Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1228/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh “qeyri-yaşayış (mağaza) binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 kv.metr olan qeyri-yaşayış (mağaza) binası üzərində onun əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1228/2025 nömrəli qərardadı ilə Zaqatala Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Zaqatala rayonu, Zaqatala şəhər Bələdiyyəsinin 01 oktyabr 2023-cü il tarixli, 10 nömrəli qərarına əsasən, X7 Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidən 40 m torpaq sahəsinin satılması qərara alınmışdır. Zaqatala rayonu, Zaqatala şəhər Bələdiyyəsinin, iş üzrə Cavabdehin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin və X6 iştirakı ilə aralarında “Torpaqların alqı-satqısına dair” Akt tərtib olunmuş və həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsində qeydiyyata alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2003-cü il tarixli, 281 nömrəli sərəncamına əsasən, X7 qeyd olunan 40 m torpaq sahəsində ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binasının tikintisinə icazə verilmiş və sonuncu müvafiq layihəyə əsasən həmin qeyri-yaşayış (mağaza) binasını inşa etmişdir. X6 qeyd olunan 40 m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa etdiyi ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binası üzərində hüquqları keçmiş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyul 2004-cü il tarixdə dövlət qeydiyyatına alınaraq, 171 nömrəli “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmiş və əmlakın texniki inventarlaşdırılması aparılaraq “Texniki pasport” tərtib olunmuşdur. İş üzrə İddiaçı, X6 mülkiyyətində olan Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 m torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binasını 23 iyul 2004-cü il tarixli, 216011 nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. İş üzrə İddiaçı qeyd olunan daşınmaz əmlak üzərində hüquqları keçmiş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 04 avqust 2004-cü il tarixdə dövlət qeydiyyatına alınaraq, 177 nömrəli “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. İddiaçı, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binası üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə iş üzrə Cavabdehə müraciət etmiş, lakin, sonuncu 03 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-Ö0002-8/2024 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Nəticədə, İddiaçı, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binası üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin iş üzrə cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə cavabdehin hazırki vəziyyətdə İddiaçı Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binası üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatından imtinası aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız olmuşdur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən, iş üzrə cavabdeh inzibati orqan iddiaçının daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüququnu qeydiyyata almalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutub, sözügedən əmlakların alqı-satqı yolu ilə bizə satıldığını nəzərə alaraq hesab edirik ki, iddiaçının mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən bizlərin (üçüncü şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.”. Ən nahayət bu tip işlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin növbəti qərarı vardır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət'reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “iddia ərizəsi ilə bağlı məlumat veririk ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Şərifov X13 şəhəri, 2 saylı bazar ərazisində yerləşən ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 40 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayon Dövlət notariat kontorunda xx.xx.2004-cü il tarixində bağlanılmış 4Ə-201 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Zaqatala şəhəri, 2 saylı bazar ərazisində yerləşən ümumi sahəsi 36 kv.m olan yalnız qeyri-yaşayış binası alqı-satqı olunmuş və həmin müqaviləyə əsasən Zaqatala rayon X5 və mülkiyyət hüquqularının qeydiyyatı idarəsi tərəfindən qeyd olunan qeyri-yaşayış binası üzərində xx.xx.2004-cü il tarixində 177 qeydiyyat nömrəsi ilə İddiaçı hüquqları dövlət qeydiyyatına alınmışdır. İddia olunan torpaq sahəsinin əldə olunmasına dair müvafiq sənəd təqdim olunmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-Ö-0002-8/2024 (**********79) nömrəli məktub ünvanlanmışdır. Sərəncamın 1-ci bəndinin icrası ilə bağlı inzibati icraat materialların və Zaqatala şəhəri, 2 saylı bazar ətrafı ərazidə yerləşən, iddia olunan mağaza binasına aid arxiv qovluğunda mövcud olan hüquq müəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur.”. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. 216011 nömrəli xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, X3 rayon Kərimli kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən iki otaqdan ibarət yaşayış evi X1;
3. 177 inventar nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zaqatala şəhəri №2-li kolxoz bazarının ərazisinin hüquqi subyekti İddiaçıdur.
4. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 281 nömrəli sərəncamının surəti.
5. xx.xx.2004-cü il tarixlli Zaqatala rayonu 2 №-li kolxoz bazar ərazisidə yerləşən bina hissəsinə məxsus texniki pasportun surəti.
6. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-47RA/2/3/2025 nömrəli məktubunun surəti.
7. Zaqatala RİK 28 aprel 1990-cı il tarixli 10 nömrəli iclası qırarından çıxarışın surəti.
8. 2003-cü il tarixli 376 inventar nömrəli Fərdi yaşayış Fonduna Daxil olan X18 Pasportunun surətindən görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evinin hüquqi subyekti X9r.
9. A 085214 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 999 kv.m torpaq sahəsi X2 verilmişdir.
10. Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş 4-Ə- 201 reyestr nömrəli notariat işi;
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddia olunun tikilinin sahəsi 40.0 kv.m, eni 4.2 m, uzunluğu 9.6m, hündürlüyü 4.00 m, mərtəbəliliyi 1 mərtəbə olmaqla xx.xx.2004-cü il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən tikilinin göstəricilərinə qismən uyğundur. İddia olunun torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid Tikinti altında olna torpaqlar kimi işlənilmişdir. Üzərində yerləşən tikili xx.xx.2004-cü il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən tikilidir. İddia olunun torpaq sahəsinin yerləşmə vəziyyəti DWJ məlumatlarında işlənilməmişdir. Həmin qeyri yaşayış tikilisinin yerləşdiyi ərazinin TEKUİS-ə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. İddia olunun tikili və onun yerləşdiyi torpaq sahəsinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim edilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.[
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 88.
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərinetimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbuledilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuşvədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə24.2.İnzibatiorqanmaraqlışəxslərinxeyrinəolanhallarınaraşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 kv.metr olan qeyri-yaşayış (mağaza) binası üzərində onun əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaya münasibətində imtinaya dəlili iddia olunan torpaq sahəsinin əldə olunmasına dair müvafiq sənədin təqdim olunmaması ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən imtinanı əsaslı hesab etmir. İşin müəyyən edilən hallarına görə Zaqatala şəhər Bələdiyyəsinin 01 oktyabr 2023cü il tarixli, 10 nömrəli qərarına əsasən, X7 Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidən 40 m torpaq sahəsinin satılması qərara alınmış, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin və X6 iştirakı ilə aralarında “Torpaqların alqısatqısına dair” Akt tərtib olunmuş və həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsində qeydiyyata alınmışdır. Qeyd olunan xususat torpaq sahəsinin qanunsuz əldə edilməsini aradan qaldırır. Bundan sonra Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2003-cü il tarixli, 281 nömrəli sərəncamına əsasən, X7 qeyd olunan 40 m torpaq sahəsində yerləşən ümumi sahəsi 31 m olan qeyri-yaşayış (mağaza) binasının tikintisinə icazə verilmiş və sonuncu müvafiq layihəyə əsasən həmin qeyriyaşayış (mağaza) binasını inşa edərək, onun qeyri-yaşayış binası üzərində hüquqları həmin dövürdə buna səlahiyyətli olan X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22 iyul 2004-cü il tarixdə dövlət qeydiyyatına alınaraq, 171 nömrəli “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmiş və əmlakın texniki inventarlaşdırılması aparılaraq “Texniki pasport” tərtib olunmuşdur. İddiaçı Zaqatala rayon Dövlət notariat kontorunda xx.xx.2004-cü il tarixində bağlanılmış 4Ə-201 reyestr nömrəli alqı-satqı müqaviləsinə Zaqatala şəhəri, 2 saylı bazar ərazisində 40 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 36 kv.m olan yalnız qeyriyaşayış binasını X4 almış və İddiaçı mülkiyyət hüququları xx.xx.2004-cü il tarixində 177 qeydiyyat nömrə ilə hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin müqavilənin ləğv və ya eibarsız hesab olunmasına dair heç bir sübut təqdim edilməmişdir. Bu işin mübahisəsiz halıdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdlərin mübahisələndirilməsi üçün çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan 40 kv.m torpaq sahəsində yerləşən qeyri yaşayış binası iddiaçı tərəfindən vahid əmlak kimi alınmış və əvvəlki mülkiyyətçi həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını torpaq sahəsi ilə birlikdə alıcının (iddiaçının) mülkiyyətinə verməklə sərbəst iradə ifadəsini nümayiş etdirmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının tələbinin hüquqi əsasını bilavasitə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci, 8.0.5-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsi təşkil etdiyi halda, cavabdeh bu halı nəzərə almadan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş hallara istinad etmədən iddiaçının hüquqlarını əsassız olaraq qeydə almaqdan imtina etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə yerləşən 40 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31 kv.metr olan qeyriyaşayış (mağaza) binası üzərində onun əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.