Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1231/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X1 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “təkrar şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “təkrar şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3613/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata götülmüş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi bitirərək leytenant rütbəsi almış, həmin ildən 2004-cü ilə kimi cəbhə bölgəsi hesab olunan və Qazax rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyət göstərmişdir. İddiaçı Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə 2002-ci ilin dekabrında kəskin xəstələnmiş, N saylı hərbi hissədə stasionar müalicədə olmuş, ona “meninqokok infeksiyası yayılmış forma, irinli, meningit, orta-ağır gedişli” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2004-cü il tarixli 1669 saylı xəstəlik haqqında şəhadətnamə ilə o dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, xəstəliyi hərbi xidmət dövründə aldığı göstərilmişdir. Lakin həmin qərarın elə özündə və iddiaçının təqdim etdiyi rəsmi sənədlərdən də görünür ki, o, cəhbədə olduğu dövrdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəstələnmişdir. Bu cür faktlar mövcud olmasına baxmayaraq komissiya səhvə yol vermiş iddiaçının şəhadətnaməsində “Xəstəlik hərbi xidmət dövründə alınmışdır" ifadəsini yazaraq, onun sosial hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı vəkil sorğusu ilə Azərbayacan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova xx xxxxxx 2019-cu ildə rəsmi müraciət etmiş və təkrar şəhadətləndirilməyini xahiş etmişdir. Müdafiə Nazirliyi Tibb Baş idarəsinin rəisi Natiq Əliyev xx xxxxxx 2020-ci il tarixli rəsmi məktubla cavab verərək iddiaçının müraciətində qeyd edilən məsələnin araşdırılması, qanunvericiliyə uyğun tədbir görülməsi, nəticəsi barədə vəkilə və Tibb Baş İdarəsinə məlumat verilməsinin təmin edilməsini bildirmişdir. Müdafiə Nazirliyi Tibbi Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi Elxan İbrahimov xx xxxxxx 2020-ci il tarixli 92 nömrəli məktubla təkrar şəhadətləndirmədən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, şəhadətnamədə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi rəy düzgün təyin edilmişdir. Həmçinin imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 48 nömrəli və xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarları ilə təsdiq edilmiş “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”yə istinad edilmiş və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. İddiaçının adına verilmiş xx xxxxxx 2004-cü il tarixli 1669 saylı Xəstəlik haqqında şəhadətnamədən görünür ki, o cəbhədə olduğu dövrdə, yəni 2002-ci ildən xəstələnmiş və İİ qrup əlil kimi təqaüdçüdür. Cavabdeh etirazında bildirmişdir ki, aşağıdakı səbəblərə görə vətəndaş İddiaçı iddiasını tamamilə əsassız və qanunsuz hesab edilir. Vətəndaş İddiaçı xx.xx.2004-cü ildə terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Mikroocaqlı üzvi nevroloji nişanələr və asteno-nevrotik təzahürlərlə müşayiət olunan kəllədaxili təzyiqin kəskin dərəcədə artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş keçirilmiş irinli meninqitdən (2002) sonrakı qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Burun tənəffüsünün pozulması ilə burun arakəsməsinin əyriliyi” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə qüvvədə olmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəli’nin 22 “b” maddəsinin İİİ qrafasına əsasən “dinc dövrdə hərbi xidmətə yararsiz, müharibə dövründə məhdud yararli” sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 45-ci maddəsinin ç) yarımbəndinə əsasən “xəstəlik hərbi xidmət dövründə alinmişdir” kimi təyin edilmişdir və bu rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “xəstəlikdir, hərbi xidmət dövründə alinmişdir" rəyinə uyğundur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsininin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadir, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” öəndinin tələblərinə ziddir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə qüvvədə olmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 45-ci Maddəsinin “a” bəndinin 3-cü hissəsinin tələblərini əsas tutaraq xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi travmadir, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir” kimi yazılmasını tələb edir. Lakin həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, - əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əkskəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa şəxsin xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadir, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir” kimi təyin olunmalıdır. Həmin maddənin tələbindən aydın görünür ki, burada söhbət 1994-cü ilin may ayının 12-dək aktiv döyüş əməliyyatları aparılan dövrdən gedir. İddiaçı isə həmin dövrdə deyil, atəşkəsdən sonra, yəni 1999-cu ildən 2004-cü ilə kimi N saylı hərbi hissədə xidmət etdiyi dövrdə xəstələnmişdir. Ona görə də həmin maddədə qeyd olunan maddi hüquq norması ona tətbiq edilə bilməz.
6. Azərbaycan Respublikasının Milli Məclisinin xx xxxx 2010-cu il tarixli 1029-İİİQR №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının hərbi doktrinası”nın 34-cü maddəsində müdafiə siyasətini təşkil edən, dövlət və yerli özünüidarəetmə orqanlarının qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində həyata keçirilən əsas tədbirlər, habelə Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin qarşısında qoyulan vəzifələr, səfərbərliyin səviyyəsi, döyüş hazırlığı “dinc dövr”, “real təhdid dövrü” və “müharibə (silahlı münaqişə) dövrü” adlanan üç şərti təhlükəsizlik şəraiti əsasında müəyyənləşdirilir. Doktrinanın tələblərinə əsasən Azərbaycan Respublikası hal-hazırda “dinc dövr” təhlükəsizlik şəraitində yaşayır və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələri təmas xəttində (bilavasitə düşmənə qarşı-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsinin qeyd hissəsi) yerləşməklə xidməti vəzifələrini yerinə yetirirlər və qeyd olunanlara əsasən iddiaçının aldığı yaralanmanın yuxarıda qeyd olunan anlayışa aid edilməsi mümkünsüzdür.
7. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadir, azərbaycan respublikasinin müdafiəsi zamani alinmişdir” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1 -ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında sərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1 -ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 15 ildən artıq ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixli telegram göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İlk növbədə məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt xx.xx.2004-cü il tarixində qəbul edilmişdir. Həmin inzibati aktdan iddiaçının həmin tarixdən məlumatı olmuş, o qeyd olunan aktı həmin dövrdə mübahisələndirməmişdir. Hazırda onun qeyd olunan iddianı qaldırmaqda məqsədi həmin inzibati aktın dəyişdirilməsindən ibarətdir ki, bu da yolverilməzdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “təkrar şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlqar Cabbarov