Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1226/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "X1 təqdim etdiyi Rusiya Federasiyası "xxxx" Orta Peşə Təhsili üzrə Dövlət Büdcə Təhsil Müəssisəsinin xx.xx.2011-ci il tarixli 646 qeydiyyat nömrəli diplomunun müsabiqə şərtlərinə uyğun hesab edilməsi" barədə iddiasına dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "X1 təqdim etdiyi Rusiya Federasiyası "xxxx" Orta Peşə Təhsili üzrə Dövlət Büdcə Təhsil Müəssisəsinin xx.xx.2011-ci il tarixli 646 qeydiyyat nömrəli diplomunun müsabiqə şərtlərinə uyğun hesab edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh iddiaçının tələbini təmin etmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizədə onun tələbi cavabdeh tərəfindən təmin olunduğuna görə iddiadan imtina etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə həmin normalara istinadən bu qənaətə gəldi ki, iş üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh iddiaçının tələbini təmin etdiyinə və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığına görə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "X1 təqdim etdiyi Rusiya Federasiyası "xxxx" Orta Peşə Təhsili üzrə Dövlət Büdcə Təhsil Müəssisəsinin xx.xx.2011-ci il tarixli 646 qeydiyyat nömrəli diplomunun müsabiqə şərtlərinə uyğun hesab edilməsi" barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1226/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1226/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver