Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1246/2024 09.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçasına əsasən müvafiq olaraq xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2010-2023-cü illərdə də qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəşti şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2023-cü il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı “əmək kitabçasına əsasən müvafiq olaraq xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2010-2023-cü illərdə də qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəşti şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2023-cü il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehə müraciət edərək pensiya sığorta kapitalının nəzərə alınaraq yenidən hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin icra olunduğunu və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin icra olunduğunu və icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “iddiaçının qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəşti şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2023-cü il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanmasına nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçının tələbi təmin edilmiş və bununla da tərəflər arasındakı inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən , qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının əmək kitabçasına əsasən müvafiq olaraq xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2010-2023-cü illərdə də qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəşti şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2023-cü il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə tərəflər arasındakı inzibati mübahisə aradan qalxdığından işin icraatına xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1246/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1246/2024
09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver