Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1233/2021 30.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, X2 və İddiaçı7 Cavabdeh MMCyə qarşı (üçüncü şəxs "xxxx" QSC BOKT) “cavabdehin üzərinə zaminlik öhdəliyinin təmin edilməsi vəzifəsinin qoyulması“ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs "xxxx" QSC BOKT) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə zaminlik öhdəliyinin təmin edilməsi vəzifəsinin qoyulması“ tələbinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən 08.09.2021-ci il tarixdə iddiaçılara hüquqi yardım barədə məktub göndərilərək tərəflər arasında öhdəlik hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması, buna görə də hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olması izah edilmişdir. İddiaçılar İddiaçı1 və qeyriləri 23.09.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək məhkəmənin hüquqi yardımına uyğun olaraq işi Şəki Kommersiya Məhkəməsinə təqdim etmək üçün təqdim edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçılar tərəfindən imzalanmış ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçılar hazırki işdə öz aktiv hərəkəti ilə, iradələrinə uyğun olaraq iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmirlər. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4, İddiaçı5, X2 və İddiaçı7 Cavabdeh MMCyə qarşı (üçüncü şəxs "xxxx" QSC BOKT) “cavabdehin üzərinə zaminlik öhdəliyinin təmin edilməsi vəzifəsinin qoyulması“ tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1233/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1233/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver