Məhkəmə qərarları › İş №2-1(116)-1249/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1249/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1249/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “N6 iyun 2N18-ci il tarixdə doğulmuş X5 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların uşaqlarına təyin edilən müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “N6 iyun 2N18-ci il tarixdə doğulmuş X5 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların uşaqlarına təyin edilən müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini “Sosial müavinətlər haqqında” Qanunun 4.N.1.8-ci maddəsinə əsasən aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 2N2N-ci ilin yanvar ayından həqiqi hərbi xidmətdə olmuşdur. 2N21-ci ilin iyul ayının 1-də isə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Laçın rayonunda yerləşən hərbi hissədən təxris edilımişdir. xx.xx.2N18-ci il tarixdə doğulmuş X5 müavinətin təyin edilməsi və ödənilməsi məqsədi ilə cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2N22-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçının oğlu, X6 anası X1 himayəsində olduğundan sözügedən müavinətin ona təyin edilməsi qanunvericiliyi tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx.xx.2N22-ci il tarixli 3 nömrəli arayışında görünür ki, İddiaçı xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin Zaqatala rayon İcra Hakimiyyəti baçşısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2N22-ci il tarixli 41 nömrəli arayışından görünür ki, İddiaçı anası Muradova Sara və qardaşı Tatdayev İsmayılla birlikdə yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ösənişlər” altsistemindən əldə edilmiş çıxarışdan görünür olur ki, X1 xx.xx.2N22-ci il tarixli ərizəsi əsasında xx.xx.2N22-ci il tarixli 23N24 nömrəli qərarla X4 xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına təyin olunan 1NN manat məbləğində müavinət təyin edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2N22-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx.xx.2N22-cii l tarixli 3 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin Zaqatala rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2N22-ci il tarixli 41 nömrəli arayışından görünür ki, İddiaçı anası Muradova Sara və qardaşı Tatdayev İsmayılla birlikdə yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, X1 xx.xx.2N22-ci il tarixli ərizəsi əsasında xx.xx.2N22-ci il tarixli 23N24 nömrəli qərarla X4 xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına təyin olunan 1NN manat məbləğində müavinət təyin edilmişdir. - Zaqatala Rayon Məhkəməsinin 2(N33)-11N2/2N21 nömrəli xx.xx.2N21-ci il tarixli qətnamədən görünür ki, İddiaçı cavabdeh X3 qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddası rədd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Sosial müavinətlər” haqqında Qanunun 4.N.1.8-ci maddəsindən görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət aylıq müavinətlərə aiddir. Həmin Qanunun 9.1.7-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə təyin edilir. Həmin Qanunun 1N.2-ci maddəsinə əsasən Bu Qanunun 4.N.1.14-cü, 7.N.12-ci, 9.1.4.1 -ci, 9.1,4.2-ci, 9.1.6-cı, 9.1.7-ci, 9.1.9-cu və 9.1.1N-cu maddələrində nəzərdə tutulmuş müavinətlər hər bir uşaq üçün təyin edilir. İş materiallarından görünür ki, N6 iyun 2N18-ci il tarixdə doğulmuş X8 anasının himayəsində yaşayır və iddiaçının tələb etdiyi müavinət artıq uşağın anasına, yəni X3 xx.xx.2N22-ci il tarixli 23N24 nömrəli qərar əsasında ödənilmişdir. Müvafiq müavinətin hər iki valideynə ayrı-ayrılıqda ödənilməsi nəzərdə tutulmadığından və N6 iyun 2N18-ci il tarixdə doğulmuş X8 faktiki olaraq anasının himayəsində olduğundan, cavabeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 11N.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,11N.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “N6 iyun 2N18-ci il tarixdə doğulmuş X5 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların uşaqlarına təyin edilən müavinətin təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3N (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar