Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1240/2020 29.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, Ərizəçi İddiaçı “18.06.2020-ci il tarixli EQ ******* saylı, 25.06.2020-ci il tarixli EQ ******* saylı və 03.07.2020-ci il tarixli EQ ******* saylı qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi”nə dair şikayət ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi İddiaçı “18.06.2020-ci il tarixli EQ ******* saylı, 25.06.2020-ci il tarixli EQ ******* saylı və 03.07.2020-ci il tarixli EQ ******* saylı qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi”nə dair şikayət ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizəsində bildirmişdir ki, 18.06.2020, 25.06.2020 və 03.07.2020-ci il tarixlərində onun telefonuna və wwvv.asanpay.az saytında şəxsi kabinetinə 3825216, 3863283, ******* nömrəli Elekton Qərarlar yerləşdirilmişdir. X5 əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 maddəsində (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə ayrı ayrılıqda 40 (ümumilikdə 120) manat cərimə olunmuşdur. X1 poçtla da göndərilmişdir. Ona göndərilmiş bu 3 (üç) ədəd X6 X3 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 0.3 iyul 2019-cıı il tarixli 253 nömrəli qərarında göstərilən 3 nömrəli formanı düzgun əks etdirməməsi və İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsində nəzərdə tutulmuş X6 haqqında qərarın pozulmasını əsas gətirərək Azərbaycan Respublikası DİN BDYPİ rəhbərliyinə etirazını bildirmişdir. Poçtla və onlayn şikayət məktubu göndərmişdir. Lakin DİN BDYPİ Azərbaycan Respublikası Konstitusiyasının 57 maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndində göstərilən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.13. vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır maddəsi nəzərə alınmadan şikayət məktubları araşdırılmaq üçün Qəbələ RPŞ rəisi Nadir Məmmədova göndərilmişdir. Elekton Qərarlar ona Qəbələ RPŞ tərəfindən ünvanlanmışdır. Buna görə də o məhkəməyə şikayət verməyi qərara almışdır. Belə ki, X6 X3 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyul 2019-cu il tarixli 253 nömrəli qərarında göstərilmiş qaydalara uyğun deyildir. X7 foto və ya video əlavə olunmamışdır. İnzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitənin məlumatları (tipi, markası, modeli, yerləşdiyi yer, axrıncı dəfə nə vaxt dövlət qeydiyyatından keçdiyi, növbəti dəfə nə vaxt keçəcəyi qeyd olunmayıb. Bütün bunlarsız bu Elektron Qərarların hüququ əsası yoxdur. İnzibati Xətalar Məcəlləsinin 122.1 maddəsinə əsasən X6 haqqında elektron qərar və onun əlavəsi (foto və video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda (asanpay.az saytında) yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Eyni zamanda bildirir ki, Poçt vasitəsilə ona göndərilən Elektron Qərarlara da sübutlar (foto və video, İnzibati Xətanı aşkar edən texniki vasitənin rekvizitləri) əlavə olunmamışdır. İnzibati cərimənin təyin olunması üçün təqsiri sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X4 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X4 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Şikayət ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Ona görə də ərizəçinin diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət müəyyən edilməmişdir. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsi zəruri hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi İddiaçı “18.06.2020-ci il tarixli EQ ******* saylı, 25.06.2020-ci il tarixli EQ ******* saylı və 03.07.2020-ci il tarixli EQ ******* saylı qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi”nə dair şikayət ərizəsi mümkün sayılmır. İddiaçıhazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1240/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1240/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver