Məhkəmə qərarları › İş №2-1(116)-1249/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1249/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1249/2020 29.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı “ünvan 1ində 0.1043 ha torpaq sahəsində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan Çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində azyaşlı oğlu X2 mülkiyyət hüququnun tanınması və həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1ində 0.1043 ha torpaq sahəsində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan Çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində azyaşlı oğlu X2 mülkiyyət hüququnun tanınması və həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının oğlu azyaşlıdır və oğlunun mülkiyyətində Balakən rayonu Katex kəndində 0.1043 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Həmin evə ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı həmin evi sökərək yerində yeni fərdi yaşayış evi inşa etmişdir. Yeni inşa etdirdiyi fərdi yaşayış evini qeydiyyata aldırmaq üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan evi qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı ünvan 1i ünvanında yerləşən köhnə fərdi yaşayış evinin sökülərək yerində yeni inşa edilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı X4 müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, yeni inşa edilmiş fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Bundan başqa, dövlət reyestrindən çıxarış itirildikdə, dublikatın alınması ilə bağlı çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı ərizəyə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh orqan etirazında məlumat üçün bildirir ki, ünvan 1ində yerləşən 0,1043 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1970-ci ildə tikilmiş fərdi yaşayış evi 2V-301 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən X2 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin 2.6-cı bəndində qeyd olunur ki, dövlət reyestrindən çıxarış itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyi bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı “ünvan 1ində 0.1043 ha torpaq sahəsində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan Çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində azyaşlı oğlu X2 mülkiyyət hüququnun tanınması və həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar