Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-124/2020 11.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 cavabdhin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Siracəddin oğlunun Cavabdehnə qarşı “Yevlax şəhəri, Pişəvəri küçəsində yerləşən 82 saylı 96 kv.m qeyri-yaşayış obyektinin qanunsuz olaraq sökülməsi nəticəsində ona dəymiş 68000 manat dəyərində kompensasiyanın cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: xx xxx 2004-cü il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Ticarət Xidmət və İstehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzi (bundan sonra Mərkəz) tərəfindən göndərilmiş olan TXM-15108-849 saylı bildiriş məktubuna əsasən X7 Yol Vağzalının yaxınlığında yerləşən 82 saylı kafe Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 607 saylı fərmanına əsasən özəlləşdirməyə açıq elan edilmişdir. xx.xx.2000-ci il tarixli 382 saylı fərmanına əsasən "Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət Proqramına əsasən özəlləşdirilməsi həyata keçirilən obyektlər sırasına aid edilmişdir". Həmin özəlləşdirmə zamanı obyektdə pay hüququnun olması əsasına görə Mərkəz tərəfindən ona dəfələrlə xəbərdarlıq olunub sonuncu xəbərdarlıqdan sonra yəni xx xxxxxx 2004-cü il tarixdə hərrac heçirilmişdir. Həmin hərracın nəticələrinə uyğun olaraq xx xxxxxx 2004-cü il tarixdə 1051 saylı müəssisələrin alqı-satqı müqaviləsi imzalanmışdır. Adı çəkilən müqavilə əsasında keçmiş məzənnəyə uyğun olaraq 731000 manat pul ödəməklə müqavilə qanuni qüvvəsin almışdır. Ödəmiş olduğu Pul məbləğinin ödənilməsi ilə bağlı ödəniş qəbzlərini iş materiallarına əlavə etmişdir. xx xxxxxx 2004-cü ildə Azərbaycan Respublikası İİN-nin DƏİO və ÖD-nin Dövlət əmlakənın fiziki və hüquqi şəxslərə satılması haqqında şəhadətnamə (bundan sonra şəhadətnamə) əsasında mülkiyyətə sahiblik hüququ tam şəkildə təsdiqin tapmışdır. Yevlax bələdiyyəsi tərədindən verilmiş akt əsasında tikinti normalarına uyğun olaraq təmir bərpa işləri aparmışdır. Yevlax şəhəri, Pişəvəri küçəsi, 82 ünvanında "Dostluq" parkı ərazisində yerləşən ona məxsus qeyri-yaşayış sahəsi 2005-ci il tarixdə Yevlax rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin tələbi əsasına məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan sökülmüşdür. Adı çəkilən qeyriyaşayış sahəsi Yevlax rayon İcra Hakimiyyəti tərəfindən söküldükdən sonra faktiki sahibliyində olan torpaq sahəsi və onun üzərində yerləşən kafe kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi sökülməklə bərabər qanunsuz və əsasız olaraq sahibliyindən də alınmışdır. Həmin obyet qanunsuz olaraq sahibliyindən alındıqdan sonra müxtəlif orqan və təşkilatlara müraciət etsə də müraciəti cavabsız qalmışdır. Yenidən 2019-cu ildən müraciət etsə də sonuncu müraciətinə cavab olaraq bildirilmişdir ki, guya 2005-ci ildə abadlıq quruculuq işləri getmiş bunun nəticəsi olaraq həmin obyekt şəhərin gözəlliyinə xələl gətirdiyinə görə sökülmüşdür. Həmin imtina cavabında o da göstərilir ki, onun adı çəkilən obyekdə heç bir hüququ tanınmamışdır. Yevlax rayon İcra hakimiyyəti tərəfindən verilmiş olan müraciətinə cavab məktubuna əsasən həmin obyektin sökülməsi faktı, məhz Yevlax rayon İcra hakimiyyəti tərəfindən edilməsi bir daha öz təsdiqin tapır. Cavab məktubunda göstərilən həmin obyekt üzərində hüquqlarının tanınmaması bildirilsədə 002943 saylı xx.xx.2014-cü il tarixli şəhadətnaməyə münasibət bildirilməmişdir. Halbuki şəhadətnamədə sahiblik hüququ tam əsasla tanınmışdır. "xxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş olan 001-06/MY/05-2019 saylı qiymətləndirmə hesabatına əsasən ona məxsus olan obyekt 2019-cu il üçün bazar qiyməti 68000 manat həcmində müəyyən edilmişdir. Cavabdehin etirazı: 2004-cü ildən başlayaraq, Yevlax şəhərində böyük abadlıq və quruculuq işlərinə başlanılmışdır. Şəhər ərazisində Nizami parkı, X5, Dədə Qorqud parkı salınmış, eləcədə şəhərin dəmiryolu vağzalının ərazisinə yaxın olan ərazi abadlaşdırılaraq müasir Dostluq parkı salınaraq vətəndaşların istifadəsinə verilmişdir. Dostluq parkı salınan zaman həmin ərazidə anti-sanitariya höküm sürürdü. Belə ki, vaxtı ilə yay kinoteatırı kimi fəaliyyət göstərmiş bina, Heydər Əliyev prospekti ilə Pişəvəri küçəsinin kəsişdiyi ərazidə yerləşən dəmir konustruksiyadan ibarət kafe avadanlığ dağılmış, yararsız vəziyyətə düşmüşdür. Hələ 1980-cı illərdə şəhər rəhbərliyi tərəfindən bu obyektin prospektə baxan hisəssinin qarşı tərəfi bişmiş kərpicdən istifadə edilərək o dövrün memarlığına uyğunlaşdırılmışdır. Parkın ərazisində abadlıq işləri aparılan və park salınan zaman vətəndaş İddiaçı mülkiyyətində olan istifadəyə yararsız kafe avadanlığı götürərək yerində öz vəsaiti hesabına müasir tipli binanın tikilməsi təklif olunmuşdur. Vətəndaş İddiaçı razılaşaraq kafe avadanlığı özü götürmüşdür. Bu məqsədlə vətəndaşa torpaq sahəsinin ayrılaraq sənədləşdirmə işlərinin başlanması Yevlax bələdiyyəsinə tövsiyyə olunmuşdur. Ona ilkin sənədləşmə üçün torpaq seçim aktı təqdim olunmuşdur. Lakin vətəndaş İddiaçı sənədləşmə işlərini öz səhlənkarlığı üzündən sona çatdırmamışdır. Parkın bu günki layihəyə uyğun işləri başa çatmış və açılışına Türkiyədən Yevlax şəhərinə qonaqlar dəvət olunmuşdur. Vətəndaş, İddiaçı həmin vaxtdan 14-15-il keçdikdən sonra ona köməklik göstərilməsi barədə Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli 673 nömrəli məktubla cavab verilmişdir. İddiaçının iddia tələbində qeyd olunan Yevlax Dəmir yol vağzalının yaxınlığında şəhərin Heydər Əliyev prospekti ilə Pişəvəri küçəsinin kəsişdiyi ərazidə fəaliyyət göstərmiş sözügedən 82 saylı kafe avadanlıq İddiaçı Siracəddin oğlunun özü tərəfindən 2004-cü ildə götürülmüşdür. 15-ildir ki kafe avadanlıq mövcud deyildir. Buna görə də qiymətləndirilə bilməz, həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla təyinatına görə ümumi istifadədə olan torpaqlara aiddir, hazırda boşdur. Ərazidə gül əkilmiş, yaşıllıqlar salınmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh başçısının aparatının xx.xx.2019-cu il tarixli 673 nömrəli imtina məktubu, İqtisadi İnkişaf Nazirliyinin Ticarət – xidmət istehsalat müəssisə və obyektlərin fəaliyyətlərinin əlaqələndirilməsi mərkəzinin xx.xx.2004-cü il tarixli TXM-15108-849 nömrəli məktubu, Cavabdeh başçısının aparatının xx.xx.2019-cu il tarixli 818 nömrəli məktubu, Yevlax şəhərinin baş planından Çıxarış, Cavabdeh başçısının aparatının xx.xx.2019-cu il tarixli 1002 nömrəli məktubu, 2005-ci il tarixli aktların təsdiqlənmiş surətləri, xx.xx.2005-ci il tarixli torpaq sahəsinin yerquruluşu planının təsdiqlənmiş surəti, xx.xx.2004-cü il tarixli 02 nömrəli protokolun təsdiqlənmiş surəti, xx.xx.2004-cü il tarixli 1051 nömrəli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, xx.xx.2004-cü il tarixli 002943 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, 05.2019-cu il tarixli 001-06\MY\05-2019 nömrəli Qiymətləndirmə hesabatının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuuz olaraq ona məxsus əmlakı sökməsi nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Siracəddin oğlunun Cavabdehnə qarşı “Yevlax şəhəri, Pişəvəri küçəsində yerləşən 82 saylı 96 kv.m qeyri-yaşayış obyektinin qanunsuz olaraq sökülməsi nəticəsində ona dəymiş 68000 manat dəyərində kompensasiyanın cavabdehdən alınaraq ödənilməsi” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-124/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-124/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver