Məhkəmə qərarları › İş №2-1(116)-1232/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1232/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1232/2020 28.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Cavabdehnə qarşı “Kamaz-4310 yük markalı, mühərrik nömrəsi 0402498, Ban nömrəsi 431000, 1989-cu il buraxılışlı **-ED-*** nömrəli avtomaşına İddiaçı həmin daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kamaz-4310 yük markalı, mühərrik nömrəsi 0402498, Ban nömrəsi 431000, 1989-cu il buraxılışlı **-ED-*** nömrəli avtomaşına İddiaçı həmin daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, 09 aprel 2007-ci il tarixində Bakı şəhər sakini X1 Kamaz-4310 yük markalı, mühərrik nömrəsi 0402498, Ban nömrəsi 431000, 1989-cu il buraxılışlı **-ED-*** nömrəli avtomaşını almışdır. Aralarında qarşılıqlı razılaşma olmuş, bu razılaşma əsasında o, Kamazın dəyərini ona ödəmiş, o da bunun müqabilində Kamazı ona satmışdır. Alqı-satqı prosesi qarşılıqlı qaydada ikisinin arasında baş vermiş, şəxs bunun müqabilində ona 10 illik baş etibarnamə vermişdir. O, həmin etibarnamə əsasında müvafiq sənədləşdirməni özü aparmalı idi. Həmin etibarnamədə ona bütün hüquqlar verilmişdir. Ancaq müəyyən olunan 10 il müddəti ötsə də tərəfindən mülkiyyətçi tapılmadığı üçün müvafiq qaydada bundan sonrakı sənədləşməni apara bilməmişdir. Ancaq Kamaz markalı avtomaşın 13 ildir ki, onun sahibliyindədir. O, həmin avtomaşını idarə edir. Üzərində müvafiq qaydada hüquqlarını həyata keçirir. Həmin əmlak üzərində yeganə hüququ sərəncam hüququdur ki, bu hüquq avtomaşının üzərində həyata keçmir. O, mütamadi olaraq mülkiyyətçini axtarmışdır. Hazırkı müddətədək onu tapa bilməmişdir. Bu səbəbdən də əmlakının üzərində hüquqlarını həyata keçirə bilmir. Bu barədə sənədləşmə ilə bağlı aidiyyatı orqanlara müraciət etsə də mübahisənin həllinin məhkəmədə olduğu ona bildirilir. Bu səbəbdən də hazırda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yevlax Regional Qeydiyyat İmtahan və X5 cavabdeh qismində qoyaraq mübahisələndirilən avtomobil üzərində mülkiyyət hüquqlarının tanınmasını istəmişdir. Ancaq mübahisənin həllinin məhkəmə qaydasında olması zərurəti ilə bağlı məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə bu əmlak üzərində olan 13 illik sahiblik hüququnu nəzərə alaraq Kamaz-4310 yük markalı, mühərrik nömrəsi 0402498, Ban nömrəsi 431000, 1989-cu il buraxılışlı **-HD-*** nömrəli avtomaşına mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edəcəkdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İddiaçı hazırki iddiası üzrə məhkəməyə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməli olduğu barədə 04.08.2020-ci il tarixdə məktub ünvanlanmış və həmin məktub 12.08.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün 10 (on ) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Cavabdehnə qarşı “Kamaz-4310 yük markalı, mühərrik nömrəsi 0402498, Ban nömrəsi 431000, 1989-cu il buraxılışlı **-ED-*** nömrəli avtomaşına İddiaçı həmin daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar