Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1251/2020 28.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı “Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, mülkiyyətində olan 0,0006 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, mülkiyyətində olan 0,0006 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 0,0006 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində 2000-ci ildə qeyri-yaşayış sahəsi (mağaza) inşa etdirmiş və hal-hazıradək həmin mağazadan istifadə edir. 2000-ci ildən bu günə kimi qeyri-yaşayış binasının şəhərsalma və tikinti normalarına zidd olması barədə, eyni zamanda həmin tikilinin digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratması barədə hər hansı bir orqandan, hər hansı bir fiziki şəxsdən heç bir xəbərdarlıq, heç bir şikayət olunmamışdır. Qeyd edilənlərə baxmayaraq o, mülkiyyətçisi olduğu torpaq sahəsində inşa edilmiş və uzun müddətdir ki, istifadədə olan həmin qeyri-yaşayış binasına (mağazaya) öz mülkiyyət hüququnu tanıtdıra bilmir. Belə ki, həmin qeyri-yaşayış sahəsinə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4 xx.xx.2020-ci il tarixli **********15 nömrəli məktubu ilə bundan imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4 xx.xx.2020-ci il tarixli **********15 nömrəli məktubu ilə ona bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4 imtinası qanunsuzdur. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən mağazanın sənədləşdirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə müraciət etmiş, onun müraciətindən xx.xx.2020-ci il tarixli məktubla imtina edilərək bildirilmişdir ki, müvafiq icazə sənədi alınmadan qeyri-qanuni (özbaşına) inşa edilmiş tikililərin sənədləşdirilməsi Komitənin səlahiyyətlərinə aid olmadığı üçün o, qaldırılan məsələ ilə bağlı Mülki Məcəlləyə uyğun məhkəməyə müraciət etməlidir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi mağazanın tikintisinə icazə sənədi verilməsi üçün X8 Hakimiyyətinə müraciət etmiş, onun müraciətindən 2/M-236-149 nömrəli xx.xx.2020-ci il tarixli məktubla imtina edilmiş, ona müraciətinin qanunamüvafiq həllinin mümkün olmadığı bildirilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi qeyd olunan mağaza binası iddiaçı tərəfindən 2000-ci ildə inşa edilmiş, həmin vaxt onun tərəfindən buna lazımi icazələr alınmamış, ona görə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun inşa etdiyi mağaza binasının sənədləşdirilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 180.3-cü maddəsinin tələbinə əsasən aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi mağaza binasına mülkiyyət hüququnun tanınması tələbini irəli sürə və mülki məhkəmə icraatı qaydasında iddiasına baxılması nəticəsində arzuladığı yekun nəticəyə, yəni mağaza binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3rşı “Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, mülkiyyətində olan 0,0006 ha torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1251/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1251/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver