Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1246/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-ə qarşı “sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın ödənilməmiş hissənin (Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(107)-20/2023 saylı qərarında göstərilən formada) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərmişdir. Həmçinin tələb hissəsində sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı-İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixdək Azərbaycan Dövlət İqdisad Unveristetində əyani ali təhsil almışdır. 01 avqust 1985-ci ildə təyinatla X2 Zavodunda mühasib olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub yenidən 10. 09. 1987-ci ildə X2 Zavodunda mühasib olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1990-cı il tarixədək həmin müəsissədə əmək fəaliyyətimi davam etdirmişdır. xx.xx.1990-cı ildən köçürmə yolu ilə AzərAvtoNəqliyyat Nazirliyinin tabeliyində Mingəçevir şəhər Təsərrüfat hesablı Təmir Tikinti İdarəsinə Baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin müəsissədə xx.xx.1991-ci ilədək işləmişdir. xx.xx.1991-ci ildən Mingəçevir şəhərində yerləşən “Radiotexnika Firma”-mağazasında şöbə müdiri təyin edilmişdir. xx.xx.1992-ci ilədək həmin təşkilatda işləmişdir. xx.xx.1992-ci ildən köçürmə yolu ilə Mingəçevir SU-60 saylı tikinti idarəsinə Baş mühasib vəzifəsinə təyin olunmuşam. xx.xx.1992-ci il tarixdən köçürmə yolu ilə Mingəçevir şəhər İcra Hakimiyyətinə iqtisadçı vəzifəsinə təyin olunmuşdur və Mingəçevir şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə 29 iyun 2017-ci il tarixədək dövlət qulluqçusu işləmişdir. 29 iyun 2017-ci il tarixdə səhətidə yaranmış ciddi problemlərlə bağlı öz ərizəm əsasında işdən azad olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək, 30 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasına çıxmışdır və ona 30 iyun 2017-ci il tarixdən mənə dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır. İddiaçı hələ yuxarıda göstərilən dövlət qulluğunda işləyən zaman 2008-ci itdən aldığı xəsarət nəticəsində əlil olmuşdu və 2015-ci ilin dekabr ayınadək hər il müəyyən olunmuş qaydada tibbi müayinələrdən keçərək yenidən 3- cü dərəcə əlillik təyin olunmuşdur və işləyərkən müəyyən olunmuş müavinəti alırdı. Həmçinin bildirir ki. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli 2T1.BQKCOOO3 nömrəli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə əlillik qrupu üzrə- üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir və əlilliyə görə işlədiyi üçün cüzi müavinət alırdı. Növbəti müayinə tarixi isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının diaqnozunda: “Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası, ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət mədudluğu ilə Asteno-nevrotik vəziyyət. NSD -hipertonik" olduğu bildirilmişdir. Qeyd olunan tibbi sənəddə həmçinin Əlilliyin müəyyən olunması meyyarı: "Üçüncü dərəcə əlillik- Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə. Asteno-nevrotik vəziyyət. NSD-hipertonik" göstərilmişdir. Təyinatın tarixi isə xx.xx.2015-ci il tarixdə göstərilmişdir. Tibbi-sosial yardım və reablitasiya vasitələri- təyin edilmir. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasından keçmək üçün xx.xx.2016-cı il tarixli xxxxxxxOOO3 nömrəli qərarda göstərilən müddətdə-təkrar müayinə üçün 09.12. 2020-ci il tarixdə müraciət etdikdə şifahi formada bildirildi ki, hələlik Tibbi Sosial Ekspert Komissiyasının keçirilməsi möhlətə alınmışdır. Bundan sonra, iddiaçı göndəriş əsasında AR. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi bölmələrini idarəetmə birliyi'’ Publik hüquqi şəxs Elmi- tədqiqat travmatologiya və ortopediya inistitutunda müayinə olundu və həmin insititutun 10 fevral 2021-ci il tarixli atk 1781M971 saylı arayışında -Diaqnoz: “Sol pəncənin arxa səthinin travnıadan sonrakı şapığı, daraqarxası oynaqların artrozu, pəncənin varııs deformasiyası, baldır və pəncə əzələlərinin hepotrofiyası, barmaqların açıcı-bükiicü kautrasifurası, daimi ağrı sindiromıı, axsama, yerişin və dayaq funksiyasının pozulması " qeyd olunmuşdur. Həmçinin, İddiaçı müalicə həkininin göndərişi əsasında Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ -də “Sol ayaq Kİ müayinəsi" və "Onurğa sütunu bel və omba disk aralığı (üş disk aralığı)" KT müayinəsi olunmuşam. Həmin KT müayinələrdə açıq-aydın iddiaçının əlil olduğu göstərilmişdir. İddiaçı “ Üçüncü dərəcə əlillik- Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə Asteno-nevrotik vəziyyət. NSD-hipertonik" diaqnozu verilməsinə baxmayaraq, təyin olunmuş 702 (yeddi yüz iki) manat dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunsuzluq edilərək kəsilmişdir. Bundan sonra, İddiaçı AR. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlillik dərəcəsinin təkrar təyin edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" Şəki İnzibati Məhkəməsində iddia qaldırdı. İlk olaraq Şəki İnzibati Məhkəməsində 24 avqust 2022-ci il tarixli, 2-1(161)- 730\2022 saylı qərarı ilə verdiyim iddia təmin edilmədiyindən, həmin qərardan Apellyasiya şikayəti verdi. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ekspertiza təyin edilməsi barədə qərar qəbul etdi və İddiaçı əlilliyimin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizsından keçdi. Bundan sonra. işə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli , 2-l(107)-20/2023 saylı qərarı ilə Şəki İnzibati məhkəməsinin qərarı ləğv edildi və inzibati iş üzrə yeni qərar çıxarılaraq, İddiaçı cavabdeh-AR. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" iddianı təminedildi və İddiaçı oğlanım əlillik müddətinin bitdiyi sonuncu tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi qoyuldu. Bundan sonra, cavabdeh orqan qərardan razılaşmadığından AR. Ali Məhkəməsinə Kassasiya şikayəti verdi. Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-l(102)-5/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının 21 may 2024 saylı, 3-17-12-S-l19309Y2024 saylı məktubunda göstərilən hallar doğru deyil, iddiaçı qeyd edir ki, onun səhətində yaranmış problemlərlə bağlı işdən çıxmağı barədə verdiyi ərizə Mingəçevir şəhər İcra Hakimiyyətində xx.xx.2017-ci il tarixdən qeydiyyata düşmüş və iddiaçı xx.xx.2017-ci il tarixdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının əmrinə əsasən, öz ərizəsi əsasında işdən azad olunmuşdur. 30 iyun 2017-ci il tarixdən isə artıq pensiya hesablanması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir və 30 iyun 2017-ci il tarixdən də sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır. Həmçinin, yuxarıda qeyd olunan məktubda göstərilmişdir ki, guya hesablanmış sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasiyasının düzgün hesablanmadığı və xx.xx.2017-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 2621, 29 manat pul vəsaitinin artıq ödənilməsi olmuşdur. Elə həmin məktubun özündə də ziddiyət vardır. Belə ki, məktubda bir tərəfdən bildirilir ki, əlilliyə görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Digər tərəfdən isə bildirilir ki, xx.xx.2017-ci il tarixdən -xx.xx.2021-ci il tarixədək 26217, 29 manat vəsait artıq hesablanmışdır. Buradan da, cavabdeh orqanın açıq aydın öz məktublarında özlərinin qanunsuzluq etdiklərini özləri də bilmədən bir daha göstərmişlər. Bundan başqa, sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun SosialÖdənişlərin Təyinatı üzrə Mərkəzi Filalı 23 avqust 2024-cü il tarixli, 3-17-l\2-S-202928\2024 saylı məktubunda, “pensiya işində olan sənədlərin surətinə əsasən əmək fəaliyyətiniz dövründə, o cümlədən xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixdək Azərbaycan Dövlət İqdisad Unveristelində əyani ali təhsil aldığım illərim və xx.xx.1985- ci il tarixdən 23.06.198'’-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğum müddətdə nəzərə alınmaqla 01.01,2006-cı il tarixdən 24 il 10 nay 19 gün sığorta stajım və 01.01,2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi şəxsi hesabımın sığorta hissəsi qeydə alınmış 1271, 19 manat (2019-cu il tarixinə indekslə.dirilmiş) pensiya kapitalı, xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyimlə əlaqədar 01,01.2009-cu il tarixdən 01,07.201~’-ci il tarixinədək 13'96,08 manat (2019-cu il tarixnə indeksləşdirilmiş) pensiya kapitalı əsasında xx.xx.2021 -ci il tarixdən (xx.xx.2024-cü il tarixli xidməti məktubdsan 3 il əvvəl ) 346,90 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir' kimi ifadələr bildirilmişdir. Qeyd olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı 23 avqust 2024-cü il tarixli, 3-17-l\2-S-202928\2024 saylı məktubunda nədənsə iddaiçının dövlət qulluğunda işlədiyi staj illəri və əmək kitabçasında göstərilmiş xidmət illəri gizlədilərək və saxtalıq edilərək qəsdən dövlət qulluğu pensiyanı vermək istəmirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu pensiyanı qəsdən ləngidərək məcbur edirlər ki, təyin olunmuş az məbləğdə pensiya ilə razılaşsın və bununla da işlərini bitmiş saysınlar. İddiaçı xx.xx.2017- ci il tarixdə sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasına çıxan zaman hələ o vaxt- aylıq mənə 702 (yeddi yüz iki) manat pensiya tətyin olunmuşdur. Həmin müddətdən sonra mənim kimi kateqoriyadan olan şəxslərin pensiyaları müəyyən miqdarda artırılmış və pensiyanın üzərinə əlavə edilmişdir. İddiaçı hesab edir ki, iddiaçı hazırda sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının məbləği-1000 (bir min) manatdan çox olmalıdır və iddiaçıya həmin məbləğdə pensiyanı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli , 2-l(107)-20\2023 saylı qərarında göstərilən vaxtdan ödənilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iki yuxarı instansiya məhkəməsinin qərarı və qanuni sənədlərlə təyin olunmuş sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasiyamı 3 ildən artıqdır ki, süründürməçilik edilərək, qəsdən verilmir və mənim pensiya huquqlanm kobud surətdə pozulur. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırır ki, Bildiririk ki, İddiaçı məxsus pensiya işinə aid sənədlərdə ona Fondun Mingəçevir şəhər şöbəsi tərəfindən 29 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur, iddiaçının əlillik dərəcəsinin etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi 1 mart 2021-ci il tarixdən dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli 2- 1(107)- 20/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir. İddiaçının pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən İddiaçı dövlət qulluğuna 30 iyun 2017ci il tarixdən xitam verilmişdir. İddiaçının işdən azad olunduğu 30 iyun 2017-ci il tarixi sonuncu iş günü hesab edildiyindən, yəni həmin gündə də iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərdiyi üçün qanunvericiliyin tələblərinə görə ona həmin gün üçün Fond tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası deyil, işəgötürən tərəfindən dövlət məvacibi ödənilməlidir və qeyd edilən gün dövlət qulluğu stajına aid edilməlidir. Eyni zamanda bildiririk ki, əmək pensiyasına dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr dövlət qulluğuna xitam verildiyi halda təyin edilə bilər. Belə ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs dövlət qulluğunda fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Buna görə də İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi 30 iyun 2017-ci il tarixdən sonrakı növbəti gün - 1 iyul 2017-ci il tarixdə Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. İddiaçı əlilliyi isə İ dərəcəli deyil, İİİ dərəcəli olduğundan ona sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməməli idi. Lakin qanunvericiliyə zidd olaraq iddiaçıya 29 iyun 2017-ci il tarixdən hesablanmaqla həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sabiq dövlət qulluqçusu kimi pensiya hüququ olmadığından pensiya ödənişinin bərpası mümkün olmamış, həmçinin iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 26217,29 manat (həmin dövr üzrə digər sosial ödəniş edilməli olduğu halda həmin məbləğ nəzərə alınmadan) pul vəsaiti artıqödəmə hesab olunmuşdur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş əmək pensiyasından əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir.Hazırkı işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılması mümkün hesab edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; • Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 83 nömrəli əmrinin surəti. • İddiaçıya məxsus xx.xx.2017-ci il tarixli ərizənin surəti. • Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı və ona edilmiş İddiaçı pensiya işinin surəti • əlavə; Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İşin müəyyən olunan hallarına görə xx.xx.1963-cü ildə anadan olmuş iddiaçı 1985ci ildən müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1992-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək Mingəçevir şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə dövlət qulluqçusu kimi işləmiş, 30 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır. Ona təyin olunmuş dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci ildən dayandırılmışdır. Hazırda iddiaçı sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə çıxış edir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi ona istinad etmişdir ki, İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi 30 iyun 2017-ci il tarixdən sonrakı növbəti gün - 1 iyul 2017-ci il tarixdə Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçıya 30 iyun 2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilmişdir. Həmçinin müəyyən olunur ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 iyun 20217-ci il tarixli 83 nömrəli əmri ilə iddiaçı şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi 30.06.201-ci il tarixindən vəzifəsindən azad edilmişdir. Cavabdeh etirazında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsaslansa da nəzərə almamışdır ki, həmin Məcəllənin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci və 33.1.1ci maddələrində dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əsaslardan biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 2017-ci il iyulun 1-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinə əsasən bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. İddiaçıya 29 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edildiyi işin mübahisəsiz halıdır. Onun pensiya ödənişi əlilliyinin ləğv edilməsi ilə əlaqədar 1 mart 2021-ci il tarixdən dayandırılsada Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli 2- 1(107)- 20/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, həmin qərarla əlillik dərəcəsinin təyini deyil məhz əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Bu da ona dəlalət edir ki, iddiaçının əlilliyi olan sabiq dövlət qulluqçusu kimi pensiya hüququ xx.xx.2021-ci il tarixədək və ondan sonra da mövcud olmuşdur. Buna görədə məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdən iddiaçının pensiyasının dyandırılması qanunsuz olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.