Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1251/2022 28.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X7 və X5) “cavabdeh tərəfindən iddiaçı və bacısı X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı X4 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (üçüncü şəxslər: X7 və X5) “cavabdeh tərəfindən iddiçı və bacısı X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı X4 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-1251/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddiaçının təqdim etdiyi cavabdeh orqanın xx.xx.2022-ci il tarixli 9/706/Q-23 nömrəli imtina məktubu, Cavabdeh xx.xx.2022-ci il tarixli 9/1429/Q-23 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş, iddiaçının həmin orqana olan ilkin müraciəti əsasında öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti, ərizəsində qeyd olunan bir sıra sualların cavablandırılması ilə bağlı olmuşdur. Yəni, iddiaçı ilkin müraciət ərizəsində cavabdeh orqandan X4 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsini tələb etməmişdir. Cavabdeh orqana sorğu edilən sualların məzmunu isə aşağıdakılar olmuşdur və həmin sualların heç birinin məzmunu hazırda mübahisələndirilən 28,0 m2 hissəsilə bağlı X4 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi ilə bağlı tələbi əhatə etmir:
1. Zaqatala RİH-nin 23 avqust 2021-ci il tarixli, 9/1134 nömrəli məktubunda qeyd olunan tikilinin layihəsi vardırmı? Əgər vardırsa həmin layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyatdan keçmişdirmi?
2. X8 və X6 həmin tikilinin inşa edilməsi məqsədi ilə ümumiyyətlə Cavabdehnə müraciət etmişdirlərmi?
3. X8 qeyd olunan torpaq sahəsi ilə bağlı hansı sənədləri təqdim etmişdir ki, siz də həmin sənədə istinadən torpaq sahəsinin X8 və X2 mülkiyyətində olması qeyd etmisiniz? (Məktubda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X8 və X2 mülkiyyətində olması qeyd edilmişdir. Halbu ki, qeyd olunan torpaq sahəsi X8, mən və bacım X3 ümumi paylı mülkiyyətindədir).
4. Qeyd olunan fərdi yaşayış evinin X8 tərəfindən inşa edilməsi ilə bağlı Sizdə hansı məlumat var və həmin tikili neçənci ildə inşa edilmişdir?
5. Cavabdeh “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, hər hansı bir tikilinin kiminsə adına qeydiyyata alınmasına razılıq verməsi nəzərdə tutulmuşdurmu?
6. Cavabdeh hansı zərurət və hüquqi əsasla bağlı 23 avqust 2021-ci il tarixli, 9/1134 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət elmişdir? Odur ki, qeyd olunanları nəzərə alaraq, yuxanda qeyd olunan cavablandırılması istiqamətində mənə köməklik göstərilməsini aidiyyatı şəxslərə tapşırmağınızı Sizdən xahiş edirəm. Cavabdeh orqan hazırkı tələbdə qeyd olunmuş X4 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi ilə bağlı məsələyə ümumiyyətlə münasibət bildirməmiş və həmin sənədin ləğvi ilə bağlı hər hansı inzibati araşdırma aparmamışdır. Buna görə də iddiaçı tərəfindən təqdim edilən, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli 9/706/Q-23 nömrəli məktubu müraciətin təmin edilməsindən imtina məktubu kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 3 (üç) gün müddətində təyin edilmiş, lakin məhkəmənin hüququ mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X7 və X5) “cavabdeh tərəfindən iddiaçı və bacısı X1 mülkiyyətində olan fərdi yaşayış evinin 31 avqust 2009-cu il tarixli, 329 inventar nömrəli texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahəsi, həmçinin 7 m2 sahəsi malik köməkçi sahəsi, ümumilikdə isə 28,0 m2 hissəsilə bağlı X4 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli”nin ləğv edilməsi barədə” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.