Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1227/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək X6 redaksiyasında işlədiyi 09 il 08 ay 28 günün əmək stajına daxil edilməklə pensiya yaşının tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixdə Qax şəhəri M.Əmirov küçəsi ev 28 A ünvavnında anadan olmuşdur. xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilə və xx.xx.1979-cu ildən xx.xx.1998ci ilə kimi X8 Kombinatında, xx.xx.1997-ci il dən xx.xx.2006-cı ilə kimi X6 Redaksiyasında işləmişdir. Ona yaşının 61 yaş 06 ay tamam olduğu xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə DSMF-nin Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda onun yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajının olmadığı, xx.xx.1997ci ildən xx.xx.2005-ci ilədək X6 redaksiyasında işlədiyi dövrün yoxlanılması mümkün olmadığından əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Dövlət X4 Qax rayon şöbəsinin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Belə ki, DSMF-nin Qax rayon şöbəsi tərəfindən ona göndərilmiş məktubda onun ancaq xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi və xx.xx.1979-cu ildən xx.xx.1998-ci ilə kimi X8 Kombinatında işlədiyi 20 il 03 ay 11 gün nəzərə alınmış, xx.xx.1997-cii ildən xx.xx.2006-ci ilədək X6 redaksiyasında 09 il 08 ay sığorta stajı nəzərə alınmamışdır. Həmin müddət onun sığorta stajına daxil edildiyi halda ümumi stajı tələb olunan 25 ildən yuxarı olur ki, bu da ona yaşa görə əmək pensiyası hüququ qazandırır. Cavabdehin etirazının dəlilləri: Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının Qax rayon filialına təqdim etdiyi ******* №-li əmək kitabçasındakı qeydlərdən şəxsin xx.xx.1998-ci ildə X5 işdən azad olunduğu, lakin 01 04.1997-ci ildə X6 Redaksiyasına xidmətçi vəzifəsinə təyin edildiyi göstərilmişdir. Tarixlərin uyğunsuzluğu əmək kitabçasına sonradan əlavə edilmə halının mümkünlüyünü doğurur. Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəz filialının **********6 nömrəli müraciətə olan məktubunda “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində "X6 Redaksiyası'nın (SUN: **********2) heç bir hesabatının olmadığı qeyd olunmuşdur. Milli Arxiv İdarəsinin Qax Filialına ünvanlanan sorğunun cavabında X6 redaksiyasının Qax rayon Dövlət Arxivinə sənədlərin təhvil verilmədiyi göstərilmişdir. Yuxarıda göstərilən səbəblərdən, şəxsin həmin dövrlərdə X6 Redaksiyasında işlədiyini təsdiq edən arxiv sənədləri və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sənəd olmadığı üçün şəxsin iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Qax rayonu Qax qəsəbəsində doğulmuşdur. 62 yaşı tamam olmuşdur. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində X6 Redaksiyasında sosial sığorta stajının dəqiqləşdirilməsi həmin müəssisənin mühasibat sənədlərinin aidiyyatı üzrə X6 Redaksiyasında saxlanılmaması və Qax rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbi ilə mümkün olmamışdır. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 24/2 nömrəli arxiv arayışından görünür ki,X6 redaksiyası Qax rayon Dövlət Arxivinə Dövlət mühafizəsinə sənəd təhvil vermədiyindən həmin təşkilatın Arxivdə Fondu yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Qax rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2020-ci il tarixli Qərarı, Əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə Bildiriş, xx.xx.2020-ci il tarixli Ərizə, İİ-ЖГ seriyalı 349309 nömrəli nikahın bağlanması haqqında Şəhadətnamənin təsdiqlənmiş surəti, ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 24/2 nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Qax rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx- 1334/2020 nömrəli məktubuaiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının mübahisələndirilməyən iş stajı 20 il 3 ay 11 gün təşkil edir. İddiaçının X6 redaksiyasında işlədiyi dövr cavabdeh orqan tərəfindən mübahisələndirilir ki, bu da 9 il 8 ay 28 gün müddəti əhatə edir. Qeyd olunanlardan da göründüyü kimi əgər iddiaçının tələbində qeyd etdiyi iş müddəti onun sosial sığorta stajına daxil edilərsə, tələb olunan 25 il sığorta stajı tamamlanmış olacaqdır. (20 il 3 ay 11 gün mübahisələndirilməyən staj + mübahisəli 9 il 8 ay 28 gün = 30 il 9 gün) Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında tələbdə qeyd olunan müəssisədəki iş dövrünə aid qeydlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, əmək kitabçasının 44-cü səhifəsində 6-cı qeyddə işə girmə tarixi xx.xx.1997-ci il qeyd olunsa da, ondan əvvəlki 5-ci qeyddə işdən çıxma tarixi xx.xx.1998-ci il qeyd olunduğu müəyyən olunur. Həmçinin həmin səhifədə 06-cı qeyddən sonra birbaşa 11-ci qeyd aparılmış, işə götürən tərəfindən 6-cı qeyd də 3-cü qrafada imza edilməmiş, xx.xx.1997-ci il tarixində iddiaçının 165 nömrəli əmrlə işə qəbul olunduğu yazılmış, halbuki xx.xx.2005-ci il tarixində iddiaçının 07 nömrəli əmrlə işdən azad olunduğu qeyd olunmuşdur ki, bu da eyni müəssisədə müxtəlif illərdə olsa da, eyni aylarda əmrlərin nömrəsində kəskin fərqin olması baxımından məhkəməyə qeyd olunan həmin 165 nömrəli əmrin reallığa uyğun olmaması, bununla da əmək kitabçasının sonradan doldurulması qənaətinə gəlməyə əsas verir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həqiqətən qeyd olunan müəssisədə xx.xx.2006-cı il tarixinə kimi işləmiş olsa idi, onun ən azından xx.xx.2006-cı il tarixindən pensiya alt sistemində (PAS) qeydə alınmış kapitalı olmalı idi ki, bu da məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəz filialının **********6 nömrəli müraciətə olan məktubunda “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində "X6 Redaksiyasf'nın (SUN: **********2) heç bir hesabatının olmadığı qeyd olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək X6 redaksiyasında işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək X6 redaksiyasında işlədiyi 09 il 08 ay 28 günün əmək stajına daxil edilməklə pensiya yaşının tamam olduğu xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1227/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1227/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver