Məhkəmə qərarları › İş №2-1(116)-124/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-124/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-124/2024 16.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X12 İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3136/2023 nömrəli qərardadı X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bölgü planı əsasında X3 0,04 ha torpaq sahəsini almışdır. RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışa və AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi ilə bağlıdır.İddiaçı həmin tələblə cavabdehə təşkilata müraciət etmiş, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə tələbin icrasından imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, ərizə ilə bağlı araşdırılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1ində yerləşən iddiaçının mülkiyyətində olan 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayonu, 1 saylı DNK-nun xx.xx.2013-cü il tarixli, 4-Ə-23 saylı alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və tərəflər arasında imzalanmış bölgü sxemi əsasında əldə edilmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli, ********** saylı ərizəsi əsasında notarial qaydada əldə etdiyi 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları **********55 saylı reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş və tərəflərin razıliğı ilə tərtib edilmiş bölgü sxeminə uyğun olaraq AA 006851 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Zaqatala rayon Məhkəməsinin icraatında olan mübahisələndirilən torpaq sahəsinin naturada və çıxarışa əsasən yerləşmə vəziyyətini əks etdirən sxemin tərtib edilməsi ilə əlaqədar sorğusu zamanı ərazidə aparılan çöl-ölçmə işləri nəticəsində məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin konfiqurasiyası, sənəd üzrə olan torpaq sahəsinin konfiqurasiyasından fərqlidir. Həmçinin sənəd üzrə torpaq sahəsinin sahəsi 0.04 ha olmasına baxmayaraq, faktiki olaraq iddiaçının istifadəsində 0.0325 ha torpaq sahəsidir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir;

3. AA seriyalı 006851 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı 0.04 ha torpaq sahəsi ayrılmışdır.

4. xx.xx.2013-cü il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11 özünə məxsus olan torpaq sahəsini İddiaçı satmışdır.

5. 16.09.2021-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X2 özünə məxsus olan fərdi yaşayış evini X1.

6. AR ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli bölgü planının surəti.

7. AR ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bölgü planının surəti.

8. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 36.35 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir;

9. 170 inventar nömrəli xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasport”un təsdiq edilmiş surətindan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X2 və X7r.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4463/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, AA seriyalı 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsinin naturada fiziki sərhədlər daxilində 0.0325 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid İddiaçı xüsusi mülkiyyətinə qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirilmişdir. Mübahisələndirilən torpaq sahəsinin faktiki istifadəçisi və mülkiyyətçisi İddiaçıdır. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə əsasən yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi xx.xx.2012-ci il tarixli Bölgü planı ilə üst-üstə düşür. Bölgü planında göstərilən cizgilər 1:1000 miqyasında göstərilən ölçülərlə uyğundur ancaq planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazılaraq miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir.Cizgilər üst-üstə düşür. Bölgü planında göstərilən 1:1000 miqyasında göstərilən ölçülərlə uyğundur ancaq planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazılaraq miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir. İddiaçı hazırda AA seriyalı №006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsinin 0.0325 ha hissəsindən naturada istifadə edir. Bölgü planında sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsinin cizgilərinin 30 kv.m hissəsi X8 tərəfinfən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə, 10 kv.m hissəsi X9 tərəfindən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə və qalan 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür. AA seriyalı №006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 0.04 ha torpaq sahəsi koordinatlarına əsas həmin torpaq sahəsinin cizgilərinin 30 kv.m hissəsi X8 tərəfinfən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə10 kv.m hissəsi X9 tərəfindən naturada istifadə edilən torpaq sahəsinin hüdudları daxilinə və qalan 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür. Mübahisəli torpaq sahəsinin naturada və hüquqmüəyyənedici sənədlərdəki ölçülərə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Belə ki,işin araşdırılması zamanı iddiaçın mülkiyyətinə verilən torpaq sahəsi ilə ilkin alqı-satqı müqaviləsi və bölgü planında qeyd olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olmadığı müəyyən edilmişdir.Təqdim olunan mütəxəssis rəyinə əsasən iddianın mülkiyyətində olan torpaq sahəsi xx.xx.2012-ci il tarixli “bölgü planı” ilə üst-üstə düşür. Bölgü planında göstərilən cizgilərlə texniki sənəd əsasında miqyas fərqi olmuşdur.Həmçinin, göstərilən ölçülərlə planda yazılan məsafələr texniki səhv olaraq başqa ölçülər yazıldığından miqyasda göstərilən ölçülərlə eynilik təşkil etmir. Araşdırma zamanı iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsindən tam həcmdə istifadə etmədiyi,üzərində qeyd alınmış mülkiyyət hüququ olsa da torpaq sahəsinin bir hissəsindən digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur.Həmçinin,torpaq sahəsinin 48 kv.m hissəsi isə gediş-gəliş yolu kimi naturada istifadə edilən əraziyə düşür.Göründüyü kimi iddiaçının nail olmaq istədiyi hüquqi nəticəni mülki məhkəmə qaydasında mübahisələndirməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsasən torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. Fərman da deyilir ki, plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Həmin sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı),torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr,torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və eyniləşdirməyə imkan verən digər zəruri əlamətlər öz əksini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 006851 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin koordinatları ilə bağlı səhvin aradan qaldırılaraq, torpaq sahəsinin müqavilə əsasında aldığı və “bölgü planında” qeyd olunan yerləşmə vəziyyətinə uyğun sənəd yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar