döyüş şəraitində olan N0 №-li hərbi hissəni özbaşına tərk etməsi, bununla da CM-nin 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, 24.01.N95-ci il tarixdə müalicəyə göndərilməsinə baxmayaraq, fərarilik edərək hərbi hissəyə qayıtmaması, N.02.N97-ci il tarixdə yaşadığı ünavnda tutulub həbs edilməsi, bununla da CM-nin 243-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə məhkum olunmuşdur. İddia tələbinin əsassız olmasının digər səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91-ci il oktyabrın 9dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə iclasında verdiyi izahatında iddiaçi özü də N95-ci ildən sonra xidmət etmədiyini etiraf etmiş, hərbi xidmətdən geri qayıtmasını müharibənin başa çatması və ərzaq təminatının zəif olması ilə əsaslandırmışdır. Bu isə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığını və iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin aparıldığı dövrdə faktiki olaraq hərbi xidmət vəzifələrinin yerinə yetirmədiyini birbaşa əks etdirir. Məhz hərbi xidmət vəzifələrinin yerinə yetirməsindən boyun qaçırdığına görə iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etməsi və fərariliklə bağlı cinayət işi başlanılmış və məzmunu yuxarıda qeyd edilmiş hökm qəbul edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı hərbi hissəni özbaşına tərk etməsini etiraf etmişdir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” N96-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Hazırki iş üzrə iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyinə görə məhkum edilmiş şəxs olduğundan, eyni zamanda hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar