Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1252/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi Hacı-X7 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X17 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax rayon Qıpçaq kəndi ərazisindən verilmiş 3,12 ha torpaq sahəsinin Qax rayon Qaysarlı kəndinin "Yonca qoruq" adlanan ərazisindən X6 verilmiş 3,35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, Qax rayon Qaysarlı kəndinin "Yonca qoruq" adlanan ərazisində yerləşən 3,35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, Qax rayonu Qıpçaq kənd sakinləri X5, X1, X3, X4, X9, X8, X18, X10 mülkiyyətinə 3,35 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-0056 kod 40313018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının eyni tarixli qərarı ilə Qax rayon Qaysarlı kənd sakinləri İddiaçı1, X17, İddiaçı2, İddiaçı3 mülkiyyətinə 3,12 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN- 0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Bundan sonra, Qax Rayon Qaysarlı Bələdiyyəsinin 06.05.2003-cü il tarixli 06 nömrəli protokol qərarına əsasən, Qaysarlı kənd sakini İddiaçı1 Qıpçaq sahəsinin "Arx arası" sahəsindən düşmüş 3,12 ha torpaq payını Qıpçaq kənd sakini X6 Qaysarlı kəndinin "Yonca qoruq" adlı ərazisindən düşmüş 3,35 ha torpaq sahəsi ilə dəyişdirməyə icazə verilmişdir. Daha sonra Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli iclasının 10 nömrəli protokol qərarına əsasən, Qaysarlı kənd sakini İddiaçı1 və Qıpçaq kənd sakini X5 razılıq ərizələri nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-birilə dəyişdirilməsinə icazə verilmiş və qərarın təsdiqi Qax Rayon AİK-dən xahiş edilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının 14.12.2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, Qaysarlı kənd sakini İddiaçı1 Qıpçaq kəndinin "Arx arası" sahəsindən düşmüş 3,12 ha torpaq payının Qıpçaq kənd sakini X6 Qaysarlı kəndinin "Yonca qoruq" adlanan ərazisindən düşmüş 3,35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "JN-0056 kod 40313018 nömrəli və JN-0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının etibarsızlığının tanınması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 03.07.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı ilə iddia təmin edilərək, JN-0056 kod 40313018 nömrəli və JN-0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının etibarsızlığı tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.04.2016-cı il tarixli 2-1(107)-114/2016 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.06.2016-cı il tarixli 2-1(102)-1060/2016 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.04.2016-cı il tarixli 2-1(107)-114/2016 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan başqa, X13 cavabdehlər Qax Rayon Qıpçaq Bələdiyyəsinə və Qax Rayon İcra Hakimiyyətinə qarşı "Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli 10 nömrəli iclas qərarının Qaysarlı kənd sakini İddiaçı1 və Qıpçaq kənd sakini X5 razılığı nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-birilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax Rayon Aqrar İslahat Komissiyasının 14.12.2004-cü il tarixli qərarının Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli iclasının 10 nömrəli qərarının təsdiq edilməsi hissəsində ləğv edilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21.10.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı X13 məhkəmənin həmin qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2016-cı il tarixli 2-1(102)-640/2016 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra Qax rayon Qaysarlı kəndində yerləşən 3,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3, X17 ümumi birgə mülkiyyət hüququ 07.11.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X13 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı2, X22) "cavabdeh tərəfindən verilmiş ******* nömrəli 07.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(116)-130/2020 nömrəli 11.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək RX seriyalı ******* nömrəli 07.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli 2-1(107)-26/2021 nömrəli qərarı ilə üçüncü şəxslərin Apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli 2-1(116)-130/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli 2-1(102)-1306/2021 nömrəli qərarı ilə üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli 2-1(107)-26/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçılar cavabdehə ərizə ilə müraciət edərək, Qax rayonu Qaysarlı kəndində yerləşən və ümumi birgə mülkiyyətlərində olan 3,35 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin sonuncu 23.04.2021-ci il tarixli **********16 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə İddiaçı1, İddiaçı3, İddiaçı2, X17 adlarına 07.11.2017-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" və 06.11.2017-ci il tarixli A seriyalı 201114 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Bundan başqa, Şəki İnzibati Məhkəməsinin 21.09.2020-ci il tarixli 2-1(116)- 130/2021 nömrəli qərarı ilə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyinə və qərar qanuni qüvvəsini almadığına görə, eyni zamanda RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" qüvvədə olduğundan iddiaçıların müraciətinin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçılar hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, torpaq sahələrinin dəyişdirilməsinə icazə verilməsi barədə Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli iclasının 10 nömrəli qərarı ləğv edilməmiş və hazırda qüvvədədir. Cavabdeh iddia ilə bağlı 25.08.2021-ci il tarixli **********63 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində göstərilən daşınmaz əmlak barəsində notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilmədiyindən JN-0056 kod 40313018 nömrəli və JN-0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının cizgiləri ilə dəyişdirilməsinin mümkün olmadığını bildirmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan JN-0056 kod 40313018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, Qax rayonu Qıpçaq kənd sakinləri X5, X1, X3, X4, X9, X8, X18, X10 mülkiyyətinə 3,35 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - İşdə olan JN-0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, Qax rayon Qaysarlı kənd sakinləri İddiaçı1, X17, İddiaçı2, İddiaçı3 mülkiyyətinə 3,12 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - İşdə olan, Qax Rayon Qaysarlı Bələdiyyəsinin 06.05.2003-cü il tarixli 06 nömrəli protokol qərarının surətindən görünür ki, Qaysarlı kənd sakini İddiaçı1 Qıpçaq sahəsinin "Arx arası" sahəsindən düşmüş 3,12 ha torpaq payını Qıpçaq kənd sakini X6 Qaysarlı kəndinin "Yonca qoruq" adlı ərazisindən düşmüş 3,35 ha torpaq sahəsi ilə dəyişdirməyə icazə verilmişdir. - İşdə olan, Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli iclasının 10 nömrəli protokol qərarından görünür ki, Qaysarlı kənd sakini İddiaçı1 və Qıpçaq kənd sakini X5 razılıq ərizələri nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-birilə dəyişdirilməsinə icazə verilmiş və qərarın təsdiqi Qax Rayon AİK-dən xahiş edilmişdir. - İşdə olan Qax Rayon Aqrar İslahat Komissiyasının 14.12.2004-cü il tarixli 02 nömrəli qərarının surətindən görünür ki, Qaysarlı kənd sakini İddiaçı1 Qıpçaq kəndinin "Arx arası" sahəsindən düşmüş 3,12 ha torpaq payının Qıpçaq kənd sakini X6 Qaysarlı kəndinin "Yonca qoruq" adlanan ərazisindən düşmüş 3,35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.06.2016-cı il tarixli 2-1(102)-1060/2016 nömrəli qərarından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "JN-0056 kod 40313018 nömrəli və JN-0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının etibarsızlığının tanınması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 03.07.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı ilə iddia təmin edilərək, JN-0056 kod 40313018 nömrəli və JN-0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının etibarsızlığı tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.04.2016-cı il tarixli 2-1(107)-114/2016 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 28.06.2016-cı il tarixli 2-1(102)-1060/2016 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.04.2016-cı il tarixli 2-1(107)-114/2016 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. - İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2016-cı il tarixli 2-1(102)-640/2016 nömrəli qərarından görünür ki, X13 cavabdehlər Qax Rayon Qıpçaq Bələdiyyəsinə və Qax Rayon İcra Hakimiyyətinə qarşı "Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli 10 nömrəli iclas qərarının Qaysarlı kənd sakini İddiaçı1 və Qıpçaq kənd sakini X5 razılığı nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-birilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax Rayon Aqrar İslahat Komissiyasının 14.12.2004cü il tarixli qərarının Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli iclasının 10 nömrəli qərarının təsdiq edilməsi hissəsində ləğv edilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 21.10.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı X13 məhkəmənin həmin qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2016-cı il tarixli 2-1(102)- 640/2016 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli 2-1(107)- 331/2015 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. - İşdə olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın surətindən görünür ki, Qax rayon Qaysarlı kəndində yerləşən 3,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3, X17 ümumi birgə mülkiyyət hüququ 07.11.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli 2-1(102)-1306/2021 nömrəli qərarından görünür ki, X13 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı2, X22) "cavabdeh tərəfindən verilmiş ******* nömrəli 07.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(116)-130/2020 nömrəli 11.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək RX seriyalı ******* nömrəli 07.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli 2-1(107)-26/2021 nömrəli qərarı ilə üçüncü şəxslərin Apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli 2-1(116)-130/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli 2-1(102)-1306/2021 nömrəli qərarı ilə üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli 2-1(107)- 26/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən göründüyü kimi, iddiaçılar Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə üçüncü şəxslər X5 və qeyrilərinin mülkiyyətinə verilmiş 3,35 ha torpaq sahəsinə özlərinin mülkiyyət hüququnun qeydiyyata alınması barədə tələblərini bununla əsaslandırırlar ki, Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli iclasının 10 nömrəli qərarı ilə torpaq sahələrinin dəyişdirilməsinə icazə verilməsi qərara alınmış və həmin qərar hazırda da qüvvədədir. Lakin məhkəmə bununla bağlı İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "JN-0056 kod 40313018 nömrəli və JN- 0057 kod 40313028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının etibarsızlığının tanınması" barədə iddiasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.06.2016-cı il tarixli 2-1(102)-1060/2016 nömrəli qərarına istinad etməyi zəruri sayır. Həmin qərarda deyilir ki, Qax Rayon Qaysarlı Bələdiyyəsinin 10.09.2004-cü il tarixli 10 nömrəli və Qax Rayon Aqrar İslahat Komissiyasının 14.12.2004-cü il tarixli 02 nömrəli qərarı iddiaçıya hazırkı iddia ilə çıxış etmək, qanuni əsaslarla (səlahiyyətli orqanın müvafiq qərarları ilə) verildiyi vaxtdan hüquqi qüvvəsini saxlayan torpaq aktlarının etibarsızlığının tanınmasını tələb etmək hüququ vermir. Belə ki, həmin aktların hüquqi əsasını təşkil edən Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı hər hansı orqan tərəfindən ləğv edilməmiş və ya həmin qərarın etibarsızlığı tanınmamışdır. Mülkiyyət hüququ üzrə şəxslərə məxsus olan torpaq sahələrinin dəyişdirilməsinə bələdiyyənin razılıq verməsi, bu qərar rayon AİK tərəfindən təsdiq olunsa belə, həmin torpaq sahələri üzərindəki hüquqlara təsir etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İstinad olunan məhkəmə qərarı hazırkı iş üzrə iddiaçılar üçün məcburi olduğuna görə məhkəmə bu qənaətə gəldi ki, torpaq payları həm iddiaçıların, həm də üçüncü şəxslərin mülkiyyətinə Qax Rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə verildiyinə, həmin qərar hər hansı orqan tərəfindən ləğv edilmədiyinə və dəyişdirilmədiyinə, eləcə də həmin torpaq sahələrinin dəyişdirilməsinə bələdiyyənin razılıq verməsi (bu qərar rayon AİK tərəfindən təsdiq olunsa belə) torpaq sahələri üzərindəki hüquqlara təsir etmədiyinə görə cavabdeh üçüncü şəxslərə ayrılmış torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnu qeydiyyata almaqdan imrina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X17 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax rayon Qıpçaq kəndi ərazisindən verilmiş 3,12 ha torpaq sahəsinin Qax rayon Qaysarlı kəndinin "Yonca qoruq" adlanan ərazisindən X6 verilmiş 3,35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax Rayon Aqrar İslahat Komissiyasının 10.09.2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, Qax rayon Qaysarlı kəndinin "Yonca qoruq" adlanan ərazisində yerləşən 3,35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1252/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1252/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver