Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1245/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı Cavabdehnə qarşı qarşı “Bərdə rayon Mirzəcəfərli kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilməklə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bərdə rayon Mirzəcəfərli kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilməklə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1954-cü ildə Bərdə rayonunun Samux kəndində anadan olmuş və doğum aktı Bərdə rayon Mirzəcəfərli İcra nümayəndəliyində qeydə alınaraq ona doğum haqqında şəhadətnamə verilmişdir. Onun əsasında isə pasport və şəxsiyyət vəsiqəsi almışdır. Doğum haqqında şəhadətnamə sonradan naməlum şəkildə itdiyindən təkrar sənəd almaq üçün Cavabdehnə müraciət etmiş və ona məlum olmuşdur ki, iddiaçının doğum tarixim 1954-cü ildə tək ''ana” qrafasında qeydə alınmış, "ata" qrafasında heç bir məlumat olmamış, eyni zamanda doğum tarixi xx.xx.1954-cü il deyil, xx.xx.1954-cü il kimi qeyd edilmişdir. Ona görə də bu barədə Mingəçevir şəhər məhkəməsinə X1 iddiaçının atasının olmasının, doğum haqqında şəhadətnamədə isə doğum tarixinin xx.xx.1954-cü il kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 890/2024 saylı qətnaməsi ilə X1 iddiaçının atası olması faktı müəyyən edilmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 890/2024 saylı qərardadı ilə doğum şəhadətnaməsində doğum tarixinin xx.xx.1954-cü il qeyd edilməsi hissəsinə xitam verilmiş, həmin hissədə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbinin icrasından imtina edilmişdir. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, vətəndaş İddiaçı barəsində Bərdə rayonu, Mircəfəli icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1954-cü il tarixli, 15 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında doğulduğu vaxt “xx.xx.1954-cü il" deyil, “xx.xx.1954- cü il ” kimi qeyd edildiyi müəyyən edilmişdir. Vətəndaş İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə isə doğulduğu vaxt “xx.xx.1954-cü il" deyil, "xx.xx.1954-cü il" kimi qeyd edilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmənin qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Beləliklə, vətəndaş İddiaçı doğum haqqında akt qeydi ilə şəxsiyyətini təsdiq edən sənəddə doğum tarixində ziddiyyət olduğundan təkrar şəhadətnamənin verilməsi imkanımız xaricində olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-890/2024 saylı qətnaməsi.
3. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı Əşrəfli, soyadı Muxdar, ata adı Əsman, doğum tarixi xx.xx.1954cü il kimi qeyd edilmişdir.
4. AZ-İ 432792 seriya nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamədən görünür ki, iddiaçının atası X2 müəyyən edilmişdir.
5. İddiaçı barədə xx.xx.1954-cü il tarixli 15 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının atasının adı qeyd edilməmişdir, iddiaçının doğum tarixi xx.xx.1954-cü il kimi deyil, xx.xx.1954-cü il kimi qeyd edilmişdir.
6. Mingəçevir Şəhər Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş iddiaçının fərdi uçot kartoçkasının surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı Bərdə rayon Mirzəcəfərli kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilməklə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsinə nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını vətəndaş İddiaçı doğum haqqında akt qeydi ilə şəxsiyyətini təsdiq edən sənəddə doğum tarixində ziddiyyət olması ilə izah etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı barəsində tərtib olunmuş doğum haqqında akt qeydində “ata haqqında məlumat” qrafasında iddiaçının atasının adı qeyd edilməmişdir.Bu hal Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 890/2024 saylı qətnaməsi ilə X1 iddiaçının atası olması faktı müəyyən edilməklə aradan qalxmışdır. Həmçinin, doğum tarixi xx.xx.1954-cü il deyil, xx.xx.1954-cü il kimi qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Mingəçevir Şəhər Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş iddiaçının fərdi uçot kartoçkasının surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilməklə ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. İşin hallarından göründüyü kimi iddiaçıya məxsus digər sənədlərdə xx.xx.1954-cü il kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı barəsində tərtib edilmiş xx.xx.1954-cü il tarixli 15 saylı doğum haqqında akt qeydinin doğum tarixi qrafasında “xx.xx.1954-cü il” kimi düzəliş edilməklə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin veriməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə