Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1234/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, iddiaçının vəkili X6, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “540.0 kv.m torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2005ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı X4 məxsus olan K.Hüseynov küçəsi (qeydiyyat vəsiqəsi üzrə N.Rəfibəyli küçəsi olmuşdur) 8 saylı evin 2 saylı mənzilinin ½ hissəsinin həmin iş üzrə cavabdeh İddiaçı verilməsi, digər ½ hissəsinin X2 mülkiyyətinə verilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilən mənzilin həyətyanı torpaq sahəsi var və həmin sahə 1989-cu ildən Bəşir Allahverdiyevin istifadəsində olmuşdur. Bu həyətyanı sahə beton hasardan ibarətdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin qərarına görə torpaq sahəsi 540.0 kv.m olan hasarlanmış sahədir və həmin vaxtdan onların istifadəsindədir. Məhkəmə işə baxarkən torpaq sahələrinin onlara məxsusluğu ilə əlaqədar qərar çıxarmamışdır. Mənzilin texniki pasportunda, həmçinin İddiaçı mənzilinin və həyətyanı torpaq sahəsinin bölünməsi barəsində cizgi işlənilmiş və təsdiq olunmuşdur. Həmin cizgiyə əsasən göstərilən torpaq sahəsi İddiaçı həyətyanı torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı sənədlərini toplayaraq torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin 2 nömrəli mənzili xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilinin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili xx xxxx 1995-ci il tarixli 7384 reyestr nömrəsi ilə X2 adına qeydiyyata alınmış, həmin mənzil Mingəçevir şəhər Dövlət Notariat kontorunun xx xxxxxx 1997-ci il tarixində 3m-1-67 reyestr saylı müqaviləsi əsasında 1/2 hissə payı ilə X2 və A!lahverdiyev Mahmud Bəşir oğlunun adlarına xx.xx.1997-ci il tarixində 7394 a reyestr nömrəsi ilə qeydiyyata alınaraq müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı sözügedən mənzilin natura qaydasında bölünməsi məqsədilə iddia ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin 2-507/2005 nömrəli, xx xxxxxx 2005-ci il tarixli qətnaməsi əsasında ayrıca mənzil kimi 2 və 2a nömrəli ünvanla iki hissəyə ayrılmışdır. Hər iki mənzil dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarışlar verilmişdir. X2 adına olan Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2a nömrəli mənzil onun vəfatından sonra vərəsəlik yolu ilə arvadı X1 adına keçmiş, o da həmin mənzili xx.xx.2017-ci il tarixində X7 notarial qaydada bəxşiş etmişdir. Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilinin istifadəsində olan istər X2 və istərsə də İddiaçı adlarına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddianı geri götürdüyündən mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçı iddiadan imtina etməsə də, iddianı geri götürmüşdür ki, mütəxəssis rəyinin verilməsi üçün xərc ondan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat 60 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1234/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1234/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver