Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1245/2020 28.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (üçüncü şəxs: Qəbələ rayon Tikanlı bələdiyyəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “islahat zamanı ailəsinin hər bir üzvünə 0.29 ha olmaqla (0.29 ha*3 nəfər) ümumilikdə 0.87 ha pay torpaq sahəsinin reyestrdə qeydə alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (üçüncü şəxs: Qəbələ rayon Tikanlı bələdiyyəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İslahat zamanı ailənin hər bir üzvünə 0.29 ha olmaqla (0.29 ha*3 nəfər) ümumilikdə 0.87 ha pay torpaq sahəsinin reyestrdə qeydə alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, respublikada aparılan torpaq islahatları zamanı iddiaçıların hər birinə 0.29 ha olmaqla ümumilikdə 0.87 ha pay torpaq sahəsi verilmişdir. Qəbələ rayon İHB-nin Tikanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən iddiaçıların pay torpaq sahəsi barədə arayışlar verilmişdir. Lakin torpaq sahəsinin iddiaçılara verilməsinə və həmin vaxtdan istifadələrində olmasına baxmayaraq onlara çıxarış verilməmişdir. İddiaçılar ərizə ilə cavabdeh orqana müraciət etsələr də, cavabdeh orqan iddiaçılardan mülkiyyət sənədini tələb etmiş və çıxarışın verilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılara 04.08.2020-ci il tarixli yardım məktubu göndərilmiş və onlara bildirilmişdir ki, məhkəməyə təqdim olunan iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27.0-cı maddəsində göstərilmişdir ki, inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı; 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmin Məcəllənin 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Həmçinin iddiaçılara göndərilən yardım məktubunda o da qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılır ki, ərizələrində iddiaçı, cavabdeh göstərilməmiş, tələb aydın ifadə olunmamış, ərizələrinə əlavə etdikləri sənədlərə onların müraciətindən cavabdeh kimi nəzərdə tutduqları hər hansı bir inzibati orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçılara 10 gün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İş materiallarında olan poçt xidmətinin xəbərnaməsindən müəyyən edilir ki, yardım məktubunu İddiaçı1 şəxsən 10.08.2020-ci il tarixdə almışdır. Bundan sonra iddiaçılar yeni iddia ərizəsi tərtib edərək məhkəməyə göndərmiş və məhkəmənin dəftərxanası tərəfindən 26.08.2020-ci il tarixdə qəbul edilmişdir. Yeni iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə tərəfindən araşdırıldığı zaman müəyyən edilmişdir ki, iddiaçılar yeni ərizəni tərtib edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə əməl etsələr də yardım məktubunda sadalanan digər nöqsanları aradan qaldırmamışlar. İşə əlavə olunmuş cavabdehə ünvanlanan ərizənin surətindən və 25.08.2020-ci il tarixli poçt qəbzindən müəyyən edilir ki, iddiaçılar cavabdehə məktub yazmış və poçt xidməti vasitəsi ilə göndərmişlər, lakin cavabdehin məktuba münasibətini müəyyənləşdirmədən məhkəməyə yeni tərtib edilmiş, lakin əvvəlki nöqsanların aradan qaldırılmadığı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri göndərmişlər. İddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (üçüncü şəxs: Qəbələ rayon Tikanlı bələdiyyəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İslahat zamanı ailənin hər bir üzvünə 0.29 ha olmaqla (0.29 ha*3 nəfər) ümumilikdə 0.87 ha pay torpaq sahəsinin reyestrdə qeydə alınaraq adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1245/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1245/2020
28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver