Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1247/2020 24.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı “1970-1978 və 1995, 1996, 1997-ci illərdə Balakən rayonu İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda işlədiyi 7 il 4 ay, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il və xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon Poçt şöbəsində işlədiyi 18 il 4 ay müddətin, cəmi 25 il 8 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970-1978-ci və 1995, 1996, 1997-ci illərdə Balakən rayonu İlitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il və xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon Poçt şöbəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonunda anadan olmuşdur. O, 1970-1978-ci və 1995, 1996, 1997-ci illərdə Balakən rayonu İlitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il və xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon Poçt şöbəsində işləmişdir. İddiaçı ona yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbdə qeyd olunan iş illərinin onun əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “1970-1978 və 1995, 1996, 1997-ci illərdə Balakən rayonu İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda işlədiyi 7 il 4 ay, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il və xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon Poçt şöbəsində işlədiyi 18 il 4 ay müddətin, cəmi 25 il 8 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 10.03 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuş və onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdə yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 iİ sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta stajı aşağıdakı kimi təşkil etmişdir: Kolxozdakı iş dövrü: 7 il 4 ay - mübahisələndirilir. Poçt şöbəsindəki iş dövrü: 18 il 4 ay - mübahisələndirilir. Cəmi: 25 il 8 ay staj. Lakin İddiaçı kolxozdakı və poçt şöbəsindəki 25 il 8 ay iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “xxxxxxxx” MMC-nin X5 xx.xx.2020-ci il tarixli 75 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdə 281 saylı Əmrlə İtitala PŞ-də poçtalyon işinə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə 7 saylı Əmrlə işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdə 105 saylı Əmrlə İtitala PŞ-də poçtalyon işinə qəbul olunmuş, xx.xx.1995-ci il tarixdə 133 saylı Əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 58 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı 1970-ci ildən 1997-ci ilədək Balakən rayon İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda işləmişdir. İş materiallarında olan X5 xx.xx.2020-ci il tarixli 150 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı 1979-1995-ci illərdə Balakən PF-nin İtitala poçt şöbəsində poçtalyon vəzifəsində işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, iddiaçı 1970ci il tarixdən 1997-ci il tarixədək Balakən rayon İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda işləmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********3 nömrəli imtina məktubu, “xxxxxxxx” MMC-nin X5 xx.xx.2020-ci il tarixli 75 nömrəli arayışı, Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 58 nömrəli arxiv arayışı, X5 xx.xx.2020-ci il tarixli 150 nömrəli arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli arayışı, xx.xx.2020-ci il atrixli Akt aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçının tələbində qeyd etdiyi iş illəri əmək kitabçasının olmaması səbəbindən cavabdeh orqan tərəfindən sığorta stajı kimi nəzərə alınmamış və bu səbəbdən iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan Balakən rayon Dövlət Arxivinin və Balakən rayon Poçt filialının arayışlarına əsasən iddiaçının tələbində qeyd etdiyi əmək fəaliyyəti müddətləri öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının Balakən rayon İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda 7 il 4 ay, “xxxxxxxx” MMC-nin Balakən rayon Poçt Filialında 18 il 4 ay olmaqla cəmi 25 il 8 ay sosial sığorta stajı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, onun kolxozda və poçt filialında işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1970-1978 və 1995, 1996, 1997-ci illərdə Balakən rayonu İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda işlədiyi 7 il 4 ay, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il və xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon Poçt şöbəsində işlədiyi 18 il 4 ay müddətin, cəmi 25 il 8 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı 1970-1978 və 1995, 1996, 1997-ci illərdə Balakən rayonu İtitala kəndində yerləşən “M.F.Axundov” adına kolxozda işlədiyi 7 il 4 ay, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il və xx.xx.1978-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Balakən rayon Poçt şöbəsində işlədiyi 18 il 4 ay müddətin, cəmi 25 il 8 ayın sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1247/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1247/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver